Rusiyaya trilyonlarla dollar ziyan dəyib...– RƏY

Rusiyaya trilyonlarla dollar ziyan dəyib...– RƏY
26.11.2025 17:35

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna ilə bağlı mümkün sülh sazişində Rusiyanın atmalı olduğu əsas addım döyüş əməliyyatlarını dərhal dayandırmaq və yeni ərazilər ələ keçirməyə çalışmamaqdır. Onun sözlərinə görə, Moskvanın əsas güzəşti məhz budur. Tramp bunu jurnalistlərin suallarını cavablandırarkən deyib. 


Maraqlıdır, Trampın “Rusiyanın əsas güzəşti döyüşləri dayandırmaq və yeni ərazilər almamaqdır” açıqlaması Moskvanın mövcud işğalları legitimləşdirmək niyyətinə xidmət edirmi? 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan siyasi ekspert Taleh Əliyev bildirib ki, Trampın münaqişə ilə bağlı qarışıq çıxışları Rusiyanın xeyrinə deyil, əksinə onunla rəqabəti göstərir:


"Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı bəzən ziddiyyətli, bəzən isə ictimai fikri təəccübləndirəcək qədər Rusiyaya qarşı açıq rəqabət tonunda səslənən açıqlamalarını mən Rusiyanın maraqlarına xidmət edən mövqe hesab etmirəm".

Onun sözlərinə görə, Tramp zahirdə Rusiyanı tərifləsə də, əməldə Ukraynanı və NATO müttəfiqlərini dəstəkləyir: 

“Trampın bir illik hakimiyyətinə diqqət yetirdikdə görürük ki, o, zahirdə Rusiyanı və Putini tərifləsə də, faktiki fəaliyyəti Ukraynanı – xüsusilə də Avropa və NATO müttəfiqləri vasitəsilə – davamlı şəkildə dəstəkləməyə yönəlib. ABŞ heç bir halda Ukraynanın məğlubiyyətinə şərait yaratmadı və bunu Tramp administrasiyasının qətiyyətli şəkildə həyata keçirdiyi siyasətdə aydın görmək mümkündür”.

Analitik vurğulayıb ki, Trampın məqsədi Rusiyanı uzunmüddətli müharibə və sanksiyalarla zəiflətmək idi: 


“Bu səbəbdən mən Trampın ziddiyyətli açıqlamalarına belə izah verirəm: o, Rusiyanı nüvə silahından çəkindirməklə yanaşı, uzunmüddətli müharibə strategiyası vasitəsilə iqtisadi və hərbi baxımdan tükəndirməyə çalışırdı. Son dörd ilə yaxın müddətdə Rusiya yalnız hərbi büdcəsi hesabına 350–400 milyard dollar həcmində vəsaiti müharibəyə xərcləyib. Bundan əlavə, Ukraynanın Rusiyanın ərazisinə endirdiyi dron və aviasiya zərbələri nəticəsində enerji infrastrukturu, neft-qaz sənayesi, hərbi aerodromlar və digər hədəflər ciddi ziyan görüb. ABŞ və Avropa Birliyinin tətbiq etdiyi sanksiyalar da nəzərə alındıqda, Rusiyanın bu müddətdə çəkdiyi iqtisadi ziyanın artıq milyardlarla deyil, trilyon dollarlarla ölçülə biləcəyi görünür. Rusiya kimi böyük bir dövlətin zəiflədilməsi yalnız nüvə silahından istifadənin qarşısını almaqla və onu uzunmüddətli, tükəndirici bir müharibəyə cəlb etməklə mümkündür. Hazırda Qərbin – başda ABŞ olmaqla – Rusiyaya qarşı yürütdüyü siyasət məhz bu strateji çərçivəyə uyğundur. Bu siyasət Rusiyanın həm hərbi xərclərini artırır, həm də onun iqtisadiyyatının əsas dayaqları olan enerji sektorunu sıradan çıxarır. Eyni zamanda sanksiyalar nəticəsində Rusiyanın iqtisadiyyatı kiçilir, müasir iqtisadi transformasiyaya keçid imkanları məhdudlaşır və ölkə tədricən zəiflədilir".

Ekspert sonda əlavə edib ki, nəticə etibarilə, Tramp və onun administrasiyasının Rusiya-Ukrayna müharibəsi ilə bağlı ziddiyyətli görünən açıqlamaları əslində məqsədyönlü, ardıcıl və sistemli şəkildə tətbiq olunan strateji xəttin tərkib hissəsi idi. Bu xətt Rusiyanı nüvə silahından çəkindirərək, onu tədricən tükəndirmək və müharibənin sonunda zəiflədilmiş vəziyyətə gətirmək məqsədi güdür.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab açıldı - VİDEO 20:04 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bütün Xəbərlər