İsraildə növbədənkənar seçki xaosu: Netanyahu gedir?

İsraildə növbədənkənar seçki xaosu: Netanyahu gedir?
25.12.2025 13:11

İsraildə koalisiya hökuməti daxilində dərin fikir ayrılıqları erkən seçki ehtimalını yenidən gündəmə gətirib. Məlumata görə, Baş nazir Benyamin Netanyahu müşavirlərinə oktyabra planlaşdırılan seçkilərin iyun ayında keçirilə biləcəyini bildirib. Buna səbəb ultra-ortodoks yəhudilərin hərbi xidmətə cəlbi ilə bağlı qanun layihəsi və büdcə məsələləri ətrafında yaranmış çıxılmaz vəziyyətdir. Bu amillər erkən seçki ehtimalını artırır.


Maraqlıdır,  Netanyahu hakimiyyətdən gedə bilərmi ? 

Sözügedən mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Sədrəddin Soltan bildirib ki, Netanyahu əsir və girov məsələlərinə görə tənqid olunur:


"İsraildə parlament seçkilərinin keçirilməsi, daha doğrusu növbədənkənar parlament seçkilərinin keçirilməsi çağırışları hələ HƏMAS ilə  müharibə dövründə səslənirdi. Bir sıra qüvvələr iddia edirdilər ki, Benyamin Netanyahu əsir və girovluqda olan israilliləri azad etməyə qadir deyil və istefa verməlidir. Düzdür, həmin tələblər müharibənin dayandırılmasını nəzərdə tutmurdu, amma Netanyahu iqtisadi vəziyyət və girov məsələləri ilə bağlı tənqid olunurdu".


Onun sözlərinə görə, "Likud" partiyası növbədənkənar seçkiləri sülh planı səbəbindən dəstəkləyir:

"Amma bu yaxınlarda növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsi aparıcı "Likud" partiyası və Benyamin Netanyahunun rəhbərlik etdiyi partiya tərəfindən də irəli sürülüb. Bunu şərtləndirən bir sıra səbəblər var. Birincisi, HƏMAS ilə  müharibə bitib və yanvarda Həmasla müharibənin ikinci mərhələsi yox, Qəzzada sülh planının ikinci mərhələsi icra olunacaq. Bu, bölgədə atəşkəs deməkdir, beynəlxalq sülh komitəsinin yaradılması, Qəzzada texnokrat hökumətin qurulması və müstəqil Fələstində seçkilərin keçirilməsi üçün şərait deməkdir".


Analitik hesab edir ki, bu isə müəyyən mənada İsraili qane edən vəziyyətdir. İsrailin narahat olduğu yeganə istiqamət Livanın cənubu və "Hizbullah"ın tərksilah olunmasıdır. Bu istiqamətlərdə də İsrail Müdafiə Qüvvələri davamlı əməliyyatlar aparır. Ehtimal olunur ki, yaxın dövrdə "Hizbullah" danışıqlar masasına keçərək tərksilah olunması barədə Livan hökuməti ilə razılığa gələ bilər.

Politoloq qeyd edib ki, "Likud" partiyasının hakimiyyətdə qalması əsas məsələdir:

"İsraildə parlament seçkiləri gələn il noyabrda nəzərdə tutulmuşdu; lakin bu müddətin azaldılması, yəni seçkilərin erkən keçirilməsi ehtimal olunur. Qarşıdan İsraili yeni dövr və yeni şəraitə hazırlıq gözləyir. İlk növbədə Likud partiyasının hakimiyyətdə qalması məsələsi gündəmdədir. HƏMAS ilə müharibə, İran və Suriya məsələləri zamanı İsrail hökuməti müttəfiqləri və tərəfdaşları tərəfindən tənqid olunub. İsrailin yeni dövr üçün hazırlığı mövcuddur".


Sədrəddin Soltan, həmçinin vurğulayıb ki, yeni partiyalar  siyasi  rəqabət yaradır:

 "Bu mərhələdə ola bilsin, "Likud" və ya onun lideri Benyamin Netanyahu getməsin, çünki tərəfdaşlarla münasibətləri normallaşdırmaq və bərpa etmək üçün İsrailə yeni siyasi qüvvə və ya yeni lider lazımdır. Odur ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi və hökumət başçısının dəyişməsi ehtimalı yüksəkdir. Əlavə olaraq, son illərdə İsrail siyasətinə yeni qüvvələr daxil olub, yeni siyasi partiyalar təsis edilib; məlumata görə, on bir yeni siyasi partiya yaradılıb. Bu, İsrailin siyasi arenasında sıxlığı göstərir. Yeni siyasi partiya yeni qüvvə, yeni düşüncə və ölkə üçün yenilik deməkdir".  

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Bütün Xəbərlər