Savaşın kölgəsi GERİ QAYIDIR: “Müharibə istəmirik, amma…”

Savaşın kölgəsi GERİ QAYIDIR: “Müharibə istəmirik, amma…”
21.11.2025 22:30

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin İsraillə mümkün yeni müharibəyə hazırlıq səviyyəsi barədə diqqətçəkən açıqlama verib. 

O bildirib ki, Tehran 12 günlük əvvəlki müharibədən ciddi dərslər çıxarıb, raket arsenalını həm kəmiyyət, həm keyfiyyət baxımından gücləndirib və İsrailin zəif tərəflərini öyrənərək bu istiqamətdə iş aparıb. Əraqçi vurğulayıb ki, İran müharibə istəmir, amma “müharibənin qarşısını almağın ən yaxşı yolu buna hazır olmaqdır” prinsipi ilə hərəkət edir.

Maraqlıdır, İranın hazırkı açıqlamaları bölgədə real hərbi eskalasiyanın xəbərçisi kimi qiymətləndirilə bilərmi?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Elçin Xalidbəyli bildirib ki, İran və İsrail arasında baş vermiş 12 günlük hərbi qarşıdurma Yaxın Şərqin yenidən formalaşdırılması prosesinə ciddi təsir göstərən əsas amillərdəndir:

“Hazırda “Yeni Yaxın Şərq” modelinin qurulması istiqamətində proses çox sürətlə gedir. Qəzza bölgəsində sülhyaratma mərhələsinin başlaması da bu geosiyasi transformasiyanın intensivləşdiyini göstərir. Bu o deməkdir ki, yaxın zamanlarda regionda mühüm dəyişikliklər baş verəcək”.

Ekspertin sözlərinə görə, yaranan yeni geosiyasi şərtlər fonunda İran da öz mövqeyini yenidən nəzərdən keçirməyə məcburdur:

“Regiondakı balans dəyişdikcə Tehran üçün də situasiya dəyişir. İran özünə qarşı mümkün hərbi müdaxilə ehtimalını istisna etmir. Elə buna görə də yeni müharibə ssenarisinə hazırlaşdığını açıq şəkildə göstərir. ABŞ–İran münasibətlərinin olduqca gərgin olması bu ehtimalı daha da inandırıcı edir”.

Elçin Xalidbəyli hesab edir ki, İranın 12 günlük savaşın nəticələrini diqqətlə təhlil etməsi və mümkün yeni qarşıdurmaya hazırlıq aparması başadüşüləndir, lakin bu, çıxış yolu deyil:

“Əsas məsələ ondan ibarətdir ki, mövcud ziddiyyətlər və təhlükəsizlik çağırışları hərbi deyil, məhz diplomatik masada həll olunmalıdır. Regionda dayanıqlı sabitlik üçün gərginlik deyil, siyasi iradə lazımdır”.

Analitik qeyd edib ki, İran ilə ABŞ arasında münasibətlərin normallaşması Yaxın Şərq üçün strateji əhəmiyyət daşıyır:

“Yaxın Şərqdə təhlükəsizliyin təmin olunması təkcə region ölkələrinin deyil, daha geniş coğrafiyanın maraqlarına uyğundur. Buna görə bütün tərəflər qarşıdurma riskini minimuma endirən yeni təhlükəsizlik arxitekturası formalaşdırmaq üçün ortaq addımlar atmalıdır”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 Иранские беспилотники атаковали правительственный объект в Кувейте 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 «Нефтчи» стартовал на Токийском этапе с победы над США 13:10 Объявлен прогноз погоды на воскресенье 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Гражданам этих стран разрешен безвизовый въезд в Азербайджан 12:18 Народный поэт Нариман Гасанзаде завтра будет похоронен на I Аллее почётного захоронения 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Брат Байрама убил их мать 11:53 Уже 9 лет как я живу в Баку, в родительском доме — Севиль Алиева 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Все новости