“Qiymət ödəyiriksə, NƏTİCƏ OLMALIDIR!” –Vaşinqtona çağırış

“Qiymət ödəyiriksə, NƏTİCƏ OLMALIDIR!” –Vaşinqtona çağırış
17.03.2026 18:38

Fars körfəzində İrana qarşı hərbi əməliyyatların müddəti uzandıqca, regionun varlı ərəb dövlətlərinin iqtisadi itkiləri də həndəsi silsilə ilə artmaqdadır. Lakin iqtisadi ziyanın böyüməsinə baxmayaraq, bu ölkələrin siyasi prioriteti dəyişməz qalır.


“Reuters” agentliyinin diplomatik mənbələrə istinadən yaydığı məlumatlar göstərir ki, münaqişənin ilkin mərhələsində ehtiyatlı mövqe nümayiş etdirən bəzi ərəb paytaxtları, hazırda Vaşinqtonu hərbi prosesi yarımçıq qoymamağa və başladığı işi sona çatdırmağa çağırırlar. 

Maraqlıdır, bu yanaşma nədən xəbər verir?

Məsələ ilə bağlı TodayPress TV-də danışan Azərbaycan Ümid Partiyasının idarə heyətinin üzvü, politoloq Anar İsayev bildirib ki,  körfəz ölkələrinin mövqeyinin ilk baxışda ziddiyyətli görünsə də, əslində qısamüddətli ziyan və uzunmüddətli təhlükə hesablamasına əsaslandığını deyib:


“Bu, ilk baxışda ziddiyyətli görünür, amma əslində körfəz ölkələrinin davranışı daha çox qısamüddətli ziyan və uzunmüddətli təhlükə hesablaması ilə izah olunur. Bunun da bir neçə əsas səbəbi var:

1.  İranın regional təsirindən strateji qorxu.

Səudiyyə Ərəbistanı, BƏƏ və digərləri üçün əsas təhlükə təkcə müharibə deyil, İranın uzunmüddətli hegemonluğudur. Hər kəsə bəllidir ki, İran İraq, Suriya, Livan və Yəməndə çox ciddi təsir şəbəkəsi qurub. Körfəz ölkələrini raket və dronlarla dolayı təhdid edə bilir. Onlar düşünür ki, əgər ABŞ yarımçıq dayanarsa, İran daha da güclənəcək və “qalib çıxmış güc” kimi regionda diktə etməyə başlayacaq. Bu isə onlar üçün müvəqqəti iqtisadi zərərdən daha təhlükəlidir.

2. “Yarımçıq müharibə” qorxusu.

Bu körfəz ölkələri üçün ən pis ssenaridir. Müharibə başlayır, amma İran zəiflədilmədən bitir. Bu halda İran qisas motivasiyası ilə daha aqressiv ola bilər. Enerji infrastrukturlarına hücumlar arta, körfəz ölkələri birbaşa hədəfə çevrilə bilər. Ona görə də onlar deyirlər ki, əgər artıq başlanıbsa, nəticə alınmalıdır.

3. ABŞ-nin təhlükəsizlik zəmanətinə bağlılıq.

Bu ölkələrin təhlükəsizlik modeli böyük ölçüdə ABŞ-ə dayanır. Əgər ABŞ geri çəkilərsə, onun regiondakı etibarlılığı zəifləyər və körfəz ölkələri özlərini daha həssas hiss edər. Bu baxımdan, onlar Vaşinqtonu qətiyyətli görünməyə məcbur etməyə çalışırlar.

4. İqtisadi zərər və geosiyasi qazanc balansı.


Bəli, qısa müddətdə neft infrastrukturu risk altındadır, sığorta və logistika xərcləri artır. Amma uzun müddətdə əgər İran zəifləyərsə və ya məhdudlaşdırılarsa, körfəz ölkələri üçün daha sabit enerji bazarı və siyasi mühit yarana bilər.

5. Daxili və regional rəqabət faktoru.

Xüsusilə Səudiyyə Ərəbistanı üçün bu həm də İranla ideoloji (sünni–şiə) siyasi liderlik rəqabətidir. İranın zəifləməsi onların regiondakı mövqeyini gücləndirir”.

Ekspertin sözlərinə görə, bu ölkələr müharibəni istəmirlər, amma başlanmış müharibənin nəticəsiz qalmasından daha çox qorxurlar:

“Onların məntiqi belədir: “Əgər artıq qiymət ödəyiriksə, bu qiymət strateji nəticə verməlidir”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Добавьте эти 6 продуктов в свой рацион, чтобы защитить кости после 50 лет 10:13 Арабские беженцы облюбовали Испанию — тысячи людей в один момент пересекли границу 10:17 Азербайджанская нефть подорожала 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Азербайджан и Кыргызстан создадут новые рабочие места 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Раскрыт секрет эпатажного имиджа Ламина Ямаля 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Все новости