"Sülh bizə tanış olmayan məfhumdur..." — Paşinyan ETİRAF EDİR

"Sülh bizə tanış olmayan məfhumdur..." — Paşinyan ETİRAF EDİR
29.10.2025 10:45 Təhlil

“Sülh” Ermənistan üçün tanış olmayan məfhumdur”. 

Ermənistanın Baş naziri Nikol Paşinyan bunu parlamentdə 2026-cı il büdcəsinin müzakirəsi zamanı ölkənin qonşu Azərbaycanla münasibətlərinin normallaşması məsələsinə toxunarkən deyib.


O, həmçinin Bakı ilə sülhün bərqərar olması üçün səyləri davam etdirməyə çağırıb. 

“Biz sülhün Ermənistan üçün naməlum məfhum olduğunu qəbul etməliyik. Çünki ölkə müstəqilliyinin ilk günlərindən münaqişə vəziyyətindədir...” - deyə Paşinyan bildirib.

Baş nazirin etirafı Ermənistan cəmiyyəti tərəfindən necə qarşılanacaq? Bu açıqlama özündə nəyi ehtiva edir?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Anar İsayev bildirib ki, Nikol Paşinyanın bu ifadəsi həm siyasi, həm də psixoloji məna daşıyır və Ermənistan daxilində ciddi rezonans doğuracağı gözlənilir:


“Əslində, Paşinyan bu sözlərlə dolayısı ilə Ermənistan cəmiyyətinin müharibə və düşmənçilik üzərində qurulmuş siyasi-ictimai kimliyini etiraf edir. Ermənistan müstəqillik əldə etdikdən bəri “Qarabağ ermənilərin milli məsələsidir”, “Azərbaycan düşməndir” kimi qarşıdurma ideologiyaları ilə formalaşıb. Paşinyan isə bu gün həmin ideoloji bünövrənin ölkəni dalana dirədiyini açıq şəkildə etiraf edir. Bu həm də Ermənistan üçün ideoloji dönüş çağırışıdır — “münaqişə dövləti”ndən “sülh dövləti”nə keçidin mesajıdır”.

Ekspert Paşinyanın açıqlamasının Ermənistan daxilində yarada biləcəyi təsirlərdən də bəhs edib:


“Bu etirafın Ermənistanda iki fərqli düşərgə tərəfindən fərqli qarşılanacağı aydındır. Radikal müxalifət və keçmiş “Qarabağ klanı” bu bəyanatı “milli məğlubiyyətin” etirafı kimi dəyərləndirəcək və Paşinyanı Azərbaycan qarşısında təslim olmaqda ittiham edəcək. Artıq bu tendensiya “Hayastan” və “Daşnaqsütyun” partiyalarının bəyanatlarında da özünü göstərir. Digər tərəfdən, islahatçı və realist təbəqə bu çıxışı doğru, lakin gecikmiş bir reallığın etirafı kimi qiymətləndirəcək”.

Anar İsayev bu açıqlamanın erməni cəmiyyətində sülh tərəfdarları ilə “köhnə Qarabağ düşüncəsinin” daşıyıcıları arasında qütbləşməni daha da dərinləşdirə biləcəyini ehtimal edir. O, həmçinin əlavə edib ki, Paşinyanın bəyanatı beynəlxalq arenaya yönəlmiş “sülh siqnalı” kimi də şərh oluna bilər. O, Qərbə göstərmək istəyir ki, Ermənistan artıq müharibə psixologiyasından imtina etməyə hazırdır.

“Qeyd etmək lazımdır ki, Ermənistan uzun illər milli kimliyini münaqişə üzərində qurduğu üçün bu kimlik indi dağılır. Paşinyan anlayır ki, ölkənin inkişafı üçün yeni ideoloji əsas — sülh və iqtisadi əməkdaşlıq lazımdır. Lakin bu transformasiya həm ağrılı, həm də qarşıdurmalı proses olacaq”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Bütün Xəbərlər