Gürcüstandan Ukraynaya uzanan yol: Kreml harada dayanacaq?

Gürcüstandan Ukraynaya uzanan yol: Kreml harada dayanacaq?
19.12.2025 15:27

ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratların liderlərindən olan Steni Hoyerin Rusiya Prezidenti Vladimir Putinlə bağlı açıqlamaları son illərin geosiyasi proseslərini aydın şəkildə əks etdirir. Hoyer Putini “diktator” adlandıraraq onun aqressiv siyasətinin təsadüfi deyil, illərdir davam edən ardıcıl xətt olduğunu vurğulayıb.

Konqresmenin fikrincə, Rusiya liderinin hərbi və siyasi fəaliyyəti təkcə Ukrayna ilə məhdudlaşmır. Moskva hələ 2008-ci ildə Gürcüstanla müharibəyə girərək Abxaziya və Cənubi Osetiya kimi separatçı bölgələr üzərində faktiki nəzarətini möhkəmləndirdi. Həmin dövrdə Qərbin nisbətən birlik nümayiş etdirməsi və ABŞ-da Corc Buş administrasiyasının prinsipial mövqeyi Rusiyanın daha irəli getməsinin qarşısını aldı.

Rusiya eyni zamanda “dondurulmuş münaqişələr” vasitəsilə region dövlətlərinə təsir göstərməyə çalışıb. Moldovadakı Dnestryanı problem uzun illərdir Kremlin bu ölkəyə siyasi təzyiq aləti kimi istifadə olunur. Bu yanaşma Moskvanın birbaşa hərbi müdaxilə etmədən də təsir imkanlarını qoruduğunu göstərir.

Ukrayna məsələsində isə Rusiya beynəlxalq öhdəliklərini açıq şəkildə pozub. 1994-cü il Budapeşt Memorandumuna əsasən Ukraynanın ərazi bütövlüyünə zəmanət verən Moskva 2014-cü ildə Krımı işğal etdi. Həmin vaxt Rusiyanın bununla kifayətlənməyəcəyi barədə xəbərdarlıqlar səsləndirilirdi və bu proqnozlar 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı hərbi hücumla təsdiqləndi.

Hazırda Kremlin Donbasla bağlı tələbləri də eyni siyasətin davamı kimi qiymətləndirilir. Tarixi təcrübə göstərir ki, Rusiyanın müəyyən ərazilərlə dayanacağına ümid etmək real deyil. Vladimir Putinin “Rusiyanın sərhədləri heç yerdə bitmir” fikri də bu yanaşmanın ideoloji əsasını açıq şəkildə ortaya qoyur.

Nəticə etibarilə, Steni Hoyerin açıqlamaları Rusiyanın davranış modelinə dair ciddi xəbərdarlıq xarakteri daşıyır. Donbasla bağlı istənilən güzəşt Kremlin növbəti mərhələdə yeni ərazi iddiaları ilə çıxış etməsi riskini artırır. Bu baxımdan məsələ təkcə Ukraynanın taleyi deyil, bütövlükdə regional və beynəlxalq təhlükəsizlik sisteminin gələcəyi ilə bağlıdır.                                  

Zeynal Əmrəliyev

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 Первая встреча, яркая победа: Фатима Байрамова не оставила шансов сопернице 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 Новый этап напряженности между США и Ираном: адмирал предложил Трампу провести масштабную воздушную операцию против Ирана 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 В Абшероне произошло тяжелое ДТП — погибли два футболиста 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 Ильхам Алиев поздравил короля Марокко 11:05 Илон Маск признался, что больше не хочет попрошайничать 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Цена азербайджанской нефти резко выросла 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 Трансферный план «Манчестер Сити» на 100 миллионов 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Курдский центр подал в СГБ жалобу на трех политиков 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Все новости