Neft məhsullarımız Ermənistana doğru: Sülhə sadiqliyin iqtisadi sübutu

Neft məhsullarımız Ermənistana doğru: Sülhə sadiqliyin iqtisadi sübutu
08.01.2026 13:04

Bu gün - yanvarın 8-də Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndəriləcək. Daşınması nəzərdə tutulan neft məhsullarına 1 000 ton 92 markalı benzin, 1 000 ton dizel yanacağı və 1 800 ton 95 markalı benzin daxildir. 


Bəs Azərbaycandan Ermənistana yanacaq ixracı rəsmi Bakıya hansı strateji üstünlükləri verir?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi şərhçi  Fuad Heydər bildirib ki, Ermənistan-Azərbaycan sülh prosesi davam edir: 


"Baş verən hadisələr, hətta cənab Prezidentin yerli televiziyalara verdiyi müsahibələrdə də qeyd olunan xüsusi nüanslarla yanaşı, Ermənistan-Azərbaycan arasındakı sülh məsələlərinin artıq geniş miqyasda davam etdiyini göstərir. Bu məsələlər bizim üçün böyük önəm daşıyır. Hətta bildirilmişdir ki, bu ilin sonuna qədər Zəngəzur dəhlizinin açılması nəzərdə tutulur".

Analitik qeyd edib ki, Azərbaycan iqtisadi və siyasi addımlarla sülhə sadiqliyini göstərir: 

"Belə hallar Azərbaycanın Ermənistana dəstəyini və sülhə sadiqliyini göstərir. Azərbaycan burada yalnız neft və benzin satmaqla deyil, həmçinin yanacaq vasitələrinin ticarəti ilə də sülhə bağlılığını sübut edir. Biz danışılan bütün proseslərdə sadiqliyimizi nümayiş etdiririk və heç kəsə kin-küdurət göstərmirik. Bu proseslərin aparılması bizim üçün prioritetdir və maksimal şəkildə həyata keçirilməlidir. Çünki hər şey standartlara uyğun şəkildə təşkil olunmalıdır".

Ekspert vurğulayıb ki, Azərbaycan müharibədəki zəfəri və Prezidentin diplomatiyası ilə mövqeyini təsdiqləyir:


"Azərbaycan 30 illik münaqişədən sonra, 44 günlük Vətən müharibəsində qazandığı zəfər və göstərdiyi güc ilə öz mövqeyini təsdiqləyib. Bu proseslər bizim üçün çətin deyil, əksinə asandır. Ən başlıca səbəblərdən biri də odur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diplomatiyası həm Amerikada, həm də dünya ölkələrində tanınır və sözümüz imzamız qədər etibarlıdır”.

F.Heydər sonda əlavə edib ki, Azərbaycan  sülhü şəffaf şəkildə qurur:

"Qeyd etmək istərdim ki, Azərbaycan Ermənistanla sülh proseslərini şəffaf şəkildə aparır və bu proseslərin davamlılığı təmin olunur. Azərbaycan dövləti sülh münaqişəsini heç bir halda pozmayacaq, təbii ki, qarşı tərəf ziddiyyət və problemlər yaratmadığı müddətdə. Bu proseslərin nəticəsində isə bütün lazımi tədbirlər görülür.Baş verən hadisələr, hətta cənab Prezidentin yerli televiziyalara verdiyi müsahibələrdə də qeyd olunan xüsusi nüanslarla yanaşı, Ermənistan-Azərbaycan arasındakı sülh məsələlərinin artıq geniş miqyasda davam etdiyini göstərir. Bu məsələlər bizim üçün böyük önəm daşıyır. Hətta bildirilmişdir ki, bu ilin sonuna qədər Zəngəzur dəhlizinin açılması nəzərdə tutulur". 

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında neft məhsullarının tədarükü 2025-ci il dekabrın 18-də başlanıb və bu, uzun illər sonra ilk belə ticarət nəqliyyatıdır. Həmin vaxt SOCAR tərəfindən istehsal olunan 1 220–1 300 ton Aİ‑95 markalı benzin 22 vaqonla dəmiryolu ilə Azərbaycandan Ermənistana göndərilib və bu yük Gürcüstan vasitəsilə Ermənistana çatdırılıb. Bu ilk partiya iki ölkə arasında sülh gündəliyi çərçivəsində həyata keçirilən ilk iqtisadi əməliyyatlardan biridir.

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Все новости