Trampın yarımçıq G7 görüşü: Yaxın Şərqdə oyunçular dəyişir?

Trampın yarımçıq G7 görüşü: Yaxın Şərqdə oyunçular dəyişir?
17.06.2025 15:26 Təhlil

“ABŞ prezidenti Donald Trampın "Böyük Yeddilik" (G7) sammitini yarımçıq qoyaraq Vaşinqtona geri dönməsi təsadüfi deyil. Bu addım Yaxın Şərqdə baş verən proseslərin — xüsusilə İran-İsrail qarşıdurmasının — ABŞ-nin xarici siyasət prioritetlərini və beynəlxalq güc balansını ciddi təhlükə altına alması ilə izah olunur”.

Siyasi şərhçi Həşim Səhrablı bunu TodayPress TV-yə danışarkən deyib. 

O hesab edir ki, İran-İsrail qarşıdurması əslində Qərb-Şərq mübarizəsinin tərkib hissəsidir”.

“Biz bu qarşıdurmaya yalnız İran və İsrail arasında baş verən lokal münaqişə kimi baxsaq, yanılmış olarıq. İsrailin son dövrlər İrana qarşı atdığı addımlar Vaşinqtonla koordinasiyalı şəkildə həyata keçirilib. Yəhudi dövlətinin Baş naziri Benyami Netanyahunun və digər israilli rəsmilərin açıqlamaları da göstərir ki, ABŞ-nin razılığı olmadan İsrailin bu cür cəsarətli addımlar atması mümkün olmazdı. 

Digər tərəfdən, İranın da son aylarda ABŞ-nin çağırışlarına məhəl qoymaması, nüvə zənginləşdirmə proqramında güzəştə getməməsi və hərbi texnika, xüsusilə ballistik raketlər və pilotsuz uçuş aparatları sahəsində arsenalını genişləndirməsi, ölkənin öz siyasi mövqeyində ciddi dəyişikliklərə getdiyini göstərir. İranın bu cəsarətinin arxasında isə Rusiyanın və Çinin dəstəyi dayanır”.

Analitik hazırkı İran-İsrail qarşıdurmasını yeni “soyuq müharibə” mərhələsinin lokal əks-sədası hesab edir: 

“Artıq nə İsrail, nə də İran təkbaşına qərar qəbul edib hərəkət etmir. Onlar arxalarında dayanan böyük güclərin - ABŞ, Çin və Rusiyanın – maraqlarını da nəzərə alaraq addım atırlar.

Gələcək ssenarilər klassik yanaşmalara əsaslanacaq. ABŞ İranla masa arxasına əyləşəcək, müəyyən güzəştlər əldə olunacaq, bu isə həm daxili auditoriyaya, həm də xarici rəqiblərə mesaj xarakteri daşıyacaq. Nəticədə İsrail hücumları dayandıracaq, İran da qismən məqsədinə çatmış şəkildə geri çəkiləcək. Beləliklə, tərəflər yenidən gərgin, lakin balanslı status-kvoya qayıdacaqlar. Yaxın dövrdə bu qarşıdurmanın genişmiqyaslı müharibəyə çevrilməsi ehtimalı aşağıdır”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Kanadada keçirilən G7 sammitini vaxtından əvvəl tərk edərək Ağ Evə qayıdıb. Daha əvvəl isə Trampın Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcəyi bildirilmişdi. Lakin ABŞ liderinin erkən qayıdışı mümkün görüşü təxirə salıb. 

Töhfə Səməd

FOTOLAR

Trampın yarımçıq G7 görüşü: Yaxın Şərqdə oyunçular dəyişir? — 1
XƏBƏR LENTİ
15 IYUN 2026
Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Bütün Xəbərlər