Cinayətkara "ƏSİR DONU” geyindirənlər: “Ermənidən çox erməni” olmaq…

Cinayətkara "ƏSİR DONU” geyindirənlər: “Ermənidən çox erməni” olmaq…
05.02.2026 13:31

Fransa Milli Assambleyası Azərbaycan tərəfdə saxlanılan “erməni əsirlərin dərhal və şərtsiz azad edilməsinə çağıran” qətnamə qəbul edib.


Bu sənəd 4 fevral Fransa parlamentində yekdilliklə qəbul olunub və iclasda iştirak edən 183 deputatın hamısı “lehinə” səs verib.

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Fransanın qətnaməsi sülh prosesinə zidd addımdır:


"Fransa Milli Assambleyası azərbaycanlılara qarşı törətdikləri konkret hərbi cinayətlərə görə istintaq altında saxlanılan erməni əsilli şəxslərin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağıran qətnamə qəbul edib. Təbii ki, sual yaranır: məhz indiki məqamda belə bir qətnamənin qəbul edilməsinin mənası nədir? Niyə bu addım məhz indi atılır? Çünki hazırda sülh prosesi dinamik mərhələyə qədəm qoyub. Xüsusilə ötən ilin avqustun 8-də Vaşinqtonda əldə olunmuş tarixi razılaşmalardan sonra 2026-cı ilin sülh ili kimi tarixə düşəcəyinə artıq ciddi şübhə qalmayıb. Dünən isə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında sülh prosesinə verdikləri töhfəyə görə nüfuzlu “Zayed İnsan Qardaşlığı” mükafatına layiq görülüblər".

Deputat vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında etimad mühiti güclənir:

"Belə bir şəraitdə bu tip məsələlərin gündəmə gətirilməsi və qətnamələrin qəbul edilməsi sülh prosesinə arxadan vurulan zərbə kimi dəyərləndirilə bilər. Hazırda hər iki dövlət və xalq arasında etimad mühitinin formalaşdırılması istiqamətində ciddi addımlar atılır. Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti institutları qarşılıqlı təmaslar qurur, səfərlər həyata keçirir. Artıq Azərbaycan ərazisindən Ermənistan istiqamətində həm Rusiyadan, həm də Qazaxıstandan yüklər daşınır. İndiyədək Rusiyadan Ermənistana 285 vaqon, yəni 20 tondan artıq buğda daşınıb. Eyni zamanda Azərbaycan Ermənistana neft məhsullarının ixracını həyata keçirir. Bütün bunlar tərəflərin sülh prosesinə sadiqliyini nümayiş etdirir. Əbu-Dabidə əldə olunmuş razılaşmalar da etimad mühitinin gücləndirilməsi istiqamətində növbəti addımların atılmasına dair ortaq mövqenin formalaşdığını göstərir".

O qeyd edib ki, saxlanılanlar əsir deyil, cinayətkarlardır:


"Bu reallıqlar fonunda Fransa Milli Assambleyasının, necə deyərlər, “ermənidən çox erməni” olmaq iddiasına düşməsi təəccüb doğurur. Üstəlik, “erməni əsirləri” ifadəsi ümumiyyətlə qəbuledilməzdir. Azərbaycanda saxlanılan şəxslər əsir deyil, konkret cinayət əməllərində ittiham olunan şəxslərdir. Onlarla bağlı məhkəmə prosesləri aparılır, şahid ifadələri və hüquqi sübutlar mövcuddur. Bu baxımdan onları əsir adlandırmaq qeyri-qanuni yanaşmadır. Hər şeyi öz adı ilə çağırmaq lazımdır".

E.Nəsirov sonda əlavə edib ki, bu qətnamə sülhə mane ola bilməz: 

"Hesab edirik ki, bu cür təzyiqlərlə Azərbaycanın mövqeyinə təsir göstərmək mümkün deyil. Görünür, Fransa deputatları hələ də 5–6 ay əvvəlki reallıqların xülyası ilə yaşayırlar. Halbuki artıq altı aydır ki, hər iki dövlət və xalq sülh şəraitində yaşayır və bundan məmnundur. Bu qətnamə sülh prosesinin qarşısına sədd çəkmək cəhdi, gedən qatarın arxasınca baxmağa bənzəyir. Qatar artıq yola düşüb və inanırıq ki, bu yolun bir dayanacağı var — onun adı sülhdür". 

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başladı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 Все новости