Tramp-Putin görüşü: Gözləntilər nələrdir?

Tramp-Putin görüşü: Gözləntilər nələrdir?
07.04.2026 23:26 Təhlil

"Dünyada, xüsusilə Avropada bəzi ölkə rəhbərləri həm xeyirxahlıq, həm də ölkəsinin milli maraqları baxımından mövcud münaqişələrdə vasitəçilik etməyə həvəslə yanaşırlar". 

Bunu politoloq Aydın Quliyev TodayPress TV-yə danışarkən bildirib. 


Onun sözlərinə görə, bu liderlər arasında Macarıstanın Baş naziri Viktor Orban və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da yer alır və onlar münaqişələrin həllinə töhfə verməyə çalışırlar. 

Analitik vurğulayıb ki, bu cür təşəbbüslər müsbət qiymətləndirilməlidir, lakin təəssüf ki, indiyə qədər nə Macarıstanın, nə də Türkiyənin vasitəçilik səyləri real və konkret nəticələr verməyib. Lakin bu, həmin liderlərin xoş niyyətlərinə kölgə salmır. Xüsusilə Orbanın öz resurslarından istifadə edərək Ukrayna müharibəsinin dayandırılmasına töhfə vermək istəyi diqqətəlayiqdir. 

Ekspert qeyd edib ki, Orbanın Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş təşkil etmək təşəbbüsü maraqlı olsa da, mövcud şəraitdə belə bir görüşün baş tutma ehtimalı olduqca aşağı, hətta yox səviyyəsindədir. Onun fikrincə, Ukrayna məsələsinin ABŞ və Rusiya arasında müzakirəsi və bu danışıqlardan ciddi nəticə əldə olunması da real görünmür.


Politoloq bunun əsas səbəbi kimi tərəflərin mövqelərinin müəyyən mənada üst-üstə düşməsini misal göstərib:  

“Tramp Ukrayna müharibəsinin Rusiyanın xeyrinə yekunlaşmasını istəyir, Putin də eyni məqsədlə torpaq əldə etmək və Ukraynada rejim dəyişikliyinə nail olmaq niyyətindədir. Hənçinin Tramp Ukraynanın bəzi ərazilərinin Rusiyaya verilməsini dəstəkləyir və eyni zamanda Ukrayna lideri Volodimir Zelenskinin hakimiyyətdə qalmasını istəmir". 

Siyasi şərhçi vurğulayıb ki, bu səbəbdən hətta belə bir görüş baş tutsa belə, Ukrayna məsələsində ciddi və ya həlledici nəticələrin əldə olunması ehtimalı çox aşağıdır. Onun sözlərinə görə, hazırkı mərhələdə Ukrayna müharibəsində əsas tərəflər Moskva və Kiyev ilə yanaşı Avropadır və ABŞ bu qarşıdurmada Rusiyaya qarşı duran tərəf kimi çıxış etmir. 


A. Quliyev əlavə edib ki, Tramp-Putin görüşü tamamilə əhəmiyyətsiz olmasa da, kardinal dəyişikliklərə səbəb olmayacaq. O bildirib ki, belə bir görüşdə Ukrayna ilə yanaşı İran məsələsi də gündəmə gələ bilər. Analitik qeyd edib ki, İran Rusiyanın Ukrayna müharibəsində yaxın tərəfdaşlarından biridir və ehtimal olunur ki, Tramp Putindən İrana təsir göstərməyi və ya ona dəstəyi azaltmağı xahiş edə bilər. 

"Orbanın bu istiqamətdəki təşəbbüsü müsbət qiymətləndirilməlidir, lakin bu cür görüşlərin baş tutması avtomatik olaraq ciddi nəticələrin əldə olunacağı anlamına gəlmir və müzakirələr əsaslı dəyişiklik yaratmaya bilər", - deyə politoloq fikrini yekunlaşdırıb.  

Qeyd edək ki, Macarıstan hökuməti Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün Budapeştdə Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüşə ev sahibliyi etməyə hazırdır.  

Bu barədə Macarıstanın Baş naziri Viktor Orban ABŞ vitse-prezidenti Ceyms Di Vens ilə görüşdən sonra açıqlayıb. 


O xatırladıb ki, Tramp bir vaxtlar Budapeştdə Ukrayna ilə bağlı Rusiya-ABŞ sammitinin keçirilməsini təklif etmişdi və bu, bəlkə də Avropada yeganə uyğun məkan idi. Orban daha sonra bu məsələni Rusiya və ABŞ liderləri ilə müzakirə etdiyini və texniki olaraq Macarıstanın Ukrayna ilə bağlı sülh görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib. 

"Əgər ABŞ və Rusiya sülh sammitini zəruri hesab etsələr, Budapeşt bu görüş üçün məkan təklif etməkdən məmnun olacaq. Biz buna hazırıq", - deyə o əlavə edib. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Bütün Xəbərlər