Gürcüstanın vasitəçi təşəbbüsü: Tbilisi Bakının mövqeyini bilir...

Gürcüstanın vasitəçi təşəbbüsü: Tbilisi Bakının mövqeyini bilir...
23.05.2025 14:43 Təhlil

“Gürcüstan təzyiqləri neytrallaşdırmaq, regional sülhə və əməkdaşlığa, Cənubi Qafqazda sülh və sabitliyə töhfə vermək üçün Ermənistan–Azərbaycan münaqişəsinin həllində vasitəçi kimi rol almaq təşəbbüsünü irəli sürə bilər”.

Politoloq Vüqar Əhmədov bunu TodayPress TV-yə açıqlamasında deyib.

O qeyd edib ki, Gürcüstan Cənubi Qafqazın önəmli ölkələrindən biridir və Azərbaycanla da hər zaman yaxşı münasibətlərə malik olub:

“Gürcüstanda son yaşanan siyasi hadisələr müəyyən qədər bu ölkənin Qərblə münasibətlərində soyuqluq yaradıb və bunu indi də müşahidə edirik. Gürcüstanın Avropa İttifaqına üzvlüyü prosesində müəyyən fasilələr yaranıb, bu günlərdə ABŞ Konqresi tərəfindən bu ölkəyə qarşı “MEGOBARI Aktı”nı  (Cavabdehlik, Dözümlülük və Müstəqillik İnşası üçün Gürcüstanın Seçimlərinin Səfərbər edilməsi və Artırılması Aktı) qəbul edilib. Bu baxımdan Gürcüstan bu təzyiqləri neytrallaşdırmaq və regional sülhə və əməkdaşlığa, Cənubi Qafqazda sülh və sabitliyə töhfə vermək üçün belə bir təşəbbüslər irəli sürə bilər”. 

Ekspert əlavə edib ki, bu, həm də Gürcüstanın yeni prezidenti Mixeil Kavelaşvilinin son seçkilərdən sonra siyasi aktivliyi üçün də gərəkli addım ola bilər:

“Prezident Kavelaşvili ilk səfərini Azərbaycana etdi, daha sonra Ermənistana səfəri oldu. Rəsmi Tbilisi bu məsələ ilə bağlı rəsmi Bakının mövqeyini bilir, Azərbaycan prezidenti Gürcüstana səfərlərində bu ölkənin Cənubi Qafqazda sülhə töhfə vermə təşəbbüslərini daima alqışlayıb. Digər tərəfdən, bu addım həm də Gürcüstana eyni vaxtda həm Azərbaycan, həm də Ermənistanla münasibətləri yaxşı saxlamaqda kömək edə bilər. Belə ki, bilirik ki, Gürcüstan siyasətində hər zaman hər iki ölkə ilə normal qonşuluq münasibətləri saxlamaq əsas prinsiplərdən biri olub. Gürcüstan məkan olaraq Azərbaycan və Ermənistan tərəfdən ictimaiyyət nümayəndələrinin vaxtaşırı görüşdüyü neytral zona kimi də önə çıxıb. Bu baxımdan Gürcüstanın bu gün və tarixən müəyyən üstünlükləri olub, yəni bu ölkə həm Azərbaycan və Türkiyə, həm də Ermənistanla normal münasibətlərə malik olan bir dövlət olduğundan, Qərbin siyasi mərkəzləri də bu avantajdan hər zaman öz məqsədləri üçün yararlanmağa çalışmış və ölkəni Cənubi Qafqazdan potensial vasitəçi və dialoq məkanı, Qərb təşkilatlarının əsas fəaliyyət məkanı kimi görüb”.

Analitikin fikirlərinə görə, Gürcüstanın yeni prezidenti yeni formada bu ənənəni davam etdirmək istəyir və əlbəttə ki, bu, alqışlanası təşəbbüsdür:

“Qeyd etdiyim kimi, Azərbaycan Gürcüstana dost və etibarlı strateji tərəfdaş kimi yanaşıb. Hər iki ölkəni çox mühüm nəqliyyat və enerji layihələri birləşdirir. Düşünürəm ki, Gürcüstan Ermənistanla Azərbaycan arasında olan münasibətlərdə müəyyən pozitiv dinamikanın yaranmasında rol oynaya bilər”.

Qeyd edək ki, Gürcüstan prezidenti Mixeil Kavelaşvili bildirib ki, Gürcüstan Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaqda maraqlıdır.

Qiymət Mahir

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər