Kartlar açıq OYNANILIR: Gözlənilən görüş Çində baş tutacaq?

Kartlar açıq OYNANILIR: Gözlənilən görüş Çində baş tutacaq?
31.08.2025 11:46 Təhlil

"Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında Çində görüşün keçirilməsi mümkün görünmür".

Politoloq Azər Qasımov bunu TodayPress TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasındakı hadisələrin mahiyyəti onu deməyə əsas verir ki, iki ölkə arasında mövcud olan gərginlik köklü xarakter daşıyır:

"Məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycana məxsus sərnişin təyyarəsinin vurulması ilə başlayan proseslərin kökündə uzun illər qapalı qalan, lakin gec-tez üzə çıxması qaçılmaz olan gerçəkliklər dayanır. Bunun ilk səbəbini Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” kanalına verdiyi müsahibəsində qeyd etdi. O bildirdi ki, Rusiya 1920-ci ildə Azərbaycanı işğal edib və Zəngəzuru – bizim “Qərbi Zəngəzur” adlandırdığımız ərazini Azərbaycandan alıb Ermənistana verib. Göründüyü kimi, iki ölkə arasındakı gərginliyin kökləri çox qədimə gedib çıxır. Sonrakı proseslər – müstəqillik dövründə Azərbaycan ərazilərinin işğalında Rusiyanın rolu, 1990-cı il “20 Yanvar” faciəsi, Xocalı soyqırımında Rusiyanın 366-cı motoatıcı alayının iştirakı və digər hadisələr də göstərir ki, məsələnin kökündə Rusiyanın Azərbaycana qarşı düşmən mövqeyi dayanır. Belə bir durumda artıq bütün kartlar açıq oynanılır və Rusiya Azərbaycana qarşı həyata keçirdiyi tarixi düşmənçilik faktlarının cavabını verməlidir. Bununla yanaşı, Rusiya hələ də vurduğu təyyarə ilə bağlı Azərbaycanın tələblərini yerinə yetirməyib".

Siyasətçi Çində liderlər arasında ikitərəfli görüşün baş tutmasını real hesab etmir:

"Hesab edirəm ki, bu cür analitik yanaşmadan sonra Azərbaycan Prezidenti ilə Rusiya Prezidenti arasında görüşün keçirilməsi mümkün görünmür. Belə bir görüş barədə hər hansı anons da yoxdur. Tədbir zamanı yalnız təsadüfən iki ölkə rəhbərinin qısa qarşılaşması baş verə bilər, amma ikitərəfli görüşün keçiriləcəyini real hesab etmirəm".

A.Qasımov Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüşün baş tutması ehtimalını isə mümkün hesab edir. Onun qənaətincə, Paşinyan özü buna can atır.

Qeyd edək ki, hazırda Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, Ermənistanın Baş naziri Nikol Paşinyan və digər ölkə liderləri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün Çində səfərdədilər.

Qiymət Mahir

FOTOLAR

Kartlar açıq OYNANILIR: Gözlənilən görüş Çində baş tutacaq? — 1
XƏBƏR LENTİ
15 IYUN 2026
Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Bütün Xəbərlər