Hacıyev Dilicanda tarix yazdı

Hacıyev Dilicanda tarix yazdı
14.06.2026 21:27

Bu gün prezident köməkçisi Hikmət Hacıyev Dilicana getdi. Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdü. Xəbər beş cümlə ilə keçdi və  əslində lentdə olmaqla çox böyük mesaj verdi.

Amma Dilican  da Dilicandır. Orada hər daş bir şeyi, mesajı bilir və verir.

"Mimino" filmini xatırlayırsınızmı? Frunzik Mkrtçyan qürurla deyir:

"Bizim Dilicanda elə su var ki, kranı açırsan, dünyada ikinci yeri tutur. Birinci yer San-Fransiskodadır."


Sovet kinosunun bu replikası on illərlə Ermənistanın vizit kartı oldu. Dilicanın suyu, Dilicanın meşəsi, Dilicanın dağı,  hamısı "erməni mənzərəsi" kimi dünyaya satıldı.

Bir sual: o suyun mənbəyi haradadır?

Ağstafa çayı. Gəncə, Qazax, Tovuz ellərinin əsrlər boyu yaylaq-qışlaq bildikləri, heyvan otardıqları, balıq tutduqları dağ silsilələrindədir. Sovet kinosunda "erməni suyu" kimi dünyaya satılan nemət isə əslində Azərbaycan torpağının suyudur. Bu, coğrafiyanın faktıdır, ritorikadan asılı deyil.


"Mimino"nun replikası bu gün daha fərqli səslənir.

Çar Rusiyası dövründə Azərbaycan dramaturgiyasının banisi Nəcəf bəy Vəzirov Peterburq Kənd Təsərrüfatı Akademiyasını bitirmişdi, sonra çar hökuməti onu Dilican dərəsinə meşəbəyi  təyin etdi. İmperiya nöqteyi-nəzərindən bu adi bir vəzifəydi.

Amma Vəzirov o meşədə əyləşib yatmadı. O, kəndliləri dinlədi, həyatı müşahidə etdi, bəy-rəiyyət münasibətlərini əyani şəkildə gördü. Azərbaycan realist dramaturgiyasının klassik obrazları həmin meşələrdə formalaşdı. Yəni Azərbaycan mədəniyyətinin bir hissəsi Dilicanda yazıldı.

Eyni meşələrdə, eyni illərdə başqa bir adam da tarixi yadırdı - Qaçaq Kərəm. Jandarmlar Qazaxda, Gəncədə onu sıxışdırdıqda o, Dilican dərəsinə keçirdi. Keçilməz meşə, çar polisinin ayağının çatmadığı mağaralar, ən etibarlı sığınacaq burası idi.


Amma bir sirr var idi axı,  meşənin "sahibi"  meşəbəyi Nəcəf bəy Vəzirov  imperiya məmurlarına nifrəti ilə tanınırdı. Kərəm gəldikdə onun gizlənməsinə göz yumdu. Bəzən gizli şərait yaratdı. Bir yazıçı ilə bir qaçaq, çar Rusiyasına qarşı öz aralarında "Dilican ittifaqı" qurmuşdular.

O vaxt azərbaycanlı Dilicana  sığınırdı.

Bu gün Azərbaycan Prezidentinin köməkçisi Dilicanda idi, yəni dədə - baba yurdunda.


Bir də soruşaq: "Mimino" filmindəki məhkəmə səhnəsini xatırlayırsınızmı? Dilicanlı erməni ilə gürcü Moskvada məhkəmə zalında üz-üzə gəlir:  hakim ortada oturub, tərəflər bir-birinə iddia irəli sürür, sonda barışmaq məcburiyyəti yaranır. Amma barışıq da hakimin nəzarəti altında baş verir.

On illərlə Azərbaycan-Ermənistan problemi belə həll edildi: Moskvada, Vaşinqtonda, Brüsseldə,  vasitəçinin masası arxasında, xarici hakimin göz qırpmasını gözləyərək.

Bu gün isə Azərbaycan nümayəndəsi həmin hakimləri kənara qoyub, birbaşa Dilicanın özündə oturdu. "Mimino"nun ssenarisi başqa cür yazıldı: məhkəmə zalı yox, sülh masası quruldu, Hakim kənarlar  yox,  tərəflər idi.

Dilicanın ətrafında başqa bir coğrafiya da var. Azərbaycanın Qazax rayonunun Ermənistan tərəfindən hələ qaytarılmamış anklav kəndləri: Barxudarlı, Sofulu, Yuxarı Əskipara, Dilicana bir neçə on kilometrlik məsafədədir.

Azərbaycan həmin kəndlərin qaytarılmasını rəsmən tələb etdiyi, sərhəd delimitasiyası danışıqları apardığı günlərdə Hacıyev mübahisəli nöqtələrin lap yaxınlığına maneəsiz gəldi. Ermənistan cəmiyyətinə, revanşist dairələrə göndərilən mesajın məntiqi sadədir: sərhəd artıq sərhəd də deyil, keçid xəttidir.

Dilican həm çar Rusiyasının, həm sovet elitasının Cənubi Qafqazdakı ən seçkin istirahət zonası idi. Moskvanın hərbi generalları, elmi simaları, partiya nomenklaturası bu şəhəri "öz" yeri sayırdı.

Bu gün Moskvadan müstəqilləşməyə çalışan Ermənistan rəhbərliyi ilə müstəqil siyasət yürüdən Azərbaycan  Rusiyanın tarixi "ev"inin içərisindəki otaqda Kreml olmadan oturub danışır.

Regional sülhün formatlanması Rusiyasız aparılır. Bir növ Rusiyanın tarixi dayaq nöqtəsindən.

Görüşün sonunda bir qərar açıqlandı: növbəti görüş Azərbaycanda olacaq.

Yəni bu dəfə Armen Qriqoryan Azərbaycan torpağına gələcək. Hansı şəhər,  hələ bilinmir.

Amma əgər Dilican bu qədər layiqli çıxış etdisə, Şuşa necə olar görüş yeri kimi?

Dilicanda hər daş bir şey bilir. Nəcəf bəyin meşəsi, Kərəmin mağarası, "Mimino"nun suyu. Hə, bir də Hacıyevin üstünlüyü...


Əziz Əlibəyli 

Beynəlxalq münasibətlər üzrə ekspert

XƏBƏR LENTİ
30 IYUL 2026
Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Bütün Xəbərlər