Rusiya Venesuelanı da QURBAN VERDİ...

Rusiya Venesuelanı da QURBAN VERDİ...
04.12.2025 17:04

ABŞ və Venesuela arasında günü-gündən gərginlik artır. İddialara görə, ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduroya son xəbərdarlıq edərək onun ölkəni tərk etməsini istəyib.


İki ölkə arasında gərginliyin davam etdiyi vaxtda Rusiya Prezidenti Vladimir Putinin əmri ilə rusiya vətəndaşlarının Venesueladan təxliyəsinə başlanıb. Məlumatlara görə, bu məqsədlə Venesuelaya Rusiyadan xüsusi uçuşlar təşkil olunur. Rusiya mediasında yayılan və beynəlxalq rezonans doğuran bu xəbər müzakirələrə səbəb olub. Rusiyanın ABŞ-nin qarşısında Venesuelanı tərk etdiyi barədə fikirlər irəli sürülür.

Maraqlıdır, Rusiya İran və Suriya kimi Venesuelanı da öz taleyinə buraxacaq?  

Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Əli Orucov Rusiyanın müttəfiqlərini və dostlarını öz maraqları naminə qurban verməsinin ilk olmadığını qeyd edib:


“Rəsmi Moskva dəfələrlə bu acı təcrübədən istifadə edib. İran rejimi və Suriya rejimi ilə də eyni formada davranıb. Məlumatlar var ki, bir vaxtlar arxasında durduğu və dəstəklədiyi devrilmiş prezident Bəşər Əsədi indi bazarlığa çıxarıb. Venesuela–ABŞ gərginliyi fonunda Rusiyanın öz vətəndaşlarını çıxarması Karakasda da birmənalı qarşılanmayıb. Hətta bu addım narazılıq və güvənsizlik də yaradıb.

ABŞ hələ sabiq prezident Cozef Baydenin dövründən Venesuelaya davamlı basqılar edərək zəngin təbii sərvətlərə malik bu Cənubi Amerika ölkəsini nəzarətinə almağa çalışırdı. Məlum olduğu kimi, Venesuela dünyada ən zəngin neft ehtiyatlarına malikdir. Büdcəsinin 60–70 faizi məhz neft və neft məhsullarının ixracından formalaşır. Karakasın ən yaxın tərəfdaşları Rusiya, Çin, Hindistan və Şimali Koreya kimi totalitar rejimlərdir. Hansıları ki, Birləşmiş Ştatlar özünün düşmənləri hesab edir”.

Ə.Orucov Vaşinqtonun Maduronu legitim prezident saymadığını bildirib. O qeyd edib ki, əvvəlki prezidentdən fərqli olaraq hazırkı ABŞ Prezidenti Donald Tramp Venesuelaya yönəlik siyasətini güc nümayişi ilə və daha sərt şəkildə yürüdür:


“Bu isə çox riskli və təhlükəli situasiya yaradır. Hadisələrin axarı hərbi toqquşma variantını da istisna etmir. Doğrudur, genişmiqyaslı müharibə gözlənilmir. Bununla belə, Moskvanın yaranmış vəziyyətdə öz müttəfiqini taleyin ümidinə buraxması ciddi suallar doğurur”.

Analitik Kremlin nəyin müqabilində Maduronu tərk etdiyini açıqlayıb:  

“Ola bilsin, ABŞ Ukrayna güzəştinin əvəzində Venesuelanı alır. Rusiyanın Ukraynada ilişməsi və həddindən artıq ləngiməsi Kremli çətin və ağır duruma salıb. Onun barəsində formalaşmış mif dağılıb. Ona görə də Moskva üçün Maduro yox, Ukrayna lazımdır. Onsuz da Rusiya müttəfiqinə tutarlı dəstək vermək iqtidarında deyil.  

İki ən pis seçimdən nisbətən yaxşısı seçilməlidir. Görünür, Rusiya bu dəfə də boğulmamaq üçün Venesuelanı ayağının altına qoyur”. 

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Все новости