Missiya funksiyalarını yerinə yetirməyəcək, amma... - Aİ nə planlayır?

Missiya funksiyalarını yerinə yetirməyəcək, amma... - Aİ nə planlayır?
28.01.2026 15:00

Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter misiyanın fəaliyyəti ilə bağlı açıqlama verib.

O bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra missiya artıq sərhəddə öz funksiyalarını yerinə yetirməyəcək, çünki buna ehtiyac olmayacaq.

“Buna baxmayaraq, sərhədyanı yaşayış məntəqələrini ziyarət etməyə davam edəcəyik”.

Göründüyü kimi, Markus Ritter bir tərəfdən missiyanın artıq sərhəddə öz funksiyalarını yerinə yetirməyəcəyini, digər tərəfdən isə sərhədyanı yaşayış məntəqələrini ziyarət edəcəklərini bəyan edir.

Bəs bu ziddiyyətli açıqlama nəyə hesablanıb?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Avropa İttifaqının Ermənistan ərazisində fəaliyyət göstərən müşahidə missiyası əslində klassik müşahidə mexanizmi deyil, daha çox hərbi-kəşfiyyat xarakteri daşıyır:


“Bu missiyanın əsas məqsədi Azərbaycan və Ermənistan arasında atəşkəsə nəzarət etmək yox, regionla bağlı kəşfiyyat məlumatlarının toplanmasıdır. Avropa ölkələri bu missiya vasitəsilə Cənubi Qafqazda mövcudluq əldə etməyə çalışır”.

Politoloqun sözlərinə görə, mövcud proseslər Ermənistanın yaxın perspektivdə ABŞ-nin təsir dairəsinə tam şəkildə daxil olacağını göstərir:

“Əgər Ermənistanda növbəti parlament seçkilərində Nikol Paşinyan hakimiyyəti qalib gələrsə, ilin sonlarına qədər Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması real görünür. Bunun üçün Paşinyan hakimiyyəti ilk növbədə Ermənistan Konstitusiyasını dəyişməli olacaq. Seçkiöncəsi mərhələdə bu addımdan yayınsalar da, seçkilərdən sonra bu dəyişikliklərin edilməsi mümkündür”.


Elçin Xalidbəyli vurğulayıb ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar ləğv edildikdən sonra sülh sazişinin imzalanması üçün hüquqi maneələr aradan qalxacaq:

“Bu mərhələdən sonra Aİ-nin müşahidə missiyasının Ermənistanda qalması üçün heç bir hüquqi, siyasi və ya hərbi əsas qalmayacaq. Rəsmi Bakı bu məsələdə prinsipial mövqe sərgiləyir və missiyanın Ermənistan ərazisindən çıxarılmasını tələb edir”.


Analitikin fikrincə, Avropa İttifaqı missiyanın gələcək taleyi ilə bağlı bəyanatlar versə də, bu, reallıqda mümkün olmayacaq:

“Missiya rəhbərliyi sərhəd bölgələrinə səfərlərin davam edəcəyini desə belə, bu baş verməyəcək. Çünki Azərbaycan tərəfi bu missiyanın fəaliyyətini qəbul etmir və onun bölgədən çıxarılmasında israrlıdır”.

Ekspert qeyd edib ki, Avropa İttifaqı müxtəlif bəhanələrlə bu missiyanın Ermənistanda qalmasına çalışır:

“Çünki Aİ məhz bu missiya vasitəsilə Cənubi Qafqazda mövcudluq əldə edib. Missiya ləğv edilərsə, Avropa İttifaqının regionda yerləşmək imkanları faktiki olaraq aradan qalxacaq. Buna görə də indidən süni səbəblər formalaşdırmağa çalışırlar”.


Politoloqun sözlərinə görə, bu cəhdlərin də uzunmüddətli perspektivdə nəticə verməsi çətindir:

“Artıq Ermənistan və ABŞ arasında “Tramp marşrutu”nun çəkilməsi ilə bağlı hüquqi sənədlər hazırlanıb və imzalanmaq üzrədir. Bu marşrutun icrasına başlandıqdan sonra ABŞ faktiki olaraq Ermənistanda yerləşmiş olacaq və Aİ-nin müşahidə missiyasına ehtiyac qalmayacaq”.

Elçin Xalidbəyli hesab edir ki, bu proses Avropa İttifaqını regiondan kənarlaşdıracaq:

“Həm sülh sazişinin imzalanması, həm də ABŞ-nin Ermənistana yerləşməsi Avropa İttifaqını Cənubi Qafqazda faktiki olaraq oyundan kənar vəziyyətə salacaq. ABŞ həm “Tramp marşrutu”na, həm də ümumilikdə Ermənistana nəzarəti öz üzərinə götürəcək. Bu şəraitdə Rusiya kimi Avropa Birliyi də gec-tez Ermənistanı tərk etməli olacaq”.

Sonda politoloq vurğulayıb ki, mövcud geosiyasi vəziyyət Avropa İttifaqının planlarını ciddi şəkildə məhdudlaşdırır:

“Avropa İttifaqı müxtəlif bəhanələrlə Ermənistanda qalmağa çalışsa da, regional və qlobal geosiyasi proseslər bu imkanların getdikcə azalmasına gətirib çıxarır”.

Qiymət Mahir


ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 «Нефтчи» стартовал на Токийском этапе с победы над США 13:10 Объявлен прогноз погоды на воскресенье 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Гражданам этих стран разрешен безвизовый въезд в Азербайджан 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Брат Байрама убил их мать 11:53 Уже 9 лет как я живу в Баку, в родительском доме — Севиль Алиева 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Глава государства поздравил Президента Швейцарии 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Россия подвергла Киев ракетному обстрелу — есть погибшие 09:56 Цены на нефть на мировых рынках выросли 09:50 На страницах Президента Ильхама Алиева в социальных сетях была опубликована публикация, посвященная Дню азербайджанского алфавита и азербайджанского языка 09:26 Скончался народный поэт Нариман Гасанзаде 09:20 В Польше обнаружили бронзовый меч возрастом около 3 тысяч лет 01:34 Россия до 2032 года… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Все новости