“Nəfəslik” açıldı: ABŞ Rusiyanı Çinin qucağına itələyir?

“Nəfəslik” açıldı: ABŞ Rusiyanı Çinin qucağına itələyir?
18.02.2026 18:29

Hindistanın idxal etməkdən imtina etdiyi bütün nefti Çin idxal edib. Bununla da Çinin Rusiyadan idxalı 2 milyon barrelə çatıb. 


Hazırda Rusiyanın Çində payı 25%-ə çatır. Pekin Rusiya üçün nəfəslik rolunu oynayaraq onun büdcəsini ayaqda saxlamağa davam edir.

Bu konteksdə bir neçə sual meydana çıxır: 

Çin Rusiya büdcəsini dolayısı ilə maliyyələşdirməklə Ukrayna müharibəsinin uzanmasına töhfə vermiş olur? 

Bəs gələcəkdə Çin bu enerji asılılığından Rusiyaya qarşı siyasi rıçaq kimi istifadə edə bilər?

Həmçinin bu vəziyyət ABŞ–Çin münasibətlərində əlavə gərginlik yarada bilərmi?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov bildirib ki, Çin Rusiyanı sona qədər dəstəkləyəcəyini açıq şəkildə etiraf edir və bu mövqe Ukrayna müharibəsinin ilk günlərindən dəyişməz olaraq qalır:


“Çin Ukrayna müharibəsinin ilk günlərindən bəyan etmişdi ki, Rusiya böyük dövlətdir və onun Ukraynada etdiklərini qəbul etmək lazımdır. Çin Rusiya neftini almaqla onun ayaqda qalmasını təmin edir. Təbii ki, bunu öz geosiyasi maraqlarından irəli gələrək edir və Rusiyanı öz yanında saxlayır. Çinin dəstəyi olmasaydı, Rusiyanın durumu indikindən daha acınacaqlı olardı”.

Politoloqun sözlərinə görə, Pekinin bu siyasətinin arxasında ilk növbədə enerji amili dayanır:

“Çinin Rusiyanı dəstəkləməsinin əsas səbəblərindən biri enerji xammalına olan asılılıqdır. Rusiyanın təbii ehtiyatları da Çinin maraq dairəsindədir. Çin və Rusiya müəyyən mənada bir-birindən asılıdır. Birinin ABŞ qarşısında məğlub olması digərinin də məğlubiyyəti anlamına gələ bilər”.   

Azər Qasımov hesab edir ki, ABŞ-Çin münasibətlərinin onsuz da gərgin olduğu bir şəraitdə Vaşinqton Moskva ilə bağlı daha ehtiyatlı davranmağa üstünlük verə bilər:


“Hesab edirəm ki, ABŞ-nin onsuz da Çinlə münasibətləri gərgindir. Lakin Rusiyanı daha da özündən uzaqlaşdırmamaq üçün Vaşinqton kəskin addımlar atmaya bilər. Rusiya üçün neft bazarları daralır. O, məcburi şəkildə öz neftini Çinə daha aşağı qiymətə satır. Amma bunun Rusiyanın bütün maddi tələbatlarını ödəməyəcəyi də məlumdur”.    

Ekspert əlavə edib ki, Moskva üçün tam şəkildə Pekindən asılı vəziyyətə düşmək də arzuolunan ssenari deyil:

“Əgər Rusiya yalnız Çindən asılı vəziyyətdə qalarsa, bunun sonda onun üçün yaxşı olmayacağını Moskva da anlayır. Bu baxımdan ABŞ müəyyən mərhələyə qədər Rusiyanı Çinin qucağına doğru itələyə bilər ki, Rusiya təhlükəsizlik baxımından daha riskli məqama gəlib çatsın. Həmin mərhələdə isə Rusiya Çinlə yaxınlaşmanı dayandırmaq məcburiyyətində qala bilər. Bundan sonra ABŞ Çinə qarşı öz planlarını daha fəal şəkildə həyata keçirməyə başlaya bilər”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 DÇ-2026: İspaniya-Kabo Verde oyunu başladı 20:09 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 "США не победили, Иран не проиграл" — пишет Рамиз Юнус... 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 Все новости