Rusiyanın nüvə strategiyası: Norveç üçün real risk varmı?

Rusiyanın nüvə strategiyası: Norveç üçün real risk varmı?
11.02.2026 19:30

Norveçin müdafiə rəisi general Eirik Kristoffersen Rusiyanın nüvə arsenalının böyük bir hissəsinin, o cümlədən nüvə sualtı qayıqlarının, quru raketlərinin və nüvə silahına malik təyyarələrinin Norveç sərhədindən qısa bir məsafədə yerləşən Kola yarımadasında yerləşdiyini bildirib.

General Oslonun Rusiyanın ölkəyə gələcəkdə hücumu ehtimalını istisna edə bilməyəcəyini qeyd edib və Moskvanın şimalda yerləşən nüvə aktivlərini qorumaq üçün Norveçdən istifadə edə biləcəyi fikrini irəli sürüb.

Maraqlıdır, həqiqətən də Rusiyanın öz nüvə ehtiyatını qorumaq məqsədilə Norveçə hücum etmə ehtimalı var?

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli TodayPress TV-yə danışarkən bildirib ki, Avropa ölkələri Rusiyanı real hərbi təhlükə kimi görür və xüsusilə nüvə zərbəsi ehtimalını istisna etmirlər.


“Son vaxtlar ümumilikdə Avropa ölkələri Rusiya təhlükəsindən ciddi şəkildə ehtiyat edirlər. Avropa Birliyi bu riski nəzərə alaraq quruma üzv ölkələrin hərbi sənaye komplekslərinin inkişafı, eləcə də müdafiə imkanlarının və ordularının gücləndirilməsi üçün külli miqdarda maliyyə vəsaiti ayırıb”, - deyə analitik izah edib.

Siyasi şərhçi vurğulayıb ki, dövlətlərarası məsləhətləşmələrlə paralel olaraq artıq konkret addımların atılmasına başlanılıb. Onun sözlərinə görə, hazırda Avropa ölkələri yaxın gələcəkdə Rusiyadan hərbi təhlükə gözləyirlər və bu təhlükənin nüvə savaşı xarakteri daşıya biləcəyini də qətiyyən istisna etmirlər.

E. Xalidbəyli qeyd edib ki, belə dövlətlər sırasında Norveç də var:

“Norveç Rusiya üçün daha əlçatan coğrafiyada yerləşdiyindən ehtiyat addımlar atması zəruridir və bu, istisna hal deyil. Ukrayna müharibəsi ətrafında yaranmış son vəziyyətdə Rusiyanın mövqelərinin nisbətən güclənməsi Norveçdə və ümumilikdə Avropada ciddi narahatlıq doğurur. Norveçlə yanaşı Şərqi Avropa və Baltikyanı ölkələr də özlərini Rusiyanın əsas hədəfləri sırasında görür və bu səbəbdən müdafiə xarakterli addımlarda daha aktiv mövqe tutmağa çalışırlar”.

Politoloq sonda qeyd edib ki, bütün bu proseslər Rusiyanın qlobal məkanda real təhlükə mənbəyinə çevrildiyini göstərir. Ekspertin fikrincə, hazırda Rusiya ilə əməkdaşlıqdan daha çox, Rusiyadan müdafiə olunmaq ehtiyacı ön plana çıxıb və Avropa ölkələrinin mütləq əksəriyyəti, o cümlədən Norveç, xüsusilə nüvə zərbəsi riskinə qarşı preventiv tədbirlər görmək məcburiyyətində qalıb.

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 Уже 9 лет как я живу в Баку, в родительском доме — Севиль Алиева 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Глава государства поздравил Президента Швейцарии 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Россия подвергла Киев ракетному обстрелу — есть погибшие 09:56 Цены на нефть на мировых рынках выросли 09:50 На страницах Президента Ильхама Алиева в социальных сетях была опубликована публикация, посвященная Дню азербайджанского алфавита и азербайджанского языка 09:26 Скончался народный поэт Нариман Гасанзаде 09:20 В Польше обнаружили бронзовый меч возрастом около 3 тысяч лет 01:34 Россия до 2032 года… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Убил жену, после чего пошел в полицию и во всем признался — ПОДРОБНОСТИ 00:08 Трамп отдал приказ о новых ударах по Ирану — СРОЧНО 02:06 В Татарстане произошел взрыв на нефтехимическом комплексе 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Все новости