“Tayvana hücum olarsa…” — Yaponiyadan Çinə SƏRT MESAJ

“Tayvana hücum olarsa…” — Yaponiyadan Çinə SƏRT MESAJ
17.11.2025 17:20

Yaponiya Baş naziri Sanae Takaiçi Çinin Tayvana müdaxilə etdiyi halda, Yaponiyanın özünü müdafiə üçün tədbirlər görməli olacağını bildirib.


Bu bəyanat Tokionun regional təhlükəsizlik xəttində yeni mərhələyə keçdiyini göstərir. Açıqlamadan bir neçə saat sonra Çin Sahil Mühafizəsinin dörd silahlı gəmisinin Senkaku (Çində Diaoyu) adaları yaxınlığında Yaponiyanın ərazi sularına daxil olması isə iki ölkə arasında artan gərginliyin real təhlükəsizlik hadisələri fonunda sürətlə dərinləşdiyini ortaya qoyur. "Bloomberg"in məlumatına görə, Tokio bununla bağlı etiraz edərkən, Pekin əməliyyatı “hüquqların qorunması patrulu” adlandıraraq qanuni saydığını bildirib.

Mövzunu TodayPress TV-yə şərh edən siyasi məsələlər üzrə ekspert Kamran Sultanlı bildirib ki, Çin Xarici İşlər Nazirliyinin Yaponiyaya yönəlik son sərt açıqlamaları regionda gərginliyin yeni mərhələyə keçdiyini göstərir. 


Onun sözlərinə görə, Pekinin həm XİN səviyyəsində, həm də diplomatlar vasitəsilə Tokionu hədəf alan kəskin ritorikası iki ölkə arasında münasibətlərin Soyuq Müharibə 2.0 formatına uyğun şəkildə kəskinləşdiyini nümayiş etdirir:

“Çin sözçüsünün "odla oynayan onunla birlikdə məhv olacaq" ifadəsi, eləcə də Osakadakı baş konsulun paylaşdığı sərt təhdidlər Pekin–Tokio xəttində tonun əvvəlki illərlə müqayisədə ciddi şəkildə sərtləşdiyini göstərir. Bu, təkcə diplomatik xəbərdarlıq deyil, həm də psixoloji təzyiq elementidir”.


Ekspert bildirib ki, Pekinin Yaponiya səfirini XİN-ə çağırması və vətəndaşlarını Yaponiyaya səfərlərdən çəkindirməsi bu siyasi qarşıdurmanın artıq institusional mərhələyə keçdiyini göstərir:

“Yaponiyada hakimiyyətə yeni gələn administrasiya qatı millətçi xəttə malikdir və anti-Çin mövqeyi ilə seçilir. Digər tərəfdən, Tayvanın inkişafında Yaponiyanın tarixi rolu, Senkaku adaları üzərində iddia rəqabəti, Cənubi Çin dənizində təchizat marşrutları uğrunda mübarizə iki ölkəni təbii rəqiblərə çevirir”.

K.Sultanlının sözlərinə görə, Çin Yaponiyanın ABŞ-nin Hind–Sakit Okean strategiyası ilə daha sıx inteqrasiya olunmasını öz “əsas maraqlarına” müdaxilə kimi qiymətləndirir və məhz buna görə Tokioya yönəlik təzyiq alətlərini genişləndirir:

“Yaponiya bu gün ABŞ-nin bölgədəki əsas güc proyeksiyası nöqtəsinə çevrilib. Amerika üçün Tayvanın müdafiəsi ssenarisində Yaponiyanın siyasi və lojistik rolu əvəzolunmazdır. Bu da Pekinin narahatlığını artırır və onu həm Yaponiyanı, həm də ABŞ–Yaponiya ittifaqını test etməyə sövq edir”.


Ekspertin fikrincə, Çin həm də Yaponiyanın remilitarizasiya prosesini özünə birbaşa təhlükə hesab edir və sərt ritorika ilə Tokionun daxilində fikir ayrılığı yaratmağa çalışır:

“Çin Yaponiyanın hərbi gücünün artmasını qəbul etmir və bunu strateji risk kimi qiymətləndirir. Yaxın perspektivdə birbaşa hərbi toqquşma az ehtimal olunsa da, hibrid müdaxilələr, informasiya əməliyyatları və psixoloji təzyiqlər mütləq artacaq”.

Kamran Sultanlı qeyd edib ki, Tayvan uğrunda geosiyasi yarışda Çin ABŞ-nin logistikasını zəiflətməyə və Vaşinqtonun Çindən iqtisadi asılılığından yararlanmağa çalışır. Pekinin əsas hədəfi ABŞ müttəfiqlərini, o cümlədən Yaponiyanı həm qorxutmaq, həm də neytrallaşdırmaqdır:

“Pekin üçün ən vacib məsələ ABŞ liderliyi altında formalaşan əməkdaşlıq formatlarını zəiflətməkdir. Bunun üçün ya Yaponiyada daxili siyasi parçalanma yaratmağa çalışır, ya da iştirak xərclərini artırır. Rusiya da burada Çin üçün mühüm oyunçudur – Moskva Avropada ABŞ-ni məşğul etməklə Pekinə strateji nəfəslik açır”.

Ekspert sonda bildirib ki, Çin Rusiyanın zəifləməsini və müharibənin tez başa çatmasını istəmir:

“Pekin üçün Rusiya hazırkı geosiyasi konfiqurasiyada əvəzsiz tərəfdaşdır. Moskvanın çökməsi Çinin qlobal balansdakı mövqeyini zəiflədər. Buna görə Pekin proseslərin uzanmasında maraqlıdır”.

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
"Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Все новости