Tramp Putinə 50 gün vaxt verdi: Ukraynada vəziyyət necə dəyişəcək?

Tramp Putinə 50 gün vaxt verdi: Ukraynada vəziyyət necə dəyişəcək?
17.07.2025 13:07 Təhlil

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə Ukrayna ilə bağlı razılığa gəlmək üçün 50 gün vaxt verib. Belə ki, o, Kiyevə silah tədarükü ilə bağlı Avropa ilə razılığa gəldiyini açıqlayıb və 50 gün ərzində Ukrayna münaqişəsinin həllində irəliləyiş əldə olunmasa, Rusiyaya qarşı 100 faizlik ikinci dərəcəli tariflər tətbiq edəcəyini bildirib.

Bəs Trampın bu bəyanatı hansı dəyişikliklərə gətirib çıxaracaq?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Akif Nağı Trampın Putinə 50 gün vaxt verməsinin təsadüfi olmadığını bildirib.

Onun sözlərinə görə, Trampın bu yanaşması ABŞ ilə Rusiya arasındakı güc balansına əsaslanır:   

“Artıq Tramp Rusiyanın bütün zəif nöqtələrini tam şəkildə öyrənib. Bir müddət Rusiyanı müdafiə edən mövqe sərgiləmiş kimi görünsə də, bu addımlar əslində kəşfiyyat xarakteri daşıyırdı. Hazırda isə Rusiya rəqabət qabiliyyətini tamamilə itirib. Onun yeganə çıxış yolu Çinin himayəsinə sığınmaqdır. Lakin Çin də heç kimi qarşılıqsız müdafiə etmir, o da öz maraqlarını güdür.

Çin Rusiyanın işğal etdiyi ərazilərlə bağlı müəyyən planlara malikdir. Rusiya bu planlarla razılaşsa, yenə də özünü məhvə aparacaq. Hazırkı proseslər SSRİ-nin dağılma dövrünü xatırladır. 1980-ci illərin ortalarında SSRİ-nin tanınmış ictimai-siyasi xadimləri bu sözlə çıxış edirdilər: “Belə yaşamaq olmaz”. Bu ifadə o dövrdə ictimai rəyin süqut düşüncəsinə yönəldiyini göstərirdi. İndi Rusiyada da oxşar ab-hava hökm sürür. Böyük ehtimalla, bu fikir siyasi elita və prezident Putinin ətrafında olan şəxslər arasında da formalaşıb”. 

Ekspert bu müddət ərzində Rusiyadakı siyasi vəziyyətin dəyişə biləcəyini də istinsa etməyib:

“Trampın 50 günlük vaxt təyin etməsi, eyni zamanda Rusiyaya qarşı bir təhqir xarakteri daşıyır – sanki deyir ki, sənə nələrisə düzəltməyin üçün vaxt verirəm. Paralel olaraq, bu müddət ərzində Rusiyada siyasi vəziyyətin dəyişəcəyi də istisna deyil. Eyni proses hazırda İranda da müşahidə olunur. Prezident Məsud Pezeşkian İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə qarşı mübarizədə üstünlük qazanır. Cəmiyyətdə qorxu mühiti hökm sürsə də, ictimaiyyət əsasən Pezeşkianın tərəfindədir. 

İran tarixində ilk dəfə olaraq 181 tanınmış şəxs ona müraciət edərək ölkənin daxili və xarici siyasətində ciddi islahatların aparılmasını tələb edib. Bu, cəmiyyətin artıq hakimiyyətin əsas mərkəzi kimi prezident institutuna yönəldiyini göstərir.

ABŞ Rusiyaya Ukraynadan çıxmaq üçün 50 günlük müddət verib. Bu, həm görüşlərdə, həm də diplomatik yazışmalarda açıq şəkildə bildirilib. Rusiyanın müharibəni davam etdirmək üçün nə iqtisadi, nə də insan resursu qalıb. Miqrantlara qarşı artan təzyiqlər də bunun göstəricisidir. Həm insan, həm də hərbi resurslar tükənmək üzrədir”.

Analitik hibrit müharibəyə keçiddən bəhs edib:

“Müharibə artıq ABŞ və digərlərinin tövsiyələri ilə fərqli mərhələyə keçib. Açıq döyüş meydanında Ukrayna üstünlük qazana bilmədi, Rusiya isə özünü göstərdi. Lakin indi Ukrayna klassik müharibədən imtina edərək hibrit müharibəyə keçir. Yəqin ki, işğal olunmuş ərazilərdə partizan müharibəsinə start veriləcək və Rusiya ordusuna ciddi zərbə endiriləcək.

Artıq Ukraynaya Rusiyanın müxtəlif bölgələrini, o cümlədən Moskvanı vurmağa qadir raketlər təqdim olunur. Bu silahlar istifadəyə verildikdən sonra Ukrayna Rusiyaya hər zərbənin cavabını verəcək. Belə müharibədə arxasında Qərbin dayandığı Ukrayna üstünlük əldə edəcək". 

Analitik ehtimal edir ki, bu vəziyyəti qiymətləndirən Rusiya 50 gün ərzində ya şərtsiz atəşkəsi qəbul edəcək, ya da Ukraynadan tamamilə geri çəkiləcək. O hesab edir ki, Trampın bu açıqlaması konkret hədəfə yönəlib və onun nəticəsi ABŞ-nin bu mövqedə nə qədər israrlı olmasından asılı olacaq.

Qeyd edək ki, ABŞ-də NATO-nun baş katibi Mark Rutte ilə mətbuata açıqlama verən ABŞ Prezidenti Donald Tramp Rusiya ilə müharibənin 3 ildən artıqdır davam etdiyi Ukraynaya daha çox silah göndəriləcəyini açıqlayıb və Rusiyaya razılaşma üçün 50 gün vaxt verib. Əks halda Tramp Rusiyaya tətbiq edilən tarifləri 100% artıracağını bildirib. Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Trampın 50 günlük ultimatumuna cavab olaraq bildirib ki, belə bəyanatlar Kremlə tanışdır. Bu vaxt əvvəl 24 saat, sonra 100 indi isə 50 gün olub. 

Qiymət Mahir

FOTOLAR

Tramp Putinə 50 gün vaxt verdi: Ukraynada vəziyyət necə dəyişəcək? — 1
XƏBƏR LENTİ
17 IYUN 2026
Ebola virusu Avropa və Asiyaya yayıla bilər - Yaxın bir ayda risk altında olan ölkələr 22:17 İlon Mask yeni tarix yazdı: "SpaceX" "Amazon"u geridə qoydu 22:14 Dünyanın ən zəngin 500 adamının sərvəti bir gündə rekord həddə artdı 22:13 Qırğızıstanda Zobel mükafatı təsis edildi 20:38 Sabiq prezident insanlığa qarşı cinayətlərdə ittiham olunur 22:49 İran İsraili sərt cavab tədbirləri ilə hədələdi 01:25 Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Bütün Xəbərlər