Rusiyadan Ermənistana sərt mesaj: Aİ yolu İrəvana baha başa gələ bilər

Rusiyadan Ermənistana sərt mesaj: Aİ yolu İrəvana baha başa gələ bilər
29.05.2026 19:15

“Avrasiya İqtisadi İttifaqı “Rusiya və onun tərəfdaşları” klubuna bənzəyir”.

TodayPress TV xəbər verir ki, bununla bağlı politoloq Elxan Şahinoğlu açıqlama verib.

Politoloq bildirib ki, Rusiya rəsmiləri bir ağızdan deyirlər ki, “Ermənistan Avropa İttifaqına inteqrasiya siyasətindən imtina etməzsə, Avrasiya İqtisadi İttifaqından çıxarılacaq”.

O qeyd edib ki, rusiyalı rəsmilər bu açıqlamanı verərkən birliyə üzv olan digər dövlətlərin rəyi ilə hesablaşmırlar, onların yerinə də qərar verirlər.

Elxan Şahinoğlu misal olaraq bildirib ki, bugünə qədər Avrasiya İqtisadi İttifaqına üzv olan Qazaxıstan və Qırğızıstan rəsmilərindən Ermənistan hökumətinin ünvanına “üzvlükdən çıxararıq” tipli açıqlamalar verilməyib. Buna baxmayaraq, həmin dövlətlərin rəsmiləri rusiyalı rəsmilərin açıqlamalarına tərs düşən fikir də bildirmirlər.

Politoloq qeyd edib ki, bunun nəticəsidir ki, Astanada Avrasiya İqtisadi İttifaqının sammitində Ermənistanla bağlı bəyanat qəbul edilib. Vladimir Putinin köməkçisi Yuri Uşakov bildirib ki, Vladimir Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Belarus Prezidenti Aleksandr Lukaşenko və Qırğızıstan Prezidenti Sadır Japarov Ermənistanın Avropa İttifaqına üzv olmaq planları ətrafında vəziyyəti müzakirə ediblər.

“Aydındır ki, Rusiya Ermənistanla bağlı qərarını o biri üzvlərə qəbul etdirib”, – deyə Elxan Şahinoğlu vurğulayıb.

Politoloqun sözlərinə görə, Avropa İttifaqı sözdə yox, əməldə Ermənistan hökumətinə dəstəyini artırmasa, Kreml Ukrayna “ssenarisini” Ermənistanda təkrarlamaq istəyəcək.

O bildirib ki, vaxtilə Ukrayna məhz Avropa İttifaqı ilə assosiativ saziş imzaladığına görə Kreml tərəfindən cəzalandırılıb və indi Ermənistan hökuməti hədəfdədir.

Elxan Şahinoğlu qeyd edib ki, İrəvanda Avropa Siyasi Birliyinin sammitini keçirmək kifayət deyil, Brüssel Rusiyanın baş nazir Nikol Paşinyana artan təzyiqləri neytrallaşdırmaq barədə düşünməlidir.

Politoloq əlavə edib ki, Rusiya Ermənistana qazın qiymətlərini qaldırmağı planlaşdırır, üstəgəl Ermənistanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına girişi qadağan olunub.

O vurğulayıb ki, Avropa İttifaqı öz bazarını Ermənistan kənd təsərrüfatı məhsullarına aça və bu ölkəni qazla təmin etmənin alternativlərini hərəkətə gətirə bilər. Elxan Şahinoğlunun fikrincə, bu baş verməyəcəksə, Brüsselin və Fransa Prezidenti Emmanuel Makronun Nikol Paşinyana sözdə dəstəkləri bir qara qəpiyə dəyməyəcək.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 Все новости