"KQB bizi buna vadar etdi" — Paşinyan Rusiyanı niyə İFŞA ETDİ?

"KQB bizi buna vadar etdi" — Paşinyan Rusiyanı niyə İFŞA ETDİ?
05.11.2025 14:37
Ermənistanın Baş naziri Nikol Paşinyan son çıxışı ilə İrəvan–Moskva münasibətlərində yeni gərginlik ocağı yaradıb. O, xalqlar arasında formalaşmış stereotiplərin mənbəyinə toxunaraq sensasiyalı bəyanat səsləndirib. 

Paşinyanın sözlərinə görə, ermənilərin türklər və azərbaycanlılar haqqında bu günə qədər mövcud olan təsəvvürləri Rusiya və keçmiş SSRİ-nin təhlükəsizlik orqanları – KQB tərəfindən formalaşdırılıb.

Baş nazirin sözlərinə əsasən, ermənilərin Türkiyə və Azərbaycan haqqında kök salmış təsəvvürləri sovet təbliğatı nəticəsində yaranıb:

“Biz “Türklər dəyişmir” deyəndə, Türkiyədə də eyni ifadə ermənilər haqqında işlədilir. Biz “Azərbaycana necə etibar edə bilərik?” deyəndə, onlar da eyni sualı bizə qarşı yönəldirlər. Ermənistan cəmiyyəti KQB agentləri tərəfindən formalaşdırılan dünyagörüşündən azad olmalıdır”.

Paşinyanın bu fikirləri dərhal Moskvada sərt reaksiya doğurub. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cavab açıqlamasında bildirib ki, KQB yalnız 1954-cü ildə yaradılıb və onun 1915-ci ildəki “erməni soyqırımı” ilə əlaqələndirilməsi tarixi baxımdan əsassızdır. 

Ermənistanın Baş nazirinin açıqlaması nəyi əks etdirir? Bu etiraf Ermənistan cəmiyyətində siyasi düşüncənin dəyişməsi və ya yeni ideoloji istiqamətin formalaşması kimi dəyərləndirilə bilərmi? Digər məsələ, Zaxarovanın cavabı əsaslıdırmı? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov bildirib ki, Paşinyanın son bəyanatı Ermənistan cəmiyyətində və siyasi düşüncəsində tədricən baş verən ideoloji dəyişikliklərin əlaməti kimi dəyərləndirilə bilər:

“Paşinyanın bu çıxışı həm tarixi stereotiplərin yenidən dəyərləndirilməsi baxımından, həm də regionda daha rasional və praqmatik siyasətə yönəlmiş yanaşmanın formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. O bu stereotiplərin KQB təbliğatının nəticəsində formalaşdığını qeyd etməklə əsasən Sovet dövrünü hədəf göstərib. Yəni Paşinyan məhz Sovet təhlükəsizlik strukturlarının xalqlar və dövlətlər arasında mənfi təsəvvürlər yaratdığına işarə edib. Lakin əslində bu proses daha geniş və uzunmüddətli bir dövrü əhatə edir”.

Ekspertin sözlərinə görə, Birinci Dünya müharibəsi zamanı Cənub cəbhəsində baş verən hadisələr bunun bariz nümunəsidir:

“Həmin dövrdə Rusiya Osmanlı imperiyasına qarşı mübarizədə yerli erməni qüvvələrindən fəal şəkildə istifadə edib. Hətta bir neçə erməni batalyonunun yaradılması da bu faktı təsdiqləyir. Rusiyanın o zamankı təbliğatının mərkəzində isə “xristian icmalarını Osmanlıdan qorumaq” kimi saxta ideologiya dayanırdı. Sonrakı illərdə, yəni Zaxarovanın bəhs etdiyi KQB dövründən öncə belə, QRU və NKVD kimi strukturlar xalqlar arasında düşmənçilik toxumlarını səpmək siyasətini davam etdiriblər”.

Rəşad Bayramov hesab edir ki, istər Çar Rusiyası, istər Sovet İttifaqı dövründə, istərsə də ittifaqın süqutundan sonra Moskva bu istiqamətdə ardıcıl şəkildə fəaliyyət göstərib:

“Nəticə etibarilə, Paşinyanın bəyanatı erməni cəmiyyətində Türkiyə və Azərbaycanla bağlı mövcud stereotiplərin əslində xarici təsirlərin məhsulu olduğunun dolayısı etirafı kimi qəbul edilə bilər. Doğrudur, bu fikirlər geniş erməni kütləsi tərəfindən asanlıqla qəbul olunmaya bilər, lakin bu açıqlama Ermənistan siyasi düşüncəsində ideoloji transformasiyanın başlanğıcı kimi dəyərləndirilə bilər”.

Qiymət Mahir

ФОТО

"KQB bizi buna vadar etdi" — Paşinyan Rusiyanı niyə İFŞA ETDİ? — 1
ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 Все новости