Müxalifət və kilsə arasında qalan Paşinyan: Təzyiqlər nəticə verəcək?

Müxalifət və kilsə arasında qalan Paşinyan: Təzyiqlər nəticə verəcək?
28.07.2025 13:30 Təhlil

“Ermənistan-Azərbaycan münasibətlərində sülh prosesinin taleyi hazırda Ermənistanın daxilindəki siyasi qeyri-müəyyənliklərlə bağlıdır”.

Politoloq Elşad Mirbəşiroğlu bunu TodayPress TV-yə danışarkən bildirib.

Onun sözlərinə görə, bu çətinliklər fonunda Azərbaycan tərəfindən Ermənistan cəmiyyətinə birbaşa ünvanlanan mesajlar mühüm strateji əhəmiyyət daşıyır. 

“Ermənistan ictimaiyyəti yaxşı anlayır ki, regionda sülhün təşəbbüskarı və daşıyıcısı məhz Azərbaycandır. Prezident İlham Əliyevin ardıcıl və prinsipial mövqeyi, xüsusilə kommunikasiyaların açılması və əməkdaşlığın qurulması ilə bağlı çağırışları bunun real sübutudur. Bunun fonunda Ermənistanın Baş naziri Nikol Paşinyanın sülh istiqamətində qətiyyətli addım atmaqdamn çəkinməsi isə göz qabağındadır. Çünki o, bu qərarların daxili siyasi mübarizədə əleyhinə istifadə ediləcəyindən ehtiyat edir. Konstitusiyanın dəyişdirilməsi məsələsində yaşanan tərəddüdlər, həmçinin imitasiya xarakterli addımlar da Paşinyan hakimiyyətinin zəif tərəflərini nümayiş etdirir".

Analitikin fikrincə, Paşinyan hökuməti Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqları qəbul etsə də, bu reallıqların legitimləşməsi üçün hələ də konkret siyasi iradə nümayiş etdirməyib. Halbuki nə Ermənistanın mənəvi, nə də siyasi resursları bu reallıqlara qarşı durmağa yetərlidir.

Bununla yanaşı, o diqqətə çatdırıb ki, 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri öncəsi siyasi və ictimai gərginlik fonunda Paşinyan həm müxalifət, həm də kilsə təzyiqləri arasında mövqeyini qorumağa çalışır. Bu balans siyasəti isə regionda sülh imkanlarını ləngidir. Eyni zamanda, Ermənistan daxilində yenidən fəallaşan separatçı ritorikanın qarşısını almaq əvəzinə, buna dolayısı ilə şərait yaradılması prosesi daha da mürəkkəbləşdirir.

“Azərbaycan tərəfindən atılan addımlar yalnız öz maraqlarımıza deyil, bütövlükdə Cənubi Qafqazda sabitliyə və tərəfdaşlığa xidmət edir. Lakin rəsmi İrəvanın yürütdüyü siyasət bunun tamamilə əksidir. Bu baxımdan, Ermənistan Zəngəzur dəhlizi istiqamətində heç bir praktik çıxış etmir və özünü tranzit ölkə statusundan məhrum edir. Bu isə Paşinyanın xarici güclərdən asılı vəziyyətdə olduğunu və buna əsasən qərar qəbul etdiyini göstərir. Lakin Paşinyan sülh prosesində konkret nəticələr istəyirsə, ictimai dəstəyə arxalanmalıdır”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyalarının müşahidə olunduğunu bildirib. Onun sözlərinə görə, artıq regiondakı yeni status-kvonu şübhə altına alan yeni cəhdlər var.

Töhfə Səməd

FOTOLAR

Müxalifət və kilsə arasında qalan Paşinyan: Təzyiqlər nəticə verəcək? — 1
XƏBƏR LENTİ
16 IYUN 2026
Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Türkiyə hərbi gəmisi ABŞ-yə daxil oldu 19:43 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Kürdəmirdə iki maşın aşdı, xəsarət alanlar var 20:10 "Zirə" klubunun Konfrans Liqasındakı rəqibi bəlli oldu 20:10 Oman və İran Hörmüz boğazında azad gəmiçiliyə sadiqliklərini təsdiqlədilər 19:06 Ramil Həsən və Numan Kurtulmuş türk dövlətləri arasında əməkdaşlığı müzakirə etdilər 19:09 "İkinci mərhələ daha çətin olacaq" - Çin XİN rəhbəri xəbərdarlıq etdi 18:46 Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti ilə görüşdü 18:58 “Qafqaz Qartalı - 2026” təliminin açılış mərasimi keçirildi 18:40 Böyük Britaniya və Aİ arasında ikinci sammit - Tarix açıqlandı 18:36 "Sabah"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu 18:17 Tarixi imzanın yeri məlum oldu - İsveçrədən rəsmi açıqlama 18:11 Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı 17:58 Zelenski Putinin təklifini rədd etdi - görüş ancaq bu şərtlərlə olacaq 17:57 Bütün Xəbərlər