Körfəz ərəbləri Pakistana yalvarır: Ordu yeridin, bizi qoruyun...

Körfəz ərəbləri Pakistana yalvarır: Ordu yeridin, bizi qoruyun...
12.06.2026 11:09

Körfəz ərəb dövlətləri uzun illər ABŞ-nin “dəmir təhlükəsizlik çətiri”nə sığınmışdılar. Lakin İranın raket və PUA hücumları zamanı Amerika bazalarının hədəfə alınması və Vaşinqtonun buna zəif reaksiya verməsi bu təhlükəsizlik modelinə olan inamı sarsıtdı.

Nəticədə Körfəz ölkələri müdafiə sahəsində tərəfdaşlarını şaxələndirməyə çalışır və Pakistan bu prosesdə getdikcə daha mühüm aktor olub.

Niyə məhz Pakistan?

Pakistanı Körfəz ölkələri üçün cəlbedici tərəfdaşa çevirən bir neçə əsas amil var.

Pakistan dünyada yeganə müsəlman nüvə dövlətidir. Ölkə nüvə başlıqlarını raket sistemləri vasitəsilə çatdırmaq imkanına malikdir. Bu xüsusiyyət Körfəz ölkələrində, xüsusilə İran amilində əlavə təhlükəsizlik təminatı hissi yaradır. Ərəb dünyasında bu səviyyədə hərbi potensiala malik başqa dövlət yoxdur.

ABŞ ilə hərbi əməkdaşlıq, silah alışları və təlim proqramları yüksək xərc tələb edir. Pakistan isə oxşar xidmətləri daha münasib və çevik şərtlərlə təqdim edə bilir. Büdcə xərclərinə daha çox diqqət yetirən Körfəz ölkələri üçün bu mühüm üstünlük sayılır.

Pakistan ordusu son iki onillikdə terrorla mübarizə, dağlıq ərazilərdə əməliyyatlar və konvensional hərbi fəaliyyətlər sahəsində geniş təcrübə qazanıb. Bu təcrübə real döyüş şəraitində formalaşıb və onu regionun bir çox ordularından fərqli edir.

Pakistanın uzun illərdir dəyişməyən anti-İsrail mövqeyi də Körfəz ölkələri üçün müəyyən siyasi üstünlüklər yaradır. Səudiyyə Ərəbistanı və ya BƏƏ kimi ölkələrin İsraillə əlaqələri barədə müzakirələrin getdiyi bir dövrdə Pakistanla əməkdaşlıq daxili ictimai rəyə balanslaşdırıcı mesaj verir. Bu, eyni zamanda İslam dünyasında həmrəylik görüntüsünün qorunmasına xidmət edir.

Bu yaxınlaşma artıq bir sıra praktiki addımlarla müşayiət olunur.

Səudiyyə Ərəbistanı Pakistan hərbçilərini öz ərazisində yerləşdirib və Pakistan-Səudiyyə müdafiə əməkdaşlığına Qətərin də qoşulması istiqamətində müzakirələr aparılır.

Bəhreyn Pakistan hərbi pilotlarının hazırlanması ilə bağlı müraciət edib.

Oman, Küveyt və hətta Livanla hərbi sahədə yüksək səviyyəli əlaqələr genişləndirilir.

Bu proses ABŞ-ni çıxdaş etmək cəhdi deyil. Burda alternativ təhlükəsizlik mexanizmi formalaşdırmaq məqsədi var. Körfəz ölkələri Vaşinqtonla münasibətlərini qorumaq niyyətindədirlər, lakin eyni zamanda yeni tərəfdaşlar axtarışındadırlar. Pakistan isə güclü ordusu, nüvə statusu, münasib maliyyətli hərbi xidmətləri və siyasi etibarlılığı ilə bu boşluğu doldura biləcək patensialda namizəddir.

Amma Pakistanın iqtisadi çətinlikləri, daxili siyasi qeyri-sabitlik və Hindistanla davam edən gərgin münasibətlər bu əməkdaşlığın uzunmüddətli perspektivlərini sual altında qoya bilər. Yemə də mövcud geosiyasi şəraitdə Pakistan Körfəz ölkələri üçün getdikcə daha vacib strateji ehtiyat variantına çevrilir.

Körfəz ölkələri təhlükəsizlik məsələlərində artıq yalnız ABŞ-yə arxalanmaq niyyətində deyillər və alternativlər üzərində işləyirlər. Diqqətin getdikcə İslamabada yönəlməsi regionda fərqli ssenarilərin başlanğıcı ola bilər.

Jalə Rövşən


ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 Новый этап напряженности между США и Ираном: адмирал предложил Трампу провести масштабную воздушную операцию против Ирана 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 В Абшероне произошло тяжелое ДТП — погибли два футболиста 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 Ильхам Алиев поздравил короля Марокко 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Цена азербайджанской нефти резко выросла 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 Трансферный план «Манчестер Сити» на 100 миллионов 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Курдский центр подал в СГБ жалобу на трех политиков 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 Ночной удар США: обстреляны следующие города Ирана 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ночной удар по Украине: в Киеве, Львове и Полтаве есть жертвы 08:59 США нанесли удары по военным объектам КСИР 08:51 Все новости