Farslar Pezeşkiana xəyanət edib topun ağzına atdılar - İranda ağılagəlməz ağıl oyunları yaşanır - VİDEO

Farslar Pezeşkiana xəyanət edib topun ağzına atdılar - İranda ağılagəlməz ağıl oyunları yaşanır - VİDEO
22.06.2026 11:51

İranın siyasi səhnəsində  baş verənlər ölkənin daxili idarəetmə strukturundakı dərin böhranı və hakimiyyət daxili parçalanmanı açıq şəkildə ifşa etdi.

İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxınlığı ilə tanınan bir məddahın Prezident Məsud Pezeşkiana ünvanladığı açıq təhdid ölkədə böyük rezonans doğurub. “Əgər Rəhbərin irəli sürdüyü şərtlər yerinə yetirilməsə, boğazını kəsərik və səni ağır şəkildə cəzalandırarıq” formmasındakı bu sərt və qalmaqallı çıxış,  rejiminin sistematik xarakterini növbəti dəfə göz önünə sərdi. 

Məsələnin xüsusilə diqqət çəkən tərəfi odur ki, sözügedən təhdid Müctəba Xameneinin Pezeşkiana yönəlik açıq dəstək bəyanatından qısa müddət sonra səsləndi. Müctəba Xamenei ABŞ ilə  imzalanan memorandumla bağlı danışarkən, “Mənim fərqli fikrim var idi, lakin prezident və Milli Təhlükəsizlik Şurası məsuliyyəti üzərlərinə götürdülər, ona görə icazə verdim” deyərək bir növ prosesə yaşıl işıq yandırmışdı.

Bir tərəfdən ən ali səviyyədə “etimad” və “dəstək” mesajı verildiyi halda , digər tərəfdən isə radikal qanaddan fiziki məhv təhdidi gəlir.  Beləliklə, prezident həm müəyyən addımlar üçün “icazəli” fəaliyyət sahəsi əldə edir, həm də daim fiziki və siyasi təhlükə altında saxlanılır. Nəticədə Pezeşkian rejimin əsas dayaqları olan Ali Rəhbərlik və SEPAH-ın tam nəzarəti altında sadəcə bir “icraçı fiqur” vəziyyətinə salınır.

Bu rüsvayçı mənzərə İranın daxili idarəetmə fəlsəfəsinə dair bir neçə acı reallığı ortaya qoyur:

Dövlət institutlarının aşınması: Ölkənin rəsmi seçilmiş prezidentinin sıravi bir dini təbliğatçı tərəfindən bu cür kobud şəkildə hədələnməsi rəsmi hakimiyyət iyerarxiyasının tamamilə iflic olduğunu göstərir. Hüquqi mexanizmlər və dövlət etikası yerini radikal zorakılıq ritorikasına verib.

SEPAH və radikal qrupların mütləq gücü: Bu tipli çıxışlar heç vaxt kortəbii olmur. Onlar birbaşa SEPAH-a yaxın dairələrin iradəsini ifadə edir və prezidentin hər hansı müstəqil fəaliyyət imkanını əvvəlcədən məhdudlaşdırmağa xidmət edir.

“Günah keçisi” strategiyası: Pezeşkianı daim qorxu altında saxlamaqla, ölkədəki iqtisadi çətinliklər, sosial narazılıqlar və xarici siyasətdəki uğursuzluqlar üçün bütün məsuliyyəti onun üzərinə yıxmaq planlaşdırılır. Məqsəd xalqın qəzəbini rejimin özündən yayındırıb birbaşa prezident aparatına yönəltməkdir.

İslahat cəhdlərinin beşikdəcə boğulması: Prezidentin ata biləcəyi hər hansı müstəqil addım və ya islahat cəhdi dərhal “Rəhbərin xəttinə xəyanət” kimi qiymətləndirilərək təhdidlə qarşılanacaq. Bu təzyiq Pezeşkianı ya tam itaətkar bir kuklaya çevirəcək, ya da onu açıq qarşıdurmaya sövq edərək sıradan çıxaracaq.

Mövcud vəziyyət Pezeşkianın siyasi manevr sahəsini demək olar ki, sıfır səviyyəsinə salıb. Onun qarşısında iki yol var: ya öz siyasi kimliyini və vədlərini qurban verib radikallara təslim olmalı, ya da böyük riskləri göz önünə alıb açıq qarşıdurmaya getməlidir. Hər iki ssenaridə daxili böhran daha da dərinləşəcək. 

Belə getsə, beynəlxalq arenada İran hökumətinin onsuz da zəif olan etibarı  birdəfəlik zədələcək. Dünya dövlətləri bir daha idrak edir ki, prezidentlə hər hansı masa arxasına əyləşmək və razılaşmaq heç bir məna kəsb etmir, çünki real güc radikal qrupların və Ali Rəhbərliyin əlindədir.

Başqa  tərəfdən, Hörmüz boğazının yenidən bağlanması kimi aqressiv hədələr  Tehran rejiminin daxildə hansı "formatda" təqdim olunursa olunsun, öz mürtəce xarici siyasətindən əl çəkmək niyyətində olmadığını deyir. Sistem özünü qorumaq üçün fars şovinizmi və dini radikalizmin sintezindən istifadə edərək regionu gərginlikdə saxlamağa davam edir.

Nümayiş etdirilən “demokratiya” və “islahat” oyunları  xaricə və daxili auditoriyaya yönəlmiş fasaddır. Hakimiyyət Ali Rəhbərlik və SEPAH-ın əlində cəmləşib. Öz varlığını qorumaq üçün hər cür manipulyasiya və daxili-xarici təhdidə əl atan bu teokratik sistem, Cənubi Qafqazdan tutmuş Körfəz regionuna qədər bütün Yaxın Şərq üçün davamlı qeyri-stabillik və təhlükə mənbəyi olacaq.

Jalə Rövşən

XƏBƏR LENTİ
30 IYUL 2026
“Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Yanğını söndürməyə gedən helikopter yerə çırpıldı - Dəhşətli hadisə 02:17 İranda partlayış səsləri eşidildi - SON DƏQİQƏ 01:52 TƏCİLİ: Ər-Riyaddakı hava limanı bağlandı 01:49 Gərginliyin mərkəzində görüş - HƏMAS rəhbəri Hakan Fidanla bir araya gəldi 01:29 UEFA Çempionlar Liqası: “Fənərbağça” - “Qurnik” oyunu bitdi - YENİLƏNDİ 22:05 Böyük gözləntilər olan görüş uğursuz oldu? - DETALLAR 00:47 Çempionlar Liqasında “Sabah”ın rəqibi açıqlandı 23:59 Bütün Xəbərlər