Tarixin revanşı: SƏFƏVİ VARİSLƏRİ, YOXSA QACARLAR?

Tarixin revanşı: SƏFƏVİ VARİSLƏRİ, YOXSA QACARLAR?
13.01.2026 13:28

ABŞ-nin Yaxın Şərq üzrə tanınmış analitiki və Corc Buş (oğul) administrasiyasının sabiq rəsmisi Maykl Skott Doran Osmanlı tarixçisi Fransevi Efendinin İranda Qacarlar sülaləsinin bərpası ilə bağlı fikirlərinə münasibət bildirib. Doran İranda mümkün monarxiya ssenarisində Səfəvilər sülaləsini dəstəklədiyini və Şah İsmayılı uzaqgörən Azərbaycan monarxı kimi qiymətləndirdiyini deyib.

 Maraqlıdır, indiki vəziyyətdə bu ssenarilər nə dərəcədə real görünür ? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Zaur İbrahimli bildirib ki, İranda cəmiyyət idarəetməyə etimadını itirib:


"İrandakı hadisələrin inkişafı ilə bağlı verilən proqnozların çoxu reallıqdan uzaqdır. Hazırda İranda cəmiyyət 1979-cu ildən bəri ilk dəfə mövcud idarəetmə sisteminə etimad göstərmir; teokratik rejim legitimliyini itirib, İslam Respublikası isə artıq özünü doğrultmur".

Onun sözlərinə görə, hazırkı dini-siyasi rəhbərlik geri çəkilmək niyyətində deyil və etirazçılara qarşı zorakılıq tətbiq edir. Teokratik rejim indiki və əvvəlki formatda idarəetməni davam etdirə bilməz və hakimiyyətdə qalsa belə, əvvəlki üsullarla idarə edə bilməyəcək. İran elitasında parçalanmalar var və zorakılıq bütün siyasi elita tərəfindən qəbul edilmir.

Analitik qeyd edib ki, İran daxilində dünyəvi idarəetmə tərəfdarları və digər qüvvələr geniş dəstəyə malikdir; Silahlı Qüvvələr və təhlükəsizlik qüvvələri hazırda mərkəzi hökumətə sadiqdir. Etirazlar davam edərsə, hakimiyyət daxilində parçalanmalar və hətta çevriliş ehtimalı var.

Politoloq vurğulayıb ki, İranda monarxiya ssenariləri mümkün görünmür:

"Monarxiya tərəfdarı ssenarilər də müzakirə olunur: Pəhləvi və Qacar sülalələrinin bərpası, lakin bu indiki halda real görünmür. Xarici qüvvələr İranın parçalanmasından narahatdır; ABŞ, Rusiya və Çin mövcud iqtidara pərdəarxası dəstək verir".

Z.İbrahimli həmçinin əlavə edib ki, İran geosiyasi mübarizənin mərkəzindədir:

"İran məsələsi yalnız daxili problem deyil, böyük geosiyasi rəqabətin bir hissəsidir. Cənubi Azərbaycan isə Pəhləvi sülaləsinin dəstəyi ilə prosesdə uğur qazana bilməz və nəticələr legitim olmayacaq. Fars millətçiliyinin yenidən üstünlük qazanması digər xalqlar üçün məqbuldur. Mövcud vəziyyət mürəkkəbdir və hansı qüvvənin ön plana çıxacağını indidən demək tələskənlik olardı". 

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Все новости