Şimali Koreya FƏALLAŞDI: Raketlər hərbçilərə qarşı!

Şimali Koreya FƏALLAŞDI: Raketlər hərbçilərə qarşı!
16.03.2026 17:56

Şimali Koreya ölkənin şərq sahili istiqamətində 10-dan çox ballistik raket buraxıb. Bu, ABŞ-nin Cənubi Koreyada təxminən 28 min 500 hərbçisi və qırıcı təyyarələrinin yerləşdirildiyi vaxta təsadüf edib.


Şimali Koreya isə bu cür birgə hərbi təlimləri tez-tez “ölkəyə hücum üçün hazırlıq” kimi qiymətləndirir və sərt reaksiya verir.

Sual yaranır, Şimali Koreya ABŞ və Cənubi Koreyanın hərbi təlimlərini özünə qarşı təhdid kimi qiymətləndirməkdə haqlıdırmı?

Sözügedən mövzunu politoloq Əli Mustafa TodayPress TV-yə şərh edib.


Ekspert bildirib ki, Şimali Koreyanın nüvə dövləti olduğunu nəzərə almaq lazımdır:

"Xeyr, Şimali Koreya nüvə dövləti olduğu üçün Cənubi Koreyanın və ya ABŞ-nin ona hücum etməsini düşünmək doğru deyil: Bildiyim qədər, onların belə bir niyyəti yoxdur. Əksinə, ABŞ və Cənubi Koreya Şimali Koreyadan gələn təhdidlərdən qorunmaq üçün orada silahlı qüvvələr yerləşdirir, hava hücumundan müdafiə sistemləri quraşdırır və digər tədbirlər görür".

Analitik hesab edir ki, hazırkı eskalasiyanın müəllifi Şimali Koreyadır:


"Hətta bu günlərdə Şimali Koreya Yaponiya istiqamətinə də ballistik raket atıb. O, demək olar ki, həm Yaponiyanı, həm də Cənubi Koreyanı təzyiq altında saxlamaqla, əslində ABŞ-nin digər bölgələrdə, xüsusən Yaxın Şərqdəki hərbi fəallığına mane olmağa çalışır. Mənim fikrimcə, burada məqsəd İranı qorumaqdır".

Politoloq həmçinin vurğulayıb ki, ABŞ İrana qarşı hərbi hazırlıq görür:

"Bildiyim qədər, ABŞ Cənubi Koreyadan müəyyən silah-sursat, o cümlədən Patriot hava hücumundan müdafiə sistemlərini çıxararaq İran istiqamətinə göndərir. Bunun məqsədi körfəz ölkələrini qorumaq və İsraili müdafiə etməkdir. Belə bir şəraitdə Şimali Koreya da fəallaşaraq, sanki ABŞ-nin İrana qarşı təzyiqlərinin qarşısını almağa çalışır. Yəni onun məqsədi, Amerikanın daha çox güc toplayaraq İrana qarşı hərbi əməliyyat aparmasının qarşısını almaqdır".

Ekspert diqqətə çatdırıb ki, Hind-Sakit Okean regionunda gərginliyin mövcudluğu danılmazdır. Çin və Şimali Koreya ABŞ-nin bölgədəki müttəfiqləri ilə qarşı-qarşıya gələ bilər. Bu baxımdan tərəflərin bir-birinə etimad etməməsi və bir-birlərindən təhlükə gözləməsi normaldır.

“Amma indiki vəziyyətdə düşünürəm ki, eskalasiyanın əsas müəllifi Şimali Koreyadır. O, açıq şəkildə İranı dəstəkləyəcəyini, hətta İsrailə qarşı nüvə silahından istifadə edə biləcəyini bildirib. Bu baxımdan bölgədə baş verənlər daha çox ABŞ-ni bu regionda saxlamaq və onun İrana qarşı hərbi qüvvə cəmləməsinin qarşısını almaq məqsədi daşıyır”, - analitik fikrini tamamlayıb.

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Дезинформация угрожает нашей общественной жизни — Президенту пришлось вмешаться 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Все новости