Dünya TƏŞVİŞDƏ: Nüvə alovu yenidən körüklənir!

Dünya TƏŞVİŞDƏ: Nüvə alovu yenidən körüklənir!
06.11.2025 18:10

ABŞ Prezidenti Donald Tramp nüvə silahları ilə bağlı son açıqlamasında bildirib ki, Birləşmiş Ştatlar dünyada ən geniş və yenilənmiş nüvə arsenalına malikdir və Rusiya, Çin və Şimali Koreyanın sınaqları fonunda öz silahlarını yenidən test etməyə başlayacaq.

Ekspertlər bunu, əsasən Rusiyaya yönəlmiş xəbərdarlıq kimi qiymətləndirir. Son iki ildə isə Kremlin NATO və Ukraynanı nüvə hədələri ilə qorxutmasına cavab olaraq Vaşinqton daha sərt mövqeyə keçib.

Məlumata görə, Trampın ritorikası Rusiya Prezidenti Vladimir Putinlə son telefon danışığından sonra dəyişib:

Daha əvvəlki “hörmət və inam”ın yerini sanksiya və nüvə gücünü önə çıxaran bəyanatlar alıb.

Bəs bu addım Vaşinqton–Moskva münasibətlərində yeni, sərt mərhələ kimi qiymətləndirilə bilərmi? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi ekspert Şakir Ağayev bildirib ki, Trampın dəyişkən mövqeyi Vaşinqtonun Ukrayna xəttini qeyri-müəyyənliyə sürükləyir:


“Bilirsiniz, Tramp hakimiyyətə gəldikdən sonra Ukrayna ilə bağlı mövqeyi dəfələrlə dəyişib. O, həm Rusiya, həm də Ukrayna istiqamətində fərqli açıqlamalar verir, bəzən elə təsəvvür yaranır ki, ABŞ ümumiyyətlə bu müharibədən kənarda qalmaq, bitərəf mövqe tutmaq istəyir. Yəni müxtəlif mövqelər irəli sürüb və ABŞ–Rusiya arasında sərt mərhələ hələ də davam edir”.

Onun qənaətincə, Tramp və Putin arasında dialoq olsa da, münasibətlərdə sabitlik görünmür:

“Düzdür, Tramp hakimiyyətə gəldikdən sonra müəyyən danışıqlar aparılıb, əlaqələr qurulub – xarici işlər nazirlikləri səviyyəsində, həmçinin Tramp və Putin arasında bir neçə telefon danışığı olub. Alyaskadakı görüş, eləcə də 6 oktyabrda baş tutan son telefon danışığı buna nümunədir. Bundan sonra Buxarestdə görüş planlaşdırılmışdı, amma vaxtı müəyyən edilmədən təxirə salındı”.

Ekspert qeyd edib ki, Tramp iki tərəfə də təzyiq taktikası yürüdür:

““Tomahawk” raketlərinin verilməsi məsələsi də bu kontekstdə diqqət çəkir: əvvəlcə Pentaqon bunun mümkün olduğunu, Trampın cavabını gözlədiyini bildirdi, daha sonra Tramp raket vermək niyyətində olmadığını söylədi. Bu cür mövqe dəyişiklikləri həm Ukraynaya, həm də Rusiyaya təzyiq vasitəsi kimi istifadə olunur. Yəni Tramp bu mexanizmlə Rusiya–Ukrayna müharibəsində müəyyən nəticə əldə etməyə çalışır”.

Şakir Ağayev vurğulayıb ki, Trampın etiraflarına baxmayaraq, ABŞ- Rusiya arasında gərginlik hələ də davam edir:

“Tramp dəfələrlə vurğulayıb ki, o, bu müharibəni bitirməyi əvvəl düşündüyündən daha çətin hesab edir. Baxmayaraq ki, müəyyən dövrlərdə münasibətlər nisbətən yumşalır, ABŞ–Rusiya əlaqələri ümumilikdə yenə də sərt mərhələdə qalır. Bu münasibətlər yalnız o halda yumşala bilər ki, Rusiya–Ukrayna müharibəsində Tramp hansısa irəliləyişə nail olsun”.

Şərhçi son olaraq əlavə edib ki, gərginlik bundan sonra daha da arta bilər:

“Bundan əlavə, Rusiyanın “Burevestnik” və “Poseidon” raketlərinin sınaqlarının ardından Trampın nüvə silahlarının yenidən sınaqdan keçirilməsinə start verildiyini deməsi, iki supernüvə dövləti arasında qarşılıqlı təzyiqin artdığını göstərir. Bu isə dünya üçün son dərəcə təhlükəli tendensiyadır. Hər iki dövlət öz gücünü nümayiş etdirməyə və maraqlarını təmin etməyə çalışır.

Nəticə etibarilə, ABŞ–Rusiya münasibətlərində sərt mərhələ qalmaqdadır və bu gərginlik hələlik əsasən ritorika və qarşılıqlı təzyiq vasitələri səviyyəsində özünü göstərir”. 

Jalə Rövşən

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Все новости