Tramp xalqa müraciət etdi: Venesuela ABŞ-nin radarında...

Tramp xalqa müraciət etdi: Venesuela ABŞ-nin  radarında...
18.12.2025 17:20

ABŞ Prezidenti Donald Tramp xalqa müraciətində deyilənlərin əksinə olaraq Venesuelaya qarşı müharibə elan etməyib və çıxışında Latın Amerikası ilə bağlı gərginliyə toxunmayıb. O, əsas diqqəti əvvəlki administrasiyanı tənqid etməyə və komandasının nəticələrini vurğulamağa yönəldib. Tramp miqrant axınının azalmasını, narkotik qaçaqmalçılığının 94 faiz enməsini qeyd edib və ABŞ-nin Venesuela nefti ilə bağlı “hüquqlarını bərpa etmək” niyyətində olduğunu bildirib. 

 

Maraqlıdır, yaxın vaxtlarda ABŞ Venesuelaya müharibə elan edə bilərmi? 

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Mustafa bildirib ki, ritorikanın yumşalması gizli razılaşma və ya siyasi məcburiyyətlə bağlı ola bilər:


"Venesuela ilə bağlı son dövrlərdə ABŞ Prezidentinin ritorikasında müəyyən yumşalma müşahidə olunur. Hətta Donald Tramp ilə Nikolas Maduro arasında baş tutan son telefon danışığından sonra Venesuela mövzusu sanki Tramp üçün əvvəlki aktuallığını itirib.

Bu vəziyyət bir neçə amillə bağlı ola bilər. Ehtimal etmək olar ki, tərəflər arasında müəyyən razılaşmalar əldə olunub. Tramp Venesuelanı tənqid edərkən əsasən narkotik ticarəti mövzusuna diqqət çəkirdi, lakin bir çox ekspertlər hesab edirdi ki, əsas məqsəd ölkənin neft və qaz ehtiyatları üzərində nəzarət əldə etməkdir. Mümkündür ki, bu istiqamətdə hansısa razılaşmalar baş verdiyi üçün ritorika yumşalıb. Digər tərəfdən, Konqres və Senatdakı mövqelər Trampı siyasətində müəyyən korrektələr etməyə vadar etmiş ola bilər".

Onun sözlərinə görə, Venesuela ABŞ üçün hələ də strateji mövzudur: 

"Eyni zamanda, Venesuela məsələsinin tam gündəmdən çıxdığını demək də çətindir. ABŞ-nin hazırkı strateji prioritetlərində Latın Amerikası və bütövlükdə Amerika qitəsi ön plana çıxır. Bu, Vaşinqtonun Monro doktrinasına qayıdış cəhdi kimi də qiymətləndirilə bilər. Yəni qlobal miqyasda liderlik iddiasından daha çox, Amerika qitəsində təsirin gücləndirilməsinə üstünlük verilir. Bu baxımdan Venesuelanın gec-tez yenidən ABŞ-nin diqqət mərkəzinə düşəcəyi ehtimalı yüksəkdir".

Analitik həmçinin qeyd edib ki, digər amil Venesuelada Çin və Rusiyanın artan təsiridir. Son dövrlərdə Venesuelanın neft tankerlərinin hərbi gəmilərlə müşayiət olunması da göstərir ki, Karakas tək deyil. Bu vəziyyət Tramp administrasiyasını daha ehtiyatlı davranmağa məcbur edə bilər. Eyni zamanda, Rusiya və ya Çinlə Venesuela məsələsi ətrafında müəyyən məsləhətləşmələrin aparılması ehtimalı da istisna edilmir.

Əli Mustafa sonda əlavə edib ki, ABŞ Venesuelanı hələ də nəzarətdə saxlamaq niyyətindədir:


"Belarus lideri Aleksandr Lukaşenkonun Maduronu Belarusa dəvət etməsi də proseslərin təsadüfi olmadığını göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, Venesuela məsələsi ABŞ və Tramp administrasiyası üçün hələ də həssas mövzu olaraq qalır. Sadəcə olaraq hərbi müdaxilə ilə bağlı sərt ritorika müvəqqəti olaraq yumşaldılıb. Yaxın dövrdə isə Vaşinqtonun Venesuelanı ya razılaşma yolu ilə, ya da daha sərt qarşıdurma vasitəsilə yenidən öz nüfuz dairəsinə qaytarmağa çalışacağı aydınlaşacaq". 

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
ABŞ və İranın ortaq tələbi cavabsız qaldı: İsrail geri addım atmır 21:26 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 DÇ-2026: İspaniya-Kabo Verde oyunu başladı 20:09 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 "США не победили, Иран не проиграл" — пишет Рамиз Юнус... 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Все новости