Dünya BU ADDIMDAN DANIŞIR: Rusiya ƏN TƏHLÜKƏLİ silahlarını...

Dünya BU ADDIMDAN DANIŞIR: Rusiya ƏN TƏHLÜKƏLİ silahlarını...
18.02.2026 14:07

Rusiyanın aviasiya general-mayoru Sergey Lipovoy bildirib ki, Rusiya beşinci nəsil “Su-57” qırıcı təyyarələrini Çin sərhədi yaxınlığında, Uzaq Şərqdəki aerodromlara yerləşdirib. O bəyan edib ki, bu, planlaşdırılan proqramın bir hissəsidir. 


Maraqlıdır, Rusiyanın burada əsas məqsədi nədir? 

Sözügedən məsələni siyasi şərhçi Şakir Ağayev TodayPress TV-yə şərh edib. 


Onun qənaətincə, bu addım Çinə qarşı deyil: 

“Bu gün Rusiya–Çin münasibətlərini nəzərə alsaq, görərik ki, bu iki ölkənin maraqları üst-üstə düşür. Düşünürəm ki, bu, böyük ehtimalla Çinlə də razılaşdırılıb”. 

Ekspert vurulayıb ki, Rusiya ilə Çinin əsas məqsədi Hind-Sakit okean hövzəsində Avropa və Amerikanın artan maraqlarına qarşı birgə fəaliyyət göstərməkdir:

“Artıq bir müddətdir müşahidə edirik ki, Avropanın da bu bölgədə böyük maraqları var. Hətta Hind-Sakit okean hövzəsində NATO ilə sıx əməkdaşlıq mövcuddur”.

Politoloq əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp dəfələrlə Amerikanın əsas hədəflərindən birinin Hind-Sakit okean hövzəsində maraqlarını artırmaq, bu bölgəyə daha çox diqqət yönəltmək və mövqelərini gücləndirmək olduğunu qeyd edib. 


"Həm Rusiya, həm də Çin dəfələrlə bəyan ediblər ki, istər Avropanın, istərsə də Amerikanın Hind-Sakit okean hövzəsində artan hərbi maraqları və nüfuzu onlar üçün təhlükə yaradır", - analitik deyib. 

Ş. Ağayevin fikrincə, bu addım Çinlə razılaşdırılmış şəkildə həmin ərazinin hərbi cəhətdən gücləndirilməsi və Rusiyanın həmin hövzədə Avropa və Amerikanın artan maraqlarına cavab tədbiri kimi qiymətləndirilə bilər. 

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 Все новости