Politoloq: “Macarıstan Azərbaycanı xüsusi tərəfdaş ölkə kimi görür”

Politoloq: “Macarıstan Azərbaycanı xüsusi tərəfdaş ölkə kimi görür”
07.10.2025 15:35 Təhlil

Macarıstan Baş naziri Viktor Orban oktyabrın 6-da Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. 

Görüşdən sonra Orban sosial şəbəkə platforması "X"də “Bir dostu görmək hər zaman xoşdur” paylaşımını edib.

Siyasi müşahidəçilər bu görüşü Macarıstanın Cənubi Qafqazdakı strateji maraqları, eləcə də enerji əməkdaşlığı fonunda dəyərləndirirlər.

Politoloq Elşad Mirbəşiroğlu TodayPress TV-yə açıqlamasında bildirib ki, ümumilikdə Macarıstanla türk dövlətləri arasında səmimi dostluq münasibətləri mövcuddur və əməkdaşlıq davamlı şəkildə inkişaf edir:

"Viktor Orbanın Azərbaycan Prezidenti ilə görüşü bir daha göstərdi ki, Macarıstan Azərbaycana xüsusi tərəfdaş ölkə kimi yanaşır. Orbanın cənab İlham Əliyevə qarşı səmimi dostluq münasibətləri var və bu münasibət dövlətlərarası əməkdaşlığa da müsbət təsir göstərir".

Ekspert əlavə edib ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq son illərdə sürətlə genişlənir.

"2022-ci ildə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında Qara dənizin dibi ilə elektrik xəttinin çəkilməsi barədə razılıq əldə olunub. Azərbaycan, həmçinin  yaşıl enerji sektorunu inkişaf etdirir və bu enerji Avropa bazarlarına çıxarılacaq. Bu prosesdə Macarıstanla əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır".

Politoloq onu da qeyd edib ki, türk dövlətləri platformasında Macarıstanın fəal iştirakı diqqətəlayiqdir və Azərbaycan–Macarıstan münasibətləri bu əməkdaşlığa əlavə dinamika qazandırır.

Jalə Rövşən 

TodayPress TV

FOTOLAR

Politoloq: “Macarıstan Azərbaycanı xüsusi tərəfdaş ölkə kimi görür” — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Bütün Xəbərlər