Siyasi gedişlər enerji bazarlarının vəziyyətini necə dəyişdi? – ŞƏRH

Siyasi gedişlər enerji bazarlarının vəziyyətini necə dəyişdi? – ŞƏRH
10.03.2026 16:15

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) davam edən münaqişə zamanı regiondan ABŞ-yə və Vaşinqtonla əməkdaşlıq edən ölkələrə heç bir neft ixracına icazə verməyəcəyini elan edib. 

Maraqlıdır, enerji resurslarından siyasi təzyiq aləti kimi istifadə olunması beynəlxalq münasibətlərdə hansı yeni ittifaqlara və qarşıdurmalara səbəb ola bilər? 

Sözügedən məsələni politoloq Tofiq Abbasov TodayPress TV-yə şərh edib. 


Onun fikrincə, müşahidə olunan vəziyyət gərginliyi ilə seçilir: 

"Məsələ bundadır ki, iqtisadi blok yavaş-yavaş məhdudlaşdırılır. Əgər iqtisadi sistemdə enerji dövriyyəsi azalırsa, bu, əlbəttə ki, yaxşı nəticələr vəd etmir".    

Analitik diqqətə çatdırıb ki, müharibə vaxtında tərəflər istifadə edə biləcəyi hər bir alətdən yararlanırlar: 

"ABŞ hələ müharibə başlamamışdan əvvəl İranı sanksiyalarla əhatə edirdi. Yəni faktiki olaraq iqtisadi müharibə də elan edilmişdi və İran bunun nəticəsində çox dərin sıxıntılarla üzləşmişdi. Müharibə başlayandan sonra isə İranın xəbərdarlıqları mərhələli şəkildə reallaşmağa başladı. Əvvəlcə İran bildirdi ki, Amerikanın bütün hərbi bazaları bölgədəki qanuni hədəflər olacaq və onlar onlardan istifadə edərək zərbə endirəcəklər. Sonra Hörmüz boğazını bağlayacaqlarını dedilər və bunu da reallaşdırdılar, həmçinin orada xüsusi rejim tətbiq etməyə başladılar”.   

Politoloq əlavə edib ki, Amerikanın məsələyə yanaşması bir qədər subyektivdir:

“Çünki əgər özünüz 40–47 il ərzində İrana qarşı sanksiyalar siyasəti tətbiq etmisinizsə, indi İranın da buna cavab verməməsi nə qədər doğru olar? Təbii ki, İran bütün həssas proseslərin nəbzini tutaraq düşmənə zərbə endirməyə çalışır. Bundan əlavə, Amerikanın müttəfiqləri, o cümlədən avropalılar, əgər öz neft paylarını Körfəz bölgəsindən çıxarmaq istəyirlərsə, onlara yüksək tariflər tətbiq olunacaq; əks halda, çıxışa buraxılmayacaqlar. İranın bunu həyata keçirmək üçün həm hərbi, həm də texniki imkanları var”.

T.Abbasov vurğulayıb ki, nəticədə, neft bazarlarında qiymətlərin sıçrayışla artması artıq bütün dünyanı narahat edir:  


"Bu, ilk növbədə sadə insanlara təsir edir. Avropa və digər ölkələr neft ehtiyatları məhdud olduğu üçün idxala bağlıdır və dəyişikliklərin yükünü ağır şəkildə hiss edirlər. Onlara ən vacib olan budur ki, müharibənin nə zaman sona çatacağı aydın olsun və bu kritik vəziyyət yavaş-yavaş stabilləşsin".   

Onun sözlərinə görə, Donald Tramp da yaxşı anlayır ki, Amerika siyasətinin əsas elementlərindən biri enerji siyasətidir: enerji bolluğu, neft və qaz istehsalı, ixracatı və idxalı. Hələlik Amerika özünü təminatlı hiss edir, amma müharibə uzanarsa, onların da problemləri ortaya çıxa bilər.

Şərhçi sonda diqqətə çatdırıb ki, siyasi gedişlər enerji bazarlarının vəziyyətinə birbaşa təsir göstərir və hələ ki sabitləşdirici məqamlar çox azdır: 


“Tramp bildirib ki, müharibənin sonunu düşünür və yaxın zamanda mövqeyini açıqlaya bilər. Hazırda hamı səbirsizliklə bu anı gözləyir”. 

Qeyd edək ki, ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara fevralın 28-dən başlayıb. Bu hadisə Tehran və Vaşinqton administrasiyaları arasında danışıqların davam etdiyi bir dövrə təsadüf edib.

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Дезинформация угрожает нашей общественной жизни — Президенту пришлось вмешаться 16:45 Все новости