Əliyevin ən güclü silahı ortaya çıxdı - İrandan və ermənilərdən dalbadal bəyanatlar verildi

Əliyevin ən güclü silahı ortaya çıxdı - İrandan və ermənilərdən dalbadal bəyanatlar verildi
11.05.2026 12:50

Prezident İlham Əliyev  Zəngilanda  şəhər sakinləri ilə görüşü zamanı bildirib ki, Zəngilanı təkcə Azərbaycanın nəqliyyat mərkəzlərindən biri deyil, həm də bütün regionun nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik. Dövlət başçısı hazırda inşası davam edən dəmir yolundan da bəhs edib: 

“Yaxın gələcəkdə — bəlkə də bir il və ya ilyarım ərzində — Bakı şəhərindən Zəngilana qatarla səfər etmək mümkün olacaq. Necə ki, bu gün Ağdama qatarla getmək mümkündür. Gələn il isə Xankəndiyə dəmir yolu ilə getmək mümkün olacaq. Bu dəmir yolu daha sonra davam etdirilərək Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə birləşdiriləcək.” 


Mesaj aydındır. Dəmir yolu Əliyevin  ən güclü silahıdır.  Gəlin baxaq niyə? Nədir bu məsələnin arxasında dayanan əsas səbəb?

Geosiyasi üstünlük, iqtisadi diversifikasiya, suverenliyin bərpası və diplomatik "kozrlar"...       

Azərbaycan Şərq-Qərb (Orta Dəhliz) və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyi üçün dəmir yolu infrastrukturu Bakını regionun əsas logistik mərkəzinə çevirir. Bakı-Tbilisi-Qars xətti Çini Avropa ilə ən qısa və etibarlı yolla birləşdirir, eyni zamanda Ermənistanı regional layihələrdən təcrid edərək Azərbaycanın strateji üstünlüyünü möhkəmləndirir.

Şimal-Cənub Dəhlizi isə Rusiyanı Fars körfəzi və Hindistanla birləşdirən marşrutda Azərbaycanı əvəzedilməz tranzit ölkəsi edir. Zəngəzur Dəhlizi layihəsi bu strategiyanın ən önəmli hissəsidir. Bu dəhliz Azərbaycanın əsas ərazisini Naxçıvanla və Türkiyə ilə birbaşa dəmir yolu ilə bağlayır. O, təkcə nəqliyyat yolu deyil, həm də Türk dünyasını coğrafi cəhətdən birləşdirən strateji amildir. Eyni zamanda Ermənistanın uzun illər davam edən blokada siyasətinə son qoyur və Bakıya regionda şərtləri diktə etmək imkanı yaradır.


Son dövrdə bu layihənin sürətlə irəliləməsi, xüsusilə Horadiz-Ağbənd istiqamətində işlərin yekunlaşması İrandan və Ermənistandan ardıcıl narahat bəyanatlara səbəb olur. Bu reaksiyalar dəmir yolunun real gücünü göstərir: rəqiblər onu dayandırmağa çalışsa da, proses Azərbaycanın xeyrinə inkişaf edir.İqtisadi baxımdan dəmir yolları neftdən asılılığı azaltmağın ən vacib vasitəsidir. Tranzit daşımaların 2030-cu ilə qədər 30-43 milyon tona çatdırılması hədəflənir. Azad edilmiş ərazilərdə, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda sürətlə qurulan yeni dəmir yolları (Bərdə-Ağdam, Horadiz-Ağbənd) bu bölgələri iqtisadi dövriyyəyə qaytarır və ölkənin ümumi dayanıqlılığını artırır. 


Diplomatik planda isə qonşu və uzaq dövlətlərin yüklərinin Azərbaycan ərazisindən keçməsi onların Bakı ilə iqtisadi maraqlarını üst-üstə salır. Rusiya, İran, Mərkəzi Asiya ölkələri, Türkiyə və Avropa İttifaqı kimi oyunçular Azərbaycana daha çox bağlı olur. Bu asılılıq Bakının beynəlxalq arenada manevr imkanlarını genişləndirir və təhlükəsizlik zəmanətlərini gücləndirir. 

İrandan və Ermənistanın revanşist quruplarından  gələn dalbadal bəyanatlar da məhz bu silahın effektiv şəkildə işlədiyini bariz nümunəsidir.  Məsələn, İranın Ali Rəhbərinin müşaviri Ali Əkbər Vəlayəti Zəngəzur dəhlizini  “İranın şimal marşrutlarını kəsən”, “NATO-nun İran sərhədinə yaxınlaşması” kimi xarakterizə edərək, “İran bunu Rusiyayla və ya Rusiyasız blok edəcək” deyib. O, layihəni “Amerikanın geosiyasi təhdidi” adlandırıb və “Trampın muzdlularının qəbristanlığına” çevriləcəyini bildirib. Digər İran rəsmiləri də bu marşrutu “İranın regional tranzit əhəmiyyətini zəiflədən” və “Ermənistanın suverenliyinə təhdid” kimi qiymətləndirirlər.


Bu bəyanatlar dəmir yolunun real gücünü göstərir: rəqiblər onu dayandırmağa çalışsa da, proses Azərbaycanın xeyrinə inkişaf edir.  Ermənistanın revanşist qurupları  isə “suverenlik” prinsipini önə çəkərək, hər hansı “ekstrateritorial dəhlizə” qarşı çıxır və marşrutun tam nəzarətinin Ermənistan ərazisində qalmasını tələb edir. Bu reaksiyalar da Bakının irəli sürdüyü “dəmir yolu” konsepsiyasının yaratdığı "valna"nın miqyasının nə qədər geniş olduğunu sübut edir. 

Qısacası, İlham Əliyev üçün dəmir yolu sadəcə nəqliyyat vasitəsi deyil. O, Azərbaycanı qlobal ticarətin mühüm mərkəzlərindən birinə çevirən, rəqibləri təcrid edən, Türk dünyasını inteqrasiya edən və regional siyasi proseslərə birbaşa təsir imkanı verən strateji güc alətidir. 

 Jalə Rövşən


ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
“Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” - Anna Hakobyan təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Российский самолет сбит, посол убит —чудовищный приказ премьер-министра 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Шаги, ставящие под угрозу карьеру: теннисистка подверглась суровой санкции 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Все новости