Rusiya Ermənistanı Çeçenistanın gününə salmaq planına start verdi: Respublika Meydanında dar ağacları qurulur?

Rusiya Ermənistanı Çeçenistanın gününə salmaq planına start verdi: Respublika Meydanında dar ağacları qurulur?
11.06.2026 14:55 Təhlil

Ermənistanda iyunun 7-də keçirilən parlament seçkilərində Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” Partiyası təxminən 49–50% səs toplayaraq yenidən parlament çoxluğunu təminetməsindən sonra Rusiya ilə münasibətlər əsas müzakirə mövzusuna çevrildi.

Maraqlıdır, Rusiya niyə Nikol Paşinyanın legitimliyini tanımaq prosesini uzadır və bunun arxasında hansı geosiyasi və daxili siyasi hesablamalar dayanır?


Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə TodayPress TV- yə danışıb.

O bildirib ki, Rusiya Ermənistanda keçirilən seçkilərlə bağlı kifayət qədər sərt mövqe nümayiş etdirib:

"Xüsusilə, həm Dmitri Peskovun, həm də Mariya Zaxarovanın açıqlamalarından görünür ki, rəsmi Moskvanın mövqeyi seçkilərin demokratik standartlara uyğun keçirilmədiyi, müxalifətə qarşı təzyiq və zorakılıq hallarının baş verdiyi, eləcə də seçki prosesində saxtakarlıq iddialarının mövcud olduğu istiqamətindədir".

Analitikin qənaətincə, məhz buna görə də Rusiya Prezidenti hələ də Nikol Paşinyanı seçkilərdəki qələbəsi münasibətilə təbrik etməyib:

"Halbuki ABŞ Prezidenti onu qələbəsi münasibətilə təbrik edib. Göründüyü kimi, Rusiya seçkilərin legitimliyini sual altına almaqla Nikol Paşinyana müəyyən siyasi təzyiq göstərməyə çalışır. Moskva bununla Paşinyanın Qərbə və Avropa inteqrasiyasına yönəlmiş siyasətindən qismən də olsa geri çəkilərək Rusiyaya daha çox yaxınlaşmasını hədəfləyir".

Ekspert əlavə edib ki, Rusiya tərəfi bu mesajı verir:

"Əgər Ermənistan Qərblə inteqrasiyanı daha da dərinləşdirərsə, Moskva Paşinyanın siyasi legitimliyini və seçkilərin nəticələrini tanımaya bilər. Başqa sözlə, Kreml Ermənistanın Rusiya ilə münasibətlərə daha çox önəm verməsini istəyir. Rusiya hesab edir ki, Nikol Paşinyanın hazırkı siyasəti müəyyən mənada anti-Rusiya xarakteri daşıyır. Buna görə də Moskva əlində olan müxtəlif təsir və təzyiq vasitələrindən istifadə etməklə Paşinyanı öz şərtləri çərçivəsində dialoqa cəlb etməyə çalışır.

M.Əsədullazadə hesab edir ki, Nikol Paşinyan geri addım atmayacaq və Avropa ilə, ümumilikdə Qərblə əməkdaşlıq və tərəfdaşlıq siyasətini davam etdirəcək. O, bildirib ki, zaman keçdikcə Rusiya da Paşinyan hökuməti ilə münasibətləri normallaşdırmağa məcbur olacaq.

Politoloq, həmçinin diqqətə çatdırıb ki, digər tərəfdən, Rusiyanın məqsədlərindən biri də Ermənistanda müxalifətə qarşı zorakılıq və repressiya hallarının genişlənməsinin qarşısını almaq ola bilər. Seçkilərin nəticələrini və legitimliyini sual altına almaqla Moskva, eyni zamanda, Rusiyayönümlü siyasi qüvvələrə qarşı təzyiqlərin dayandırılmasını tələb etməyə çalışa bilər.

Jalə Rövşən

XƏBƏR LENTİ
15 IYUN 2026
Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Bütün Xəbərlər