Trampdan sonra TRIPP-in taleyi necə olacaq? - AÇIQLAMA

Trampdan sonra TRIPP-in taleyi necə olacaq? - AÇIQLAMA
21.07.2026 16:02

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü olan TRIPP layihəsi regionda nəqliyyat və ticarət dəhlizlərinin gələcəyi üçün kifayət qədər iddialı addımdır. Lakin Vaşinqtonun xarici siyasətində bir reallıq var: Ağ Evdə hakimiyyət dəyişəndə yeni gələn komanda çox vaxt əvvəlki prezidentin başladığı layihələrə eyni həvəslə yanaşmır, hətta bəzən onları dondurur. 2029-cu ildə Trampın ikinci hakimiyyət müddəti bitəcək. Bu baxımdan, TRIPP-in də sırf Trampın adı və siyasi xətti ilə bağlı olması layihənin gələcək taleyi ilə bağlı müəyyən suallar yaradır.

Donald Trampın prezidentlik müddətindən sonra TRIPP layihəsinin gələcəyi necə olacaq? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Tamilla Qulaminin sözlərinə görə, Donald Trampın prezidentlik müddətindən sonrakı dövrdə TRIPP təşəbbüsünün taleyi onun nə dərəcədə ABŞ-nin uzunmüddətli strateji maraqlarına xidmət etməsindən asılı olacaq:


“ABŞ xarici siyasətində prezidentlər dəyişsə də, milli təhlükəsizlik, geoiqtisadi maraqlar və böyük güclər arasında rəqabət kimi fundamental istiqamətlər adətən tamamilə dəyişmir. Çünki Amerikada stratejini təqdim edən dərin dövlətdir. Buna görə də, hər hansı bir administrasiya əvvəlki hökumətin başladığı layihələri tamamilə ləğv etmək əvəzinə, onları öz prioritetlərinə uyğun şəkildə yenidən formalaşdırmağa üstünlük verir.

Bu baxımdan hesab edirəm ki, əgər TRIPP ABŞ-nin Avrasiya siyasətində, enerji təhlükəsizliyində, nəqliyyat dəhlizlərinin inkişafında və Çin, Rusiya, İran kimi rəqib güclərin təsirinin balanslaşdırılmasında mühüm alət kimi qiymətləndirilərsə, layihənin tam dayandırılması ehtimalı çox aşağıdır. Tam əksinə olaraq, yuxarıda qeyd etdiyim qiymətləndirmə baş tutarsa, onun maliyyələşdirilməsi, idarəetmə mexanizmləri və prioritet istiqamətləri yeni administrasiyanın baxışına uyğun yenilənəcək”.

Ekspert xatırladıb ki, Donald Trampın yanaşması daha çox iqtisadi səmərəlilik, milli maraqlar və ABŞ üçün birbaşa fayda prinsiplərinə söykənirdi:

“Ondan sonra hakimiyyətə gələn istənilən administrasiya isə layihəyə fərqli prizmadan baxa bilər. Bəziləri beynəlxalq tərəfdaşlıq və çoxtərəfli əməkdaşlığa daha çox önəm verə, digərləri isə büdcə xərclərini azaltmaq və daxili prioritetləri ön plana çıxarmaq siyasəti yürüdə bilər. Buna görə də TRIPP-in gələcəyi layihənin siyasi deyil, strateji və iqtisadi əhəmiyyəti ilə müəyyən olunacaq.

Azərbaycan baxımından isə əlbəttə ki, belə təşəbbüslərin davamlı olması mühüm əhəmiyyət daşıyır. Ölkəmiz Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat və enerji qovşaqlarından biridir. Əgər ABŞ regionda iqtisadi iştirakını artırmaq və Orta Dəhlizin inkişafını dəstəkləmək xəttini davam etdirərsə, Azərbaycan da bu prosesdə əsas tərəfdaşlardan biri olaraq qalacaq. Lakin qeyd etmək lazımdır ki, beynəlxalq layihələrin taleyi yalnız ABŞ-dəki siyasi dəyişikliklərdən asılı deyil. Regional təhlükəsizlik vəziyyəti, qlobal iqtisadi proseslər, müttəfiq dövlətlərin mövqeyi, eləcə də Çin, Rusiya və İran kimi aktorların addımları da layihənin inkişaf tempinə ciddi təsir göstərə bilər”.

T.Qulami zənn edir ki, Donald Trampın prezidentlik müddətindən sonra TRIPP layihəsinin tamamilə dayandırılacağını gözləmək məqsədəuyğun deyil. Daha real ssenari onun yeni administrasiyanın xarici siyasət prioritetlərinə uyğun şəkildə yenilənməsi, müəyyən istiqamətlərinin dəyişdirilməsi və strateji məqsədlərinin qorunaraq, davam etdirilməsidir:

“ABŞ-də hakimiyyət dəyişikliyi layihənin formasına təsir göstərə bilər, lakin bir daha təkrat edirəm, əgər TRIPP Vaşinqtonun uzunmüddətli geosiyasi və geoiqtisadi maraqlarına cavab verməyə davam edərsə, onun müxtəlif formatlarda yaşamaq ehtimalı yüksək olaraq qalacaq. Həm də unutmayaq ki, ABŞ kimi ölkə üçün əlinə düşən bütün fürsətlərdə enerji, neft ehtiyatları olan bölgələrdə olmaq böyük mənada gərəkli və əhəmiyyətlidir”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
22 июля 2026
Azərbaycan milli mətbuatının 151 yaşı tamam olur 23:48 Zelenski Ukrayna Silahlı Qüvvələrinə yeni baş komandan təyin etdi 23:45 “Heç kimin təsəvvür edə bilməyəcəyi qədər zəiflədilər” - Tramp 23:33 Ukrayna ordusunda nə baş verir? - Sırski vəzifədən getdi 23:14 Fransada uşaqlara “komendant saatı” tətbiq ediləcək 22:55 TƏCİLİ: ABŞ bombardmançı təyyarələri havaya qalxdı 22:51 Zelenski Fedorovla görüşdü - Rəsmi Kiyev detalları açıqlamır 22:33 “İndi geri çəkilsək, İran 25 ilə…” - Tramp 21:45 Çempionlar Liqası: "Sabah" "KuPS"a qalib gəldi - YENİLƏNDİ 20:02 Prezident və Fridrix Merts mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ 15:55 Həyəcan siqnalı: ABŞ bazası tam döyüş hazırlığına gətirildi - VİDEO 21:57 İranın Bəhreynə dron hücumları davam edir - VİDEO 21:52 Kəlbəcərdə partlayışda yaralanan şəxslə bağlı yeni məlumat 14:53 İsrail geri çəkiləcək, Suriya hərəkətə keçəcək - Trampdan YENİ PLAN 21:33 Zelenskinin “həlledici” görüşlərində nə qərarlar verildi? 21:21 Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya 21:15 İlham Əliyev Almaniyada xatirə kitabına nə yazdı? - FOTO 21:06 Prezident ilə Fridrix Mertsin geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 15:47 Ukrayna Qərb silahlarını artıq özü istehsal edəcək 20:50 Gəncə və Samuxda baş verən kütləvi zəhərlənmələrin səbəbi bu imiş 20:39 Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı klinikadan açıqlama 20:28 “Kanada bizsiz yaşaya bilməz” - Tramp 20:14 “İran üçün hər cür imkan yaradıldı” - Heqset 19:58 Ağ Evdə kritik görüş: Tramp Livanlı həmkarı ilə 19:46 İlham Əliyev Almaniyadan yeni görüntülər paylaşdı - VİDEO 19:36 Все новости