Qlobal güclər Azərbaycanda nə axtarır? Analitik şifrələri açdı

Qlobal güclər Azərbaycanda nə axtarır? Analitik şifrələri açdı
22.07.2026 12:35

Azərbaycan növbəti dəfə beynəlxalq siyasətin və qlobal diplomatiyanın diqqət mərkəzindədir. Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə xarici mətbuatda yayılan iddialara Prezident İlham Əliyevin verdiyi reaksiya məsələnin əhəmiyyətini bir daha gündəmə gətirib. Son 15 ilə nəzər salsaq, görərik ki, NATO–Rusiya, Türkiyə–Rusiya, eləcə də İsrail–Türkiyə kimi barışmaz və ya ziddiyyətli tərəflər məhz Bakını neytral dialoq məkanı olaraq seçiblər.

Bəs nə üçün fərqli geosiyasi qütblərdə dayanan aparıcı dövlətlər məhz Azərbaycanı əsas görüş meydançası kimi görürlər?

Məsələ ilə bağlı siyasi analitik Azər Ayxan TodayPress TV-yə danışarkən bildirib ki, Azərbaycan qlobal güclərin, ziddiyyətli tərəflərin görüş keçirdiyi ölkə kimi də tanınır.

"Belə görüşlər son illər daha intensiv hal alıb. Bunun bir neçə səbəbi ola bilər. Birincisi, Azərbaycanın balanslı xarici siyasəti yada düşür. Prezident İlham Əliyev region və regiondan kənar dövlətlərlə əməkdaşlığa isti baxır. Çinlə, Pakistanla yanaşı, Avropa Birliyinin aparıcı ölkələri ilə yaxın əməkdaşlıq mövcuddur. Türkiyə ilə qardaş ölkə, strateji müttəfiq dövlətik, paraleldə İsraillə də yaxşı əlaqələrə malikik. İran son illər Azərbaycana qarşı tutduğu xoşagəlməz mövqeyə rəğmən, Bakı Tehranla da normal münasibətlər sistemi qurmağa çalışır. Amerika Birləşmiş Ştatları ilə münasibətlər isə son 1 ildə daha fərqli yön alıb. Vaşinqton-Bakı münasibətləri 2025-ci ilin 8 avqust tarixindən bəri yeni mərhələyə qədəm qoyub. Birləşmiş Ştatlar Ermənistanla Azərbaycan arasında sülh prosesinin memarı kimi tarixə öz möhürünü vurdu. Amma burada bir həssas məsələ var: heç bir dövlət Azərbaycanın strateji maraqlarını görməzdən gələ bilməz. Onun qırmızı xəttini keçə bilməz. Buna cəhd göstərən ölkə isə ən ali səviyyədə sərt cavab alır", - deyə o qeyd edib.

Analitik vurğulayıb ki, Azərbaycanın yerləşdiyi coğrafi mövqe onu bütün qlobal güclər üçün cəlbedici edir:

"Müharibədən əvvəl və sonra ölkəmiz yeni əməkdaşlıqlar üçün ən münbit məkan sayılıb. Artıq dəhlizlər uğrunda mübarizənin başladığı və intensivləşdiyi dövrdə kommunikasiya mərkəzinə çevrilən Azərbaycanla hər kəs münasibəti yaxşı tutmağa çalışır."

Azər Ayxan, həmçinin əlavə edib ki, Prezident İlham Əliyev siyasətçi və şəxsiyyət kimi dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır, qəbul edilir. Onun rəhbər olduğu ölkədə qlobal güclərin məxfi görüşlər keçirməsi, bu görüşlərin təhlükəsizliyinin və məxfiliyinin qorunması hər kəsə məlumdur. Ona görə 15 ilə yaxındır Bakı belə görüşlərə ev sahibliyi edir.

Jalə Rövşən

ЛЕНТА НОВОСТЕЙ
22 июля 2026
Prezident Rauf Arifoğlunu təltif etdi 14:50 Hitlerin evi polis bölməsinə çevrildi - FOTO 14:09 В Баку возникли интригующие вопросы вокруг тайной встречи между Германией и Россией 13:40 VI "Yüksəliş" müsabiqəsinin qalibləri müəyyənləşdi 13:35 Lavrov və Rubionun gözlənilən görüşünün tarixi bəlli oldu 13:24 Израиль считает дни: Вторгнется в Иран по первому же приглашению 13:12 На каких условиях Арзум была выпущена на свободу? 13:01 Sabah neçə dərəcə isti olacaq? 12:58 Azərbaycanda ən çox və ən az qazananlar kimlərdir? - SİYAHI 12:54 Göyçə balığının üstündə Rusiya Ermənistanın "su"yunu çıxartdı 12:50 "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxıldı 12:42 Qlobal güclər Azərbaycanda nə axtarır? Analitik şifrələri açdı 12:35 Правила получения водительских прав изменились 12:24 Hikmət Hacıyev: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir 12:18 Иран сообщил очень важную новость: мы сбили американские истребители 12:12 В Анкаре потерпел крушение учебный вертолет — Есть раненые 11:49 Azərbaycan neftinin qiyməti yeni rekorda yaxınlaşır? - AÇIQLANDI 11:42 Kənd Təsərrüfatı Nazirliyinə daha bir səlahiyyət verildi 11:26 Kutaisi turniri üzgüçülərimiz üçün uğurlu oldu 11:18 Потребовали ужесточения наказания для Арзум 11:13 В ЧЕМ ПРИЧИНА небывалого усиления мер кибербезопасности в Азербайджане? — АНАЛИЗ 11:06 Мощные взрывы в Тебризе: Нанесен удар по военным объектам? 11:06 Bir saatda 387.000 üzv CHP-dən istefa verdi 10:56 «Россия умерла», — заявили из Германии 10:44 Belçika millisində yeni dövr – Post Van Bommelə tapşırılır 10:40 Все новости