ŞOK QƏRAR: 90 min İranlı gəlir...

ŞOK QƏRAR: 90 min İranlı gəlir...
05.03.2026 15:28

Türkiyə İran ətrafında hərbi əməliyyatların genişlənməsi fonunda qonşu ölkədən gələ biləcək ilk qaçqın dalğası ilə bağlı hazırlıqlarını tamamlayıb. Bildirilir ki, rəsmi Ankara ilk mərhələdə İrandan gələcək 90 min qaçqını yerləşdirməyə hazır olduğunu bəyan edib.  

Maraqlıdır, bu addım Ankara üçün hansı riskləri yarada bilər?  

Sözügedən məsələni politoloq Elşad Mirbəşiroğlu TodayPress TV-yə şərh edib.

  

Analitik hesab edir ki, Türkiyə 90 min qaçqını qəbul etməklə həm humanist, həm də preventiv addım atır:

"Türkiyənin 90 min qaçqını qəbul etməyə hazır olduğunu bildirməsi hər şeydən öncə bir İslam təəssübkeşliyini nümayiş etdirir. Görünür, Türkiyə tərəfdə artıq belə bir təsəvvür formalaşıb ki, qarşıdurma eskalasiya edə bilər və bu, hətta yerüstü əməliyyatların, yəni quru əməliyyatlarının baş verməsi ilə müşayiət oluna bilər. Belə halda Türkiyənin 90 min qaçqını qəbul etməyə hazır olduğunu bildirməsi preventiv addım kimi qiymətləndirilə bilər. Yəni bu, hadisələrin mümkün inkişaf ssenarilərinə uyğun hazırlıq işlərinin görülməsi kimi qəbul oluna bilər".

Ekspert xatırladıb ki, Türkiyənin bu sahədə təcrübəsi var:  

"Bildiyimiz kimi, 2011-ci ildən sonra Suriyada baş verən daxili silahlı qarşıdurmalar nəticəsində təxminən 4 milyona yaxın əhali Türkiyə ərazisinə üz tutmuşdu. Bu həqiqətən də çox böyük bir rəqəmdir və Türkiyə həmin qaçqınları qəbul edib yerləşdirmək, onların sosial-iqtisadi tələbatlarını ödəmək istiqamətində əlindən gələni etdi. Hətta həmin dövrdə Avropa İttifaqı Türkiyəyə dəstək olacağını bildirsə də, bu sahədə ciddi addım atmadı".

Politoloqun qənaətincə, bu Türkiyə iqtisadiyyatına əlavə yükdür: 

"Amma ümid edək ki, belə bir vəziyyət yaranmayacaq və tərəflər tez bir zamanda qarşıdurmanın təhlükəlilik dərəcəsini dərk edərək masa arxasına əyləşəcəklər. Əgər proseslər ciddi şəkildə davam edərsə və belə bir qaçqın kütləsi yaranarsa, qardaş Türkiyə özünün qeyd etdiyi kimi bu insanları qəbul edib ərazisində yerləşdirmək imkanına sahibdir. Bütün əlavə sosial-iqtisadi çətinliklərə baxmayaraq, bu Türkiyənin imkanları daxilindədir".

E.Mirbəşiroğlu yekun olaraq qeyd edib ki, belə bir hal baş verdiyi təqdirdə, bu, Türkiyənin beynəlxalq imicinin gücləndirilməsi baxımından da pozitiv element kimi çıxış edəcək. Qonşu coğrafiyalarda silahlı qarşıdurmalar zamanı Türkiyə öz qapısını hər zaman dinc insanlara açıb, humanizm nümayiş etdirib və bu, qlobal miqyasda çox müsbət bir örnəkdir.  

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Bütün Xəbərlər