Ermənistanın “rus planı”: Ruslar Gümrüdən də çıxarılır?

Ermənistanın “rus planı”: Ruslar Gümrüdən də çıxarılır?
16.02.2026 15:27

Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, İrəvan rusiyalı tərəfdaşlarından hava limanını və Ermənistan-Azərbaycan sərhədini qoruduqları bir neçə yeri tərk etmələrini xahiş etməyi məqsədəuyğun hesab edib. 

O, bildirib ki, Gümrüdəki Rusiya hərbi bazası haqqında da danışmağa başlayacaqlar (Rus hərbçilərin bazadan çıxmasını nəzərdə tutur - red.). Amma hazırda bu barədə müzakirə aparılmır. 

Bəs Rusiya Gümrüdən çıxacaq? 

Sözügedən məsələni politoloq Elçin Xalidbəyli TodayPress TV-yə şərh edib. 


Onun sözlərinə görə, “Tramp Marşrutu"nun icrası ilə bağlı hüquqi sənədlərin imzalanmasından sonra Ermənistanda situasiya ciddi şəkildə dəyişməyə başlayıb. Vensin Ermənistana və eyni zamanda Azərbaycana səfəri Cənubi Qafqazda yeni mərhələnin başlanğıcını qoyub. Artıq Cənubi Qafqaz tədricən Rusiyanın təsir dairəsindən çıxır, bu dövlətin regiona təsir mexanizmləri zəifləyir və hətta tamamilə bloklanmaq üzrə addımlar atılır. 

Ekspert qeyd edib ki, son vaxtlara qədər Ermənistan hava limanından rus sərhədçiləri çıxarılıb. Hazırda isə “Tramp Marşrutu"nun icrası ilə bağlı işlərə başlanıldığı üçün rus sərhədçilərin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərindən çıxarılması mövzusu da gündəmə gətirilir: 

"Böyük ehtimalla Ermənistan həm Türkiyə, həm də İranla sərhəddə öz sərhədçilərini yerləşdirməyə üstünlük verəcək və bəzi məlumatlara görə, bu, Birləşmiş Ştatların istəyi ilə reallaşdırılacaq". 


Analitik əlavə edib ki, Gümrü hərbi bazası ilə bağlı məsələ də hazırda çox aktualdır: 

"Əslində, bazanın Ermənistandan çıxarılması ilə bağlı ölkədə ciddi təbliğat aparılır. Bir neçə dəfə mitinqlər və kütləvi etiraz aksiyaları keçirilib. Əgər Ermənistan parlamentinin spikeri Alen Simonyan bu mövzu ilə bağlı açıq danışmağa və ya eyhamlar verməyə başlayıbsa, demək olar ki, Gümrü hərbi bazasının gələcəyi intensiv şəkildə müzakirə masasına gətiriləcək". 


E.Xalidbəylinin qənaətincə, bu prosesin yaxın vaxtlarda başlaması ehtimalı yüksəkdir: 

"Tramp Marşrutu” bir çox faktorların təhlükəsizlik zəmanətləri üzərində qurulmasını tələb edir. Böyük ehtimalla Gümrü hərbi bazasının taleyi Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra daha ciddi şəkildə müzakirə olunacaq. Əgər Paşinyan hakimiyyəti növbəti parlament seçkilərində qalib gələrsə, bazanın gələcəyi ilə bağlı siyasi-diplomatik addımlar atıla bilər". 

Politoloq onu da əlavə edib ki, Kremlin bu məsələyə necə reaksiya verəcəyi hələlik məlum deyil. Ehtimal etmək olar ki, Kremlin məqsədi Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasına müqavimət göstərmək olacaq. Ancaq bu müqavimətin yetərli olub-olmayacağı hələ bilinmir. 

Jalə Rövşən

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
"Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 Все новости