Qüds Qərargahına hücum: İranın TƏHLÜKƏSİZLİK SİSTEMİ yenidən sual altında

Qüds Qərargahına hücum: İranın TƏHLÜKƏSİZLİK SİSTEMİ yenidən sual altında
10.12.2025 18:29

SEPAH-ın Qüds Qərargahının 3 hərbçisi silahlı şəxslərlə atışmada həlak olub. Hadisə Zahidan bölgəsində baş verib. Bununla da, SEPAH-ın silahlıların təqibinə başladığı bildirilib. Hadisənin təfərrüatları isə məlum deyil.  

Maraqlıdır, SEPAH-ın Qüds Qərargahına qarşı hücumun arxasında hansı qüvvələr dayana bilər? Bu insident İranın daxili sabitliyinə necə təsir göstərəcək?   

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Sədrəddin Soltan bildirib ki, SEPAH-ın (İran İslam İnqilabı Keşikçiləri Korpusu – İİKK) Qüds Qərargahına İranın Sistan–Bəluçistan bölgəsində, xüsusən də Zahidan istiqamətində hücum edilib.


Onun sözlərinə görə, Sistan–Bəluçistan təhlükəsizlik baxımından ən gərgin bölgələrdəndir:

"Bu hücumu adi hadisə kimi qiymətləndirmək çətindir. Son illər əsasən bəluçların yaşadığı Sistan–Bəluçistan bölgəsi Tehranın ən gərgin və təhlükəli ərazilərindən birinə çevrilib. Burada təhlükəsizlik qüvvələri ilə silahlı qruplar arasında davamlı toqquşmalar baş verir, dövlət strukturlarına və dini xadimlərə qarşı hücumlar istiqamətində ciddi artım müşahidə olunur".

Analitik qeyd edib ki, hazırda Qüds Qərargahına hücumun konkret hansı qruplaşma tərəfindən həyata keçirildiyi məlum deyil. Çünki İranda fəaliyyət göstərən silahlı qruplar müxtəlifdir və indiyə qədər heç bir təşkilat bu hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.


"Bununla belə, SEPAH-ın  yüksək rütbəli zabitlərinin hədəf alınması Tehran üçün ciddi siqnaldır. Əvvəllər bu cür hadisələrə həmin qədər diqqət ayrılmasa da, son dövrdə belə hücumlar İran hakimiyyətinin nüfuzuna, təhlükəsizlik aparatının dayaqlarına və cəmiyyət daxilindəki etimada zərbə vurur".

Ekspertin fikrincə, hadisə bölgədə təhlükəsizlik boşluğunu göstərir:

 "Eyni zamanda, bir neçə zabitin öldürülməsi dərhal ölkədə genişmiqyaslı sabitsizlik yaratmasa da, ümumi mənzərə təhlükəsizlik sistemində ciddi boşluqların olduğunu göstərir və dövlətin bu bölgədə nəzarəti tam təmin edə bilməməsinə işarə edir".

S. Soltan sonda əlavə edib ki, bu hadisələr təhlükəsizlik sisteminə inamı zəiflədir:

"2024-cü ildə Prezident İbrahim Rəisinin helikopter qəzası, ardınca Tehranda HƏMAS lideri İsmayıl Həniyyənin qətlə yetirilməsi, daha sonra İsrail–İran gərginliyi zamanı 60-dan çox yüksək rütbəli iranlı hərbçinin öldürülməsi fonunda baş verən hadisələr ölkədə təhlükəsizlik mexanizmlərinin etibarlılığına dair sualları artırır. Bu amillər Tehranın daxili sabitliyi qorumaqda çətinlik yaşadığını göstərən əsas göstəricilərdən biri hesab oluna bilər".

Politoloq Kənan Rövşənoğlu isə məsələni TodayPress TV-yə şərh edərkən bildirib ki, Bəluç separatizmi İran və Pakistan üçün ortaq təhlükədir: 


"Zahedan Sistan və Bəlucistan əyalətinin mərkəzidir. Məlum olduğu kimi, bu bölgədə bəluç separatçı qrupları fəaliyyət göstərir və vaxtaşırı olaraq İran təhlükəsizlik qüvvələrinə hücumlar həyata keçirirlər. Bir müddət əvvəl İranın Pakistan ərazisində yerləşən bəluç separatçılarının qərargahını bombalaması iki ölkə arasında gərginliyə səbəb olmuşdu. Lakin bu gərginlik qısa zamanda aradan qaldırıldı, çünki bəluç separatizmi həm İranı, həm də Pakistanı narahat edən ortaq təhlükədir və tərəflər bu məsələdə ortaq dil tapa bilirlər".

Analitik əlavə edib ki, hadisə daxili siyasətə ciddi təsir etməyəcək:

"Bu hadisənin İranın daxili siyasətinə ciddi təsir göstərəcəyini düşünmürəm. Birincisi, belə insidentlər bu bölgədə demək olar ki, mütəmadi baş verir. İkincisi isə hadisə ucqar ərazidə baş verib və miqyas baxımından daha çox lokal xarakterli terror aktıdır. Bu səbəbdən buradan uzaqgedən siyasi nəticələr çıxarmaq real görünmür".

 Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhədləri yenidən bağladı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Все новости