Köçəryan ÖZ AMPLUASINDA: Bu dəfə TRIPP-i hədəf aldı

Köçəryan ÖZ AMPLUASINDA: Bu dəfə TRIPP-i hədəf aldı
29.01.2026 18:07

Ermənistanın sabiq Prezidenti Robert Köçəryan mətbuat konfransında TRIPP layihəsini Ermənistan üçün “təhlükə” adlandıraraq regionda əməkdaşlıq və sülh təşəbbüslərinə qarşı revanşist, gərginlik yaradan mövqeyini növbəti dəfə nümayiş etdirib.

Maraqlıdır, o, TRIPP (Şimal-Cənub Nəqliyyat Dəhlizi) layihəsini niyə Ermənistan üçün “təhlükə” hesab edir və bu mövqeyi ilə nəyi hədəfləyir?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Şakir Ağayev deyib ki, Köçəryan, yenə də öz ampluasındadır və o, Ermənistanda revanşist qüvvələrin başında dayanan liderlərdən biridir:


"Bu bəyanatı ilə Köçəryan həm İran, həm də Rusiya tərəfdən rəğbət qazanmaq istəyir, çünki TRIPP  layihəsinin əleyhinə çıxır. Eyni zamanda bilirik ki, Ermənistanda qüvvələr balansı bölünüb. Paşinyana yaxın qüvvələr layihəni dəstəkləyir, əks qüvvələr isə öz mövqelərini gücləndirmək üçün layihənin əleyhinə çıxırlar".

Analitik qeyd edib ki, TRIPP Ermənistana imkanlar açır: 

“TRIPP layihəsi Ermənistan üçün heç bir təhlükə yaratmır. Layihə Ermənistanı iqtisadi blokadadan çıxarır və Azərbaycan-Türkiyə sərhədlərinin açılması ilə ölkəyə enerji, logistika və ərzaq məhsulları sahəsində böyük imkanlar yaradır. Paşinyan isə Köçəryanın əksinə olaraq, həmişə belə layihələrin həyata keçirilməsinə dəstək verir”.

Ekspert əlavə edib ki, Köçəryan  Paşinyandan fərqli olaraq, Ermənistanda hakimiyyətdə olduğu dövrdə ölkəni iqtisadi çətinliklərə sürükləyib və Azərbaycan torpaqlarının işğal altında qalması nəticəsində iqtisadi problemlər yaranıb. İndi Köçəryan belə şüarlarla xal toplamağa çalışır, amma bu ona o qədər də uğur gətirməyəcək. 

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Все новости