Hindistanlılar onları qətlə yetirən Hindistana qarşı: Bakı qırğın törədənlərdən cavab tələb edir

Hindistanlılar onları qətlə yetirən Hindistana qarşı: Bakı qırğın törədənlərdən cavab tələb edir
03.06.2026 16:27

Bakıda Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr olunmuş “İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində” adlı beynəlxalq konfrans keçirilib.

Maraqlıdır, bu konfransın əsas mahiyyəti və Azərbaycanın belə bir konfransa ev sahibliyi etməsinin məqsədi nədir?

Məsələ ilə bağlı tarixçi Zaur Əliyev TodayPress TV-yə açıqlamasında bildirib ki, konfrans Hindistanda və Cənubi Asiyada uzun müddət diqqətdən kənarda qalan hadisələrin müzakirəsi baxımından mühüm və aktual əhəmiyyət daşıyır: 

“Düşünürəm ki, bu konfransın keçirilməsi son dərəcə vacib və aktual addımdır. Uzun müddətdir ki, Cənubi Asiyada, xüsusilə Hindistanda, rəsmi dövlət narrativindən kənarda qalmış və ya “daxili təhlükəsizlik əməliyyatı” kimi təqdim edilərək yüngülləşdirilmiş hadisələrə qlobal miqyasda soyqırım, transmilli repressiya və etnik təmizləmə prizmasından baxılması zərurəti yaranmışdı”.

O qeyd edib ki, konfransın əsas mahiyyəti ondan ibarətdir ki, burada 1984-cü ilin iyununda baş vermiş Amritsar faciəsi və ondan sonra, xüsusən həmin ilin noyabrında siqhlərə qarşı törədilmiş qırğınlar sadəcə təcrid olunmuş hadisələr kimi deyil, Hindistan dövlətinin müxtəlif etnik və dini azlıqlara – siqhlərə, müsəlmanlara, dalitlərə, kəşmirlilərə və digərlərinə qarşı onilliklər boyu davam etdirdiyi sistemli və institusionallaşmış repressiya siyasətinin bir hissəsi kimi təhlil olunur.

“Konfransın adında ‘transmilli repressiyalar’ və ‘soyqırım konteksti’ ifadələrinin xüsusi vurğulanması, mənim fikrimcə, çox mənalıdır. Bu, Hindistan dövlətinin sözügedən siyasətinin təkcə ölkə sərhədləri daxilində deyil, həm də diaspor mühitində və beynəlxalq səviyyədə davam etdiyini – fəalların susdurulması, dissidentlərə qarşı beynəlxalq təzyiqlər, vətəndaşlıq hüquqlarının məhdudlaşdırılması və digər formalar vasitəsilə həyata keçirildiyini göstərməyə çalışır. Bu baxımdan, konfrans tarixi ədalətin bərpası və beynəlxalq ictimaiyyətin diqqətini hələ də cavabsız qalan dərin yaralara yönəltmək cəhdidir”.

Tarixçi diqqətə çatdırıb ki, Azərbaycanın bu konfransa ev sahibliyi etməsi bir neçə mühüm və bir-biri ilə əlaqəli məqsədə xidmət edir:

“Bu, heç də təsadüfi seçim deyil. Azərbaycan son illərdə özünü neokolonializmə, diskriminasiyaya və etnik-dini zülmə qarşı mübarizədə mühüm mərkəzlərdən biri kimi təqdim edir. Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdən etibarən Bakı böyük dövlətlərin ikili standartlarına məruz qalmış xalqların səsini beynəlxalq ictimaiyyətə çatdırmağa çalışır. Bu konfrans da həmin strategiyanın tərkib hissəsidir”.

Zaur Əliyev vurğulayıb ki, BTQ-nin qərargahı Bakıdadır. Bu qurum artıq Kəşmir, Qərbi Səhra, İran kürdlərinin yaşadığı bölgələr, Bəlucistan və digər regionlarda etnik azlıqların hüquqlarının pozulması ilə bağlı araşdırmalar aparır. Amritsar hadisələrinə də məhz bu qlobal zülm zəncirinin bir halqası kimi yanaşılır. Bakının ev sahibliyi BTQ-nin bu məsələni “Hindistanın daxili işi” deyil, bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirmək prinsipini vurğulayır.

O, həmçinin Azərbaycanın Özbəkistandakı Andican hadisələrindən tutmuş Şri-Lankadakı tamil əhalisinin vəziyyətinədək bir çox hallarda səssiz qalan qurbanların hüquqlarını beynəlxalq platformalarda gündəmə gətirdiyini vurğulayıb:

“Bu konfrans 1984-cü ildən bəri beynəlxalq ictimaiyyət tərəfindən yetərincə diqqət görməyən siqh qurbanlarının da səsini dünyaya çatdırmaq üçün bir fürsətdir. Qərbdə Azərbaycan tez-tez ‘multikulturalizm adası’ kimi təqdim olunur. Bakıda müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgəyaşayış təcrübəsi nümayiş etdirildiyi kimi, dünyanın başqa yerlərində bu prinsipin pozulması hallarına qarşı da səs qaldırılması Azərbaycanın beynəlxalq imicinə müsbət töhfə verir”.

Tarixçi sonda əlavə edib ki, Azərbaycan bu konfransı keçirməklə nəinki beynəlxalq insan hüquqları sahəsində öz nüfuzunu artırır, həm də qlobal Cənub ölkələri arasında alternativ həmrəylik platforması yaratmaq strategiyasının bir hissəsini həyata keçirir. Bu, “səssiz qalanlar üçün Bakı platforması” ideyasının növbəti təzahürüdür.

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Все новости