İran Azərbaycanın İsraillə münasibətlərini qısqanır? – Pezeşkian ETİRAF ETDİ

İran Azərbaycanın İsraillə münasibətlərini qısqanır? – Pezeşkian ETİRAF ETDİ
02.08.2025 13:15 Təhlil

"İran və Azərbaycan qonşu dövlətlər olsalar da, İran cəmiyyətindən, xüsusilə də ruhanilərdən ölkəmizə qarşı dəfələrlə ədalətsiz münasibətin şahidi olmuşuq. Qonşu olmaq hələ yaxşı münasibətlərdə olmaq demək deyil. Təcrübə göstərir ki, Azərbaycanın nisbətən uzaqda yerləşən bəzi dövlətlərlə əlaqələri daha yüksək səviyyədədir".

Politoloq Vüqar Əhmədov bunu TodayPress TV-yə açıqlamasında deyib.

O, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan-İsrail münasibətləri haqqında dediklərini şərh edib:

"Pezeşkian İsraili nümunə gətirir. Azərbaycanda tarixən yəhudilər məskunlaşıb və yaşayıblar. İsrail dövləti ilə çox yaxşı və strateji münasibətlərimiz mövcuddur. Lakin bu gün bəzi qonşu dövlətlərin, o cümlədən İranın bir sıra məsələlərdə bizə qarşı qısqanc münasibət sərgilədiyini görürük.

İran prezidentinin Azərbaycana qarşı xoş niyyətləri var. Onun bu niyyəti dilə gətirərək İran cəmiyyətinə çatdırması müsbət haldır. Ancaq təəssüf ki, İrandakı ruhanilər hazırda daha çox Azərbaycana qarşı yönəliblər. Ümumiyyətlə, İran tərəfinin Azərbaycanın İsrail və digər dövlətlərlə qurduğu münasibətlərə qısqanclıqla yanaşması yolverilməzdir. Azərbaycan müstəqil dövlətdir və kiminlə necə münasibət quracağına özü qərar verir. Biz istərdik ki, qonşu dövlət olan İranla da əlaqələrimiz daha yüksək səviyyədə olsun. Azərbaycan hər zaman bunun üçün siyasi iradə nümayiş etdirib və öz ərazisindən heç vaxt üçüncü dövlətə, o cümlədən İrana qarşı istifadə olunmasına imkan verməyib".

Siyasətçi Pezeşkianın bəyanatlarını təqdirəlayiq adlandırıb:

"İki müsəlman və qonşu dövlətin yaxşı münasibətlərdə olması hər iki ölkənin maraqlarına uyğundur. Yaxın vaxtlarda İran prezidenti Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak etdi. Bu, tarixi hadisə kimi qiymətləndirilə bilər. Hesab edirəm ki, Məsud Pezeşkian bu gün İranda Azərbaycanla dostluq münasibətlərinin formalaşması istiqamətində səylər göstərən əsas siyasi fiqurlardan biridir. İki ölkənin prezidentləri arasında artıq çox yaxşı əlaqələr yaranıb. Ümid edirik ki, bu münasibətlər davamlı olacaq və regional əməkdaşlığın inkişafına töhfə verəcək".

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian Azərbaycanla münasibətlərin qurulmamasına görə məsuliyyətin məhz İran tərəfinin üzərində olduğunu bildirib. 

“Necə ola bilər ki, mən Azərbaycana gedib razılığa gəlmirəm? Biz onlarla qonşu ola-ola əlaqə yarada bilmirik. Necə olur ki, İsrail bunu kənardan gəlib edə bilir? Əgər rabitə qurulmazsa, deməli, günah bizdədir".

Qiymət Mahir

FOTOLAR

İran Azərbaycanın İsraillə münasibətlərini qısqanır? – Pezeşkian ETİRAF ETDİ — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Bütün Xəbərlər