Dekabrın 13-ü Avropada kritik görüş: Tramp faktoru nə vəd edir?

Dekabrın 13-ü Avropada kritik görüş: Tramp faktoru nə vəd edir?
12.12.2025 17:20

ABŞ Prezidenti Donald Tramp mediaya açıqlamasında dekabrın 13-də Avropada Ukrayna ilə keçiriləcək görüşdə iştirak edə biləcəyini açıqlayıb. 

Maraqlıdır, Prezident Trampın bu görüşə qatılması müharibənin gedişinə real siyasi təsir göstərəcəkmi, yoxsa bu addım daha çox diplomatik jest xarakteri daşıyır?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov bildirib ki, ABŞ Prezidenti Donald Trampın Avropaya münasibəti bu günə qədər Avropa liderlərinin vərdiş etmədiyi tərzdə formalaşdığı üçün qitədə ciddi təşviş yaranıb:


“Rusiya qorxusu Avropanı təlaşlandırıb və Avropa artıq Ukraynaya öz xilaskarı kimi baxır. Məhz bu səbəbdən Avropa Ukraynanı təslimçi şərtlərlə sülhdən çəkindirir və ona hər cür dəstək verəcəyini bəyan edir. Rusiyanın qələbə hesab ediləcək şərtlərini qəbul etmək Ukraynadan daha çox Avropanın məğlubiyyəti kimi dəyərləndiriləcək. Daha doğrusu, Rusiya bunu həm öz daxili auditoriyasına, həm də beynəlxalq ictimaiyyətə məhz bu formada təqdim edəcək. Avropa da hər vəchlə bunun qarşısını almağa çalışır”.

Ekspert qeyd edib ki, Tramp hakimiyyətə gəldikdən sonra atdığı addımlarla ABŞ-ni bu müharibədən faktiki olaraq təcrid etməyə nail olub:

“Ukraynanın mümkün məğlubiyyətində ABŞ artıq pay sahibi hesab edilmir. Buna görə də Trampın əsas istəyi müharibəni mümkün qədər tez dayandırmaq və Nobel Sülh Mükafatını almaqdır. Bu fonda Trampın Avropada keçiriləcək görüşdə iştirakı Avropa liderlərinin Zelenskiyə təsir gücünü neytrallaşdırmaq məqsədi daşıyacaq”.

Azər Qasımovun sözlərinə görə, Tramp yekun qərarın məhz Avropada və birgə şəkildə qəbul olunmasına nail olmaqla paralel olaraq Avropa üzərində öz siyasi hegemonluğunu da nümayiş etdirmək niyyətindədir:

“Bu baxımdan proses daha çox hərbi və ya strateji deyil, diplomatik manevr xarakteri daşıyacaq”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
17 июня 2026
TƏCİLİ! Xəzərdə zəlzələ oldu 12:01 Zəngəzur Dəhlizi “Turan Yolu” adlandırılır - Baxçalıdan möhtəşəm TƏKLİF 11:58 Alen Simonyan evlənir 11:55 "Araz-Naxçıvan" Ülvi İsgəndərovla yeni müqavilə imzaladı 11:39 Müəllimlərin sertifikasiya imtahanları başladı - YENİLƏNDİ 11:30 Ukrayna Rusiyanı öz nefti ilə yandırır 11:28 “BƏƏ tolerantlığı: köklü bir irs və dayanıqlı bir baxış” adlı tədbir keçirildi 11:15 I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır 11:07 МИД Азербайджана поздравил Исландию с Национальным днем 11:00 İnanılmaz: İran nüvə bombasından da güclü silah əldə etdi! 10:45 SON DƏQİQƏ! Bu obyektlərdən istifadə ÖDƏNİŞLİ OLDU 10:36 Böyükşor yolunda üç avtomobil TOQQUŞDU - VİDEO 10:28 Президент принял члена Палаты представителей Конгресса США 10:22 Mehdiyevlər ailəsində gözlənilməz gəlişmə – Azərbaycanda ikinci dəfədir yaşanır 10:17 Köçəryanı son mənzilə köçürdürlər - Baş Prokurorluq həbs üçün icazə istədi 10:02 Valyuta bazarında hərəkətlilik: Avronun məzənnəsi yüksəldi 09:49 Qiymətli metalların yeni qiymətləri rəsmən açıqlandı 09:44 Qərb Kiyevə həm balıq, həm tilov verir - Kremli təşvişə salan bəyanat 09:31 Enerji bazarlarında son vəziyyət: Qaz neçəyə təklif edilir? 09:31 Qlobal enerji bazarlarında ucuzlaşma: Neft kotirovkaları aşağı düşdü 09:30 Baş nazirə "Bright Uzbekistan" layihəsi təqdim olunub 09:13 DÇ 2026: Norveç İraqı məğlub etdi 08:46 Qəzada ölən Məryəmin orqanları bağışlandı 08:42 "Qızımın ölümünə səbəbkar..." - Fərhad Mehdiyev qəzadan danışdı 08:30 Rusiyada bu ölkənin 103 vətəndaşına QADAĞA 23:27 Все новости