Makrona sülh çörəyindən ilk dadmaq haqqını kim verib ki, Zəfərin müəllifi olan yerdə...?!

Makrona sülh çörəyindən ilk dadmaq haqqını kim verib ki, Zəfərin müəllifi olan yerdə...?!
07.05.2026 13:02

Təsəvvür edin, Fransa prezidenti Emmanuel Makron İrəvanda Avropa İttifaqı–Ermənistan sammitində iştirak edir, erməni havadarlarına qucaq açır, “Ermənistan Avropaya doğru addımlayır” deyə bəyanatlar verir, Azərbaycanı "qarşı tərəf" kimi göstərərək hədəfə alan ritorika səsləndirir.


Qondarma "Soyqırımı" abidəsində çəkilən fotolar, yeni strateji əməkdaşlıq vədləri... Ardınca isə “siyasi simvolik jest” edərək bağlı Türkiyə–Ermənistan quru sərhədindən keçib birbaşa Ərdoğanla görüşə getmək istəyir. Guya regionda “sülh memarı” kimi görünəcək, özünə siyasi dividendlər qazandıracaq və Avropada “mən də varam” deyə sinəsinə döyüb  kredit toplayacaq.

Amma Bakı–Ankara birliyi bu oyunu pozdu. Məsələ əvvəlcə Türkiyə tərəfindən bəzi nümayəndələrlə razılaşdırılsa da,  Ərdoğan strateji müttəfiqi Azərbaycanla məsləhətləşdi və qəti “yox” cavabı verdi. Türkiyə Fransaya yerini göstərdi və  Makron, necə deyərlər, "suyu süzülə-süzülə" geri qayıtdı... Bu qırmızı xəttin keçilməsinə icazə verilə bilməzdi.


Niyə? Çünki sülh bizimdir. Azərbaycan bunu 44 günlük Vətən müharibəsində qanı, canı hesabına qazandı. 2023-cü ildə isə suverenliyimizi tam bərpa etdik. Bu gün regionda sülh danışıqlarını aparan, kommunikasiyaların açılmasını istəyən və sabitliyə çalışan tərəf məhz bizik.

Bu prosesə qədər illərlə qlobal təzyiqlərlə üzləşdik və Fransa bu təzyiqlərin ön sıralarında idi.

Xüsusilə 2020-ci il 44 günlük Vətən müharibəsi dövründə Fransa açıq şəkildə anti-Azərbaycan mövqe tutmuşdu. Müharibə zamanı Makron Türkiyəni “təcavüzkar” adlandırmış, Azərbaycanın haqlı mübarizəsini kölgədə qoymağa çalışmışdı. Fransa Senatı və Milli Assambleyası erməni lobbisinin təsiri ilə bir sıra qətnamələr qəbul etmiş, Azərbaycanı ittiham etmişdi.

Rəsmi Paris Ermənistana siyasi və mənəvi dəstək vermiş, beynəlxalq arenada Azərbaycanın əleyhinə mövqe sərgiləmişdi. Müharibə bitəndən sonra da bu xətt davam etdi. Fransa Ermənistanı silahlandırmağa başladı, hərbi əməkdaşlığı genişləndirdi. Onlar Ermənistana demək olar ki, "böyük qardaş"lıq edirdilər.


Makronun son çıxışlarında da eyni ruh hiss olunurdu: Ermənistanı “strateji tərəfdaş” adlandırmaq və Azərbaycanı dolayısı ilə hədəfə almaq. Belə bir fonda Makronun Türkiyə sərhədindən keçib “sülh elçisi” kimi görünmək istəyi Bakı üçün qəbuledilməz idi. Azərbaycan sülhü döyüş meydanında qazanıb, indi isə onun meyvəsini başqalarına "yedirtmək" niyyəti yoxdur.

Gəlib hazır masaya oturaraq “mən də sülhün tərəfdarıyam” demək, üstəlik simvolik jestlə özünə siyasi xal yazdırmaq istəyi? Bu, ən sadə ifadə ilə desək, riyakarlıqdır.

Ərdoğanın bu addımı Azərbaycanla qardaşlığın və birliyin ən parlaq nümunəsidir. Türkiyə–Ermənistan sərhədi 1993-cü ildən məhz Azərbaycanla həmrəylik naminə bağlıdır. Bu gün də eyni prinsip qüvvədədir. Heç kim, heç bir xarici oyunçu bizim qanımızla yazılmış sülhü öz siyasi şousuna çevirə bilməz.

Makron İrəvanda nə qədər Azərbaycan əleyhinə danışsa da, nə qədər “Ermənistanı qoruyun” çağırışları etsə də, Ankara və Bakı birlikdə aydın mesaj verdi: “Siz müharibə dövründə birtərəfli mövqe tutdunuz, indi isə sülhün nəticələrindən siyasi dividend qazana bilməzsiniz.”


Bu Ermənistana, həm də onun arxasında duran qüvvələrə açıq mesajdır: qalib gələn bizik, şərtləri biz müəyyən edirik və son sözü də biz deyirik. Sülhün ilk mesajını, ilk addımını və siyasi iradəsini qalib prezident  və onun müttəfiqi olan Türkiyə formalaşdırmalıdır.

Bu, mövqe şəhidlərimizin xatirəsinə hörmətin, xalqımızın əyilməz iradəsinin və Azərbaycan–Türkiyə birliyinin gücünün təsdiqidir.

Jalə Rövşən

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Подписанное в Шуше соглашение вызвало страх у русских и армян, увидев подпись Алиева… 14:36 Сделаем России хуже, чем в 1941-м: в Германии заговорили о возможном ударе 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Началась встреча глав МИД России и Турции 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 Все новости