"Diplomatik korpus hərəkətə keçməsə..." — Əsir düşən azərbaycanlılar ARTIR

"Diplomatik korpus hərəkətə keçməsə..." —  Əsir düşən azərbaycanlılar ARTIR
15.12.2025 15:58

Məlumatlara görə, son günlərdə Ukrayna ordusunun əsir götürdüyü azərbaycanlılar barədə məlumatların sayı artıb. Hətta bildirilir ki, Rusiyada miqrant həyatı yaşayan azərbaycanlılar işğalçı müharibədə iştirak edirlər.


Maraqlıdır, Azərbaycanın müvafiq dövlət strukturları bu halların qarşısını almaq barədə hansı addımları atmalıdır?

Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Bakir Həsənbəyli bildirib ki, on illər ərzində formalaşdırılan “məğlubedilməz rus ordusu” imici Ukrayna–Rusiya müharibəsinin elə ilk aylarında tam şəkildə fiaskoya uğrayıb:


“Bu müharibə Rusiya hakimiyyətinin və dövlətinin real mahiyyətini açıq şəkildə ortaya çıxardı. Ümumiyyətlə, 2020-ci ildə COVID-19 adlı süni pandemiya ajiotajı ilə dünya dövlətlərinin əvvəlcə iqtisadi, 2022-ci ildən etibarən isə hərbi imkanları test olunur. Bu resurslar yeni dünya düzənində həmin dövlətlərin tutacağı yeri müəyyən edən əsas amillərdir”.

Ekspert qeyd edib ki, Rusiya–Ukrayna müharibəsi Moskvanın bütün iddialarına baxmayaraq, hərbi potensialının real imkanlarla uzlaşmadığını nümayiş etdirdi:

“Müharibədən əvvəl müxtəlif ölkələrə silah satışı ilə bağlı 60 milyard dollarlıq portfelə malik olduğunu iddia edən Rusiya, nəticə etibarı ilə, 50 ilə yaxın sanksiyalar altında yaşayan İrandan, hətta Şimali Koreyadan silah almaq məcburiyyətində qaldı. Bu fakt Rusiyanın uzunmüddətli və genişmiqyaslı müharibəyə hazır olmadığını açıq şəkildə göstərir”.

B.Həsənbəyli vurğulayıb ki, oxşar problemlər insan resursları sahəsində də müşahidə olunur:

“Rusiyanın özünün etiraf etdiyi rəqəmlərə görə, hazırda ön cəbhədə 18 min nəfər muzdlu döyüşçü vuruşur. Bu yalnız Rusiya Müdafiə Nazirliyi ilə rəsmi müqaviləsi olan xarici döyüşçülərdir. Bundan əlavə, Rusiya polisi tərəfindən küçələrdən məcburi şəkildə, müxtəlif təzyiqlərlə döyüşə göndərilən şəxslər də var. Bu amil real rəqəmlərin daha da böyük olduğunu göstərir”.


Politoloqun sözlərinə görə, həmin şəxslər arasında miqrant kimi Rusiyada yaşayan azərbaycanlılar da mövcuddur:

“Azərbaycan ictimaiyyəti ölən, yaralanan və ya əsir düşən həmyerlilərimizlə bağlı kifayət qədər məhdud məlumata malikdir. Rusiya tərəfi də bu məlumatların açıqlanmasında maraqlı deyil. Bir tərəfdən bu, dövlətin imici ilə, digər tərəfdən isə yaralı və ölən döyüşçülərə kompensasiyaların ödənilməsi ilə bağlıdır”.

Ekspert əlavə edib ki, hazırda Rusiyada bu problemlə sistemli şəkildə məşğul olan diaspor təşkilatları faktiki olaraq fəaliyyət göstərmir:

“Bu təşkilatların bir çox rəhbərləri müxtəlif uydurma ittihamlarla ya həbs olunub, ya da vətəndaşlıqdan çıxarılaraq deportasiya edilib. Rusiyanın özü tərəfindən formalaşdırılan və xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən “diaspor rəhbərlərindən” isə obyektiv və vicdanlı mövqe gözləmək absurddur”.

Bakir Həsənbəylinin fikrincə, mövcud vəziyyətdə təşəbbüs Azərbaycanın Rusiyadakı diplomatik korpusundan gəlməlidir:


“Bu missiyanı Azərbaycanın Rusiyadakı diplomatik nümayəndəlikləri öz üzərinə götürməlidir. Eyni zamanda, Azərbaycan XİN-lə Rusiya XİN arasında bu istiqamətdə davamlı və sistemli məlumat mübadiləsi aparılmalıdır. Əks halda, iş dalınca Rusiyaya üz tutmuş hələ çox sayda soydaşımızla bağlı ölüm, yaralanma və ya əsir düşmə xəbərləri ilə üzləşəcəyik. Ən optimal variant isə onların ölkəyə qaytarılması və Qarabağın quruculuq prosesinə cəlb olunmasıdır”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
«Нефтчи» стартовал на Токийском этапе с победы над США 13:10 Объявлен прогноз погоды на воскресенье 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Гражданам этих стран разрешен безвизовый въезд в Азербайджан 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Брат Байрама убил их мать 11:53 Уже 9 лет как я живу в Баку, в родительском доме — Севиль Алиева 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Глава государства поздравил Президента Швейцарии 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Россия подвергла Киев ракетному обстрелу — есть погибшие 09:56 Цены на нефть на мировых рынках выросли 09:50 На страницах Президента Ильхама Алиева в социальных сетях была опубликована публикация, посвященная Дню азербайджанского алфавита и азербайджанского языка 09:26 Скончался народный поэт Нариман Гасанзаде 09:20 В Польше обнаружили бронзовый меч возрастом около 3 тысяч лет 01:34 Россия до 2032 года… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Убил жену, после чего пошел в полицию и во всем признался — ПОДРОБНОСТИ 00:08 Трамп отдал приказ о новых ударах по Ирану — СРОЧНО 02:06 Все новости