Tariximizin şərəfli səhifəsi: Aprel döyüşlərinin 10-cu ili

Tariximizin şərəfli səhifəsi: Aprel döyüşlərinin 10-cu ili
01.04.2026 12:10

“Aprel qələbəsi bütün dünyaya Azərbaycan Silahlı Qüvvələrinin döyüş qüdrətini, xalqımızın yenilməz ruhunu nümayiş etdirdi və 2020-ci il Vətən müharibəsindəki tarixi zəfərin əsasını qoydu”. 

Bunu TodayPress TV-yə açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.


O qeyd edib ki, Azərbaycan Respublikasının müstəqillik tarixinə şərəfli bir səhifə kimi yazılmış Aprel döyüşləri 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə başlayaraq aprelin 5-dək davam etmiş əks-hücum əməliyyatıdır. 

“Dördgünlük müharibə” kimi də tanınan bu döyüşlər, 1994-cü il atəşkəs sazişindən bəri bölgədə baş vermiş ən şiddətli silahlı qarşıdurma idi. Azərbaycan Ordusu illərlə davam edən işğala qarşı güclü əks-həmlə edərək düşmənə ağır zərbə vurdu. 2016-cı ilin mart ayından etibarən Ermənistan silahlı qüvvələri cəbhəboyu yaşayış məntəqələrini daha intensiv atəşə tutmağa başlamışdı. Aprelin 1-dən 2-nə keçən gecə isə düşmən bütün mövqelərimizi və mülki əhalini artilleriya atəşinə məruz qoydu. Bu təxribat nəticəsində iki nəfər dinc sakin həlak oldu, on nəfər isə müxtəlif dərəcəli xəsarətlər aldı. Ermənistanın danışıqlar ərəfəsində gərginlik yaratmaq cəhdləri yeni deyildi. İrəvan bu yolla ölkədəki siyasi, ictimai və sosial-iqtisadi böhrandan diqqəti yayındırmağa çalışırdı", - deputat əlavə edib.  

Parlamentari diqqətə çatdırıb ki, Aprel döyüşləri Azərbaycan Ordusunun strateji üstünlüyü ələ keçirərək düşmənə ağır zərbə vurması ilə nəticələndi: 


"Döyüşlər əsasən 257 kilometr uzunluğunda olan təmas xətti boyunca cərəyan etdi. Ağdərə, Tərtər, Ağdam və Xocavənd–Füzuli istiqamətləri ən gərgin döyüş məntəqələrinə çevrildi. Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı həyata keçirdi. Ordumuzun bölmələri artilleriya qruplarının, pilotsuz uçuş aparatlarının və digər hərbi vasitələrin tətbiqi ilə düşmənə ağır zərbə vurdu. Döyüşlər nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı kəndi istiqamətindəki ərazilər, Goranboy rayonunun Gülüstan kəndi yaxınlığındakı mövqelər, eləcə də Ağdərə-Madagiz yolunun nəzarəti azad edildi. Ümumilikdə, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının 2000 hektardan çox işğal altındakı ərazisi azad olundu, on minlərlə hektar isə tam nəzarətə götürüldü. Düşmənin itkiləri də son dərəcə ağır idi: Ermənistan tərəfinin 30 tankı və 15-dən çox artilleriya qurğusu məhv edildi, 320 hərbçisi öldürüldü, 500-dən çoxu yaralandı. Aprel döyüşləri illərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifini tamamilə dağıtdı. Ölən və yaralananların böyük hissəsinin Ermənistan hərbçilərindən ibarət olması İrəvanın münaqişəyə birbaşa müdaxiləsini bir daha sübut etdi". 

Naqif Həmzəyev xatırladıb ki, Azərbaycan Ordusu əks-hücum əməliyyatını özünün beynəlxalq hüququn tanıdığı ərazilərində həyata keçirib: 


"Bu hüquqi reallıq olduqca mühüm idi. Beynəlxalq təşkilatlar və nüfuzlu dövlətlər Aprel döyüşləri ilə bağlı Azərbaycan əleyhinə rəsmi etiraz bildirmədilər. Aprelin 5-də saat 12:00-dan etibarən Azərbaycan tərəfinin razılığı və beynəlxalq qurumların vasitəçiliyi ilə qarşılıqlı atəşkəs elan olundu. Bu addım Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə sadiqliyini bir daha nümayiş etdirdi. Döyüşlərdən sonra may ayında Vyanada, iyunun 20-də isə Rusiya Prezidentinin iştirakı ilə Sankt-Peterburqda danışıqlar keçirildi". 

O, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbçilərlə görüşündə Ermənistana verdiyi mesajı xatırladıb: 

“Biz sadəcə olaraq çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq son illər ərzində aldığımız ən müasir, - mən onu bir daha qeyd etmək istəyirəm, - dünyanın ən müasir silahları bizə çox böyük imkan yaradır. Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib”. 

Onun sözlərinə görə, Aprel döyüşlərinin ən böyük tarixi və mənəvi əhəmiyyəti Cocuq Mərcanlı kəndi ilə bağlıdır:


“Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində kənddə yaşayış üçün bütün təhlükələr aradan qaldırıldı. Prezident İlham Əliyevin 24 yanvar 2017-ci il tarixli sərəncamı ilə Cocuq Mərcanlının bərpasına və əhalinin geri qayıdışına başlanıldı. 23 illik ayrılıqdan sonra sakinlərin doğma torpaqlarına qayıtması xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı. Bu proses tarixə “Böyük Qayıdış” kimi düşdü”.  

Parlamentri, həmçinin Aprel döyüşlərinin beynəlxalq ictimaiyyətin diqqətini yenidən bölgəyə yönəltməsinə diqqət çəkib: 


"Bir sıra dövlətlər Azərbaycanın ərazi bütövlüyünə dəstək bəyan etdilər. Dünya azərbaycanlıları Kanada, İsrail, Çexiya və digər ölkələrdə Ermənistan təcavüzünə son qoyulması tələbi ilə sülhməramlı aksiyalar təşkil etdilər. Aprel döyüşlərinin 2020-ci il Vətən müharibəsindəki tarixi qələbə ilə bilavasitə bağlılığı danılmazdır. Dördgünlük döyüşlər Azərbaycana mühüm hərbi-strateji üstünlüklər qazandırdı, Ordumuzun torpaqlarını azad etməyə qadir olduğunu sübut etdi. Xüsusilə Lələtəpə kimi yüksəkliklərin azad edilməsi sonrakı əməliyyatlar üçün böyük əhəmiyyət daşıyırdı. Ermənistanın işğalçılıq siyasəti bir daha dünya ictimaiyyətinə çatdırıldı. Aprel qələbəsi xalqımızda birliyi və qəhrəmanlıq ruhunu daha da gücləndirdi. Bu qələbə “Böyük Qayıdış”ın və 2020-ci il Vətən müharibəsindəki tarixi zəfərin başlanğıcı oldu. O zəfər isə əsrlər boyu Azərbaycan torpağı olan Qarabağın yenidən Vətənə qayıdışı ilə tamamlandı.  Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Qarabağ Azərbaycandır!". 

Xatırladaq ki, Aprel döyüşlərindən 10 il keçir. 

Jalə Rövşən

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Все новости