“Mülki formatlı bəhanə…” – Brüsselin gizli planı AÇIQLANDI!

“Mülki formatlı bəhanə…” – Brüsselin gizli planı AÇIQLANDI!
19.09.2025 15:17 Təhlil

Vaşinqton razılaşmasına əsasən, Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyasının bölgədən çıxması nəzərdə tutulur. 

Missiya əvvəlcədən müvəqqəti xarakter daşısa da, heyətin tərkibi və qalma müddəti Azərbaycanın razılığı olmadan uzadılıb. Halbuki Bakı ilk gündən bu yanaşmaya qarşı idi. Sülh sazişinin paraflanması və delimitasiya üzrə danışıqların aparılması fonunda hərbi eskalasiya riskləri minimuma enib. Belə olan halda missiyanın “atəşkəs monitorinqi” funksiyasına ehtiyac qalmır.

Bu səbəbdən sual yaranır: missiyanın hələ də bölgədə qalması real təhlükəsizlik zərurətindən irəli gəlir, yoxsa bu, Aİ-nin Ermənistanda mövcudluğunu başqa ad altında davam etdirmə cəhdidir?

“Bitərəf” yox, siyasi alət

Mövzunu TodayPress TV-yə şərh edən siyasi məsələlər üzrə ekspert Kamran Sultanlı bildirib ki, Aİ-nin Ermənistandakı Mülki Monitorinq Missiyası 2023-cü ildən fəaliyyət göstərsə də, iddia etdiyi “təhlükəsizlik, şəffaflıq və etimad quruculuğu” missiyası reallıqda bitərəf xarakter daşımır:

“Qurum faktiki olaraq Ermənistanı dəstəkləyən siyasi alətə çevrilib. Ona görə də missiyanın şəffaflıq yaratmaq istəyi məntiqsiz görünür. Azərbaycan tərəfi də haqlı olaraq bildirir ki, eskalasiya riski azalıb və sülh danışıqları gedirsə, “atəşkəs monitorinqi”nin praktiki zərurəti yoxdur. Ermənistan isə bu missiyanın arxasında gizlənməklə sabah revanşist əhval-ruhiyyəyə qayıda bilər”.

Brüsselin gizli məqsədi

Ekspertin qənaətincə, missiyanın bölgədə qalmasının səbəbləri siyasi və geosiyasi xarakter daşıyır:

“Aİ Cənubi Qafqazda Rusiyanın zəifləyən təsirini doldurmaq niyyətindədir. Ermənistanda qalmaqla Brüssel bölgədəki siyasi çəkisini artırır və İrəvana psixoloji dəstək verir. Ermənistan Aİ-nin varlığını potensial “təhlükəsizlik zəmanəti” kimi qəbul edir. Bundan əlavə, Brüssel siyasi siqnal göndərməyə çalışır ki, regionda sadəcə vasitəçi deyil, həm də müəyyən dərəcədə təhlükəsizlik aktorudur”.

“De-fakto sülh var, missiyanın funksiyası qalmayıb”

K.Sultanlının sözlərinə görə, hazırda bölgədə de-fakto sülh mövcuddur:

“Vaşinqtonda sülh anlaşması paraflanıb, memorandum imzalanıb. Azərbaycan Ermənistanın ərazi bütövlüyünü qəbul edir və ona qarşı iddiası yoxdur. İkitərəfli birbaşa dialoq var, hərbi eskalasiya ehtimalı əvvəlki illərlə müqayisədə minimuma enib. Bu səbəbdən missiyanın sırf təhlükəsizlik baxımından funksiyası demək olar ki, qalmayıb”.

“Mülki formatlı bəhanə” – Brüsselin bölgədə qalma planı

Ekspert missiyanın davam etməsinin daha çox siyasi məqsədlərlə bağlı olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Brüssel bölgədə qalmaq və Ermənistanla strateji tərəfdaşlığı dərinləşdirmək niyyətindədir. Ona görə də missiyanın mövcudluğu real təhlükəsizlik ehtiyaclarından daha çox geosiyasi və siyasi xarakter daşıyır. Aİ bölgədə qalmaq üçün “mülki formatlı bəhanə” tapıb və missiyanın davam etdirilməsi bunun göstəricisidir. 

Qiymət Mahir

TodayPress TV

FOTOLAR

“Mülki formatlı bəhanə…” – Brüsselin gizli planı AÇIQLANDI! — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə matçda hesabı açdı - YENİLƏNDİ 21:18 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Bütün Xəbərlər