"Cənubi Qafqaz İrandan qopardılıb" – Tehran Qafqazda torpaq iddiası edir

"Cənubi Qafqaz  İrandan qopardılıb" – Tehran Qafqazda torpaq iddiası edir
22.06.2026 16:03

"Cənubi Qafqaz çox da uzaq olmayan keçmişdə bizdən alınıb və hazırda İranın nüfuz dairəsindədir. İran TRİPP layihəsinin həyata keçirilməsinə imkan verməyəcək".

Bunu İranın Azərbaycandakı keçmiş səfiri və hazırda İran prezidentinin administrasiyasında məsul vəzifə daşıyan Seyid Abbas Musəvi deyib.

Görünür, Tehrandakı mühafizəkar dairələr hələ də XIX əsrin geosiyasi masasında ilişib qalıb. Musəvinin iddiaları həm tarixi təhrifdir, həm də regionun bugünkü reallıqlarına tamamilə ziddir.

Musəvinin Gülüstan (1813 - Şimali Azərbaycanın Rusiyaya ilhaqı) və Türkmənçay (1828 - Azərbaycanın iki imperiya arasında yekun bölünməsi) müqavilələrinə eyham vuraraq regional mülkiyyət iddiası irəli sürməsi hüquqi-tarixi baxımdan mifik yanaşmadır.

Bu gün Azərbaycan öz torpaqlarını işğaldan azad etmiş, regionun geosiyasi xəritəsini dəyişmiş suveren bir dövlətdir. Bakını kiminsə "nüfuz dairəsi" adlandırmaq müstəqilliyimizə qarşı birbaşa hörmətsizlikdir və qəbulolunmazdır.

Keçmiş səfir ABŞ-də Donald Trampın regional siyasətinin yaratdığı konyunkturadan istifadə edərək Cənubi Qafqazın İranın təsir zonasına düşdüyünü iddia edir. Lakin unudur ki, Azərbaycan xarici siyasətini böyük güclərin təzyiqlərinə və ya regiondakı kənar kəşfiyyat oyunlarına görə quran ölkə deyil. Bakı tam müstəqil xətt yürüdür. İranın özünü "bölgənin yeganə sahibi" kimi təqdim etmək cəhdi daxili auditoriyaya hesablanmış, heç bir siyasi çəkisi olmayan təbliğatdan başqa bir şey deyil.

Regional nəqliyyat və kommunikasiya layihələrinin reallaşmasına mane olacaqları ilə bağlı hədələr Tehranın oyundan kənarda qalma qorxusunu büruzə verir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin açar nöqtəsidir. Bakı hər zaman regional əməkdaşlığa açıq olub, lakin heç bir qonşu dövlətin bizim iqtisadi və strateji layihələrimizə veto qoymaq imkanı və hüququ yoxdur.

Musəvinin bəyanatı diplomatik etikadan uzaqdır. Cənubi Qafqazın, xüsusən də regionun taleyini müəyyən edən lider dövləti olan Azərbaycanın heç kimin diktəsinə uymayacağı aydındır. Tehran reallıqla barışmalı və qonşuları ilə təhdid dilində yox, bərabərhüquqlu tərəfdaş kimi danışmağı öyrənməlidir. Əks halda, uduzan özü olacaq.

Jalə Rövşən

ЛЕНТА НОВОСТЕЙ
22 июня 2026
Sürücülərə və sərnişinlərə təcili XƏBƏRDARLIQ - Bakının bu qəsəbəsində yollar bağlanır! 19:01 "Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası" təsdiqləndi 18:56 Azərbaycanda QHT layihələri "bir pəncərə" prinsipi ilə maliyyələşdiriləcək 18:54 Əhməd əl-Şaraa Trampın iddialarını qəti şəkildə rədd etdi 18:26 İslam dünyasının parlamenti Bakıda toplandı: İlk gündən qlobal mesajlar 18:29 ABŞ-dən İrana "neft" jesti: Bu tarixədək sanksiyalar DONDURULDU 18:17 İsrail Livanı tərk etmir - Netanyahu orduya tam sərbəstlik verdi 18:09 Fəlsəfə doktoru olmaq istəyirsinizsə, bu qaydaya mütləq əməl edin! 18:02 Gürcüstanda əcnəbilərin vahid reyestri yaradılır 17:51 Əli Əsədov bu dövlətin nümayəndəsi ilə müzakirələr apardı 17:37 DÇ-2026: Argentina və Fransa milliləri növbəti oyunlarına çıxır 17:29 Prezident: Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik 17:18 SSRİ o qədər böyük və palçıqlı idi ki, alman ordusu sadəcə işğal etməkdən bezdi – 1941-ci ilin hərbi kampaniyası 17:05 Prezident: Ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq uzunmüddətli xarakter daşıyır 17:08 Bakıda on minlərlə şagirdin valideyninin etdiyi hərəkətin əsas səbəbləri AÇIQLANDI 16:48 Ermənilər və Hind qaraçıları arasındakı bioloji eynilik - Tarixçi onları ifşa etdi 16:39 Ermənilər Bülbüldən o qədər qorxurdular ki, 31 il sonra büstünün başına avtomatla atəş açdılar 16:37 "Traktor"un qapıçısı Amerikada qəhrəman oldu - Dünya ondan danışır 16:25 Şimalda qorxulu təbiət hadisəsi davam edir - Aktiv zonadan ən son yeniliklər 16:18 "Qarabağ" iki futbolçusu ilə yolları ayırdı 16:13 Xəzər elə hala düşdü ki, su əvəzinə mazut, adamlara yapışır 16:09 "Cənubi Qafqaz İrandan qopardılıb" – Tehran Qafqazda torpaq iddiası edir 16:04 1 qəpiyə yumurta olar? - Bazarda nə baş verir? 15:52 Telefonlar yoxlanılacaq - Paşinyanı dəstəkləyənlər ölkədən qovulur 15:39 İran nüvə obyektlərini açdı — Xaricilər yoxlamağa gəlir 15:38 Все новости