Bölgə yanır - Yollar uğrunda savaşlar ön plana keçir

Bölgə yanır - Yollar uğrunda savaşlar ön plana keçir
23.07.2026 10:31

Qara dəniz boğazları, Bab əl-Məndəb və Hörmüzün eyni vaxtda blokadaya düşməsi qlobal ticarət marşrutlarında ciddi gərginlik yaradıb. Dəniz yollarının məhdudlaşması fonunda yük axınının Qafqazın quru nəqliyyat dəhlizlərinə yönələcəyi gözlənilir. Bu isə Azərbaycanın tranzit imkanları ilə yanaşı, logistika və infrastruktur yükünü də artırır. Bəs belə bir vəziyyətdə ölkəmizi nə gözləyir?

Mövzu ilə bağlı politoloq Elşad Həsənov TodayPress TV-yə açıqlamasında bildirib ki, Yaxın Şərqdə davam edən gərginlik nəticəsində həm Hörmüz boğazı, həm Qara dəniz boğazları, həm də Bab əl-Məndəbdə vəziyyət son dərəcə mürəkkəb olaraq qalır.


Onun sözlərinə görə, İran və ABŞ arasında razılaşma əldə olunmadığı müddətdə gərginliyin azalacağı inandırıcı görünmür.

"Baş verən hadisələr göstərir ki, İranla Amerika arasında razılıq əldə olunmasa, vəziyyətin normallaşması çox çətin olacaq. Bu isə təkcə Körfəz ölkələrinə deyil, bütövlükdə dünya iqtisadiyyatına ciddi təsir göstərir. Artıq ABŞ-də də yanacağın qiymətində artım müşahidə olunur və bu, cəmiyyətin narazılığına səbəb olur. Donald Tramp İran məsələsini həll etməyə çalışsa da, hələlik Tehran bununla razılaşmır. Nəticədə gərginlik daha da dərinləşir", – deyə politoloq bildirib.

Ekspert qeyd edib ki, regiondakı proksi qüvvələrin bəyanatları da riskləri artırır:

"İranın dəstəklədiyi husilər Bab əl-Məndəb boğazını bağlayacaqları ilə bağlı bəyanatlar verirlər. Bu marşrutdan keçən gəmilərin təhlükəsizliyini təmin etmək olduqca çətindir. Hələ iki il əvvəl ABŞ, İsrail, Avropa ölkələri və NATO təhlükəsizliyi təmin etmək üçün koalisiya yaratmışdı. Lakin bu addımlar da gözlənilən nəticəni vermədi". 

Elşad Həsənovun fikrincə, mövcud vəziyyət Orta Dəhlizin strateji əhəmiyyətini daha da artırır. O bildirib ki, dəniz marşrutlarında yaranan məhdudiyyətlər yük daşımalarının getdikcə daha çox Azərbaycan üzərindən keçən nəqliyyat xəttinə yönəlməsinə səbəb olur. 

"Bu gün Orta Dəhlizə təhdid deyil, tələbat artır. Çünki həm Hörmüzdə, həm Qara dəniz boğazlarında, həm də Bab əl-Məndəbdə vəziyyət hələ də son dərəcə gərgindir. Mövcud şəraitdə yükdaşımalar üçün ən etibarlı alternativ marşrutlardan biri Orta Dəhlizdir. Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı da bu məsələ Kansler Fridrix Merslə müzakirə olundu. Həmin görüşdə Azərbaycanın həyata keçirdiyi strateji layihələrin Avropa və dünya iqtisadiyyatı üçün əhəmiyyəti bir daha vurğulandı", - politoloq qeyd edib.

Ekspert əlavə edib ki, Orta Dəhliz üzrə yük axınının artması yeni logistika imkanları yaradır:

"Qazaxıstan əvvəllər Azov dənizi vasitəsilə Qara dənizə çıxaraq yanacaq daşıyırdı. Lakin son günlər həmin marşrutda gəmilərin hədəfə alınmasından sonra bu daşımalar dayandırılıb. Belə şəraitdə Qazaxıstan öz resurslarını Azərbaycan üzərindən daşıya bilər". 

Sonda Elşad Həsənov vurğulayıb ki, mövcud şəraitdə Azərbaycana və ümumilikdə Orta Dəhlizə birbaşa təhlükə yoxdur.

"Əsas məsələ təhlükə deyil, artan tələbatdır. Yük axınının sürətlə çoxalması böyük infrastruktur və logistika imkanları tələb edir. Bunun üçün artıq yeni iqtisadi və nəqliyyat layihələri hazırlanır. Bu layihələr gələcəkdə Azərbaycanın tranzit potensialını daha da gücləndirəcək", – deyə politoloq fikrini tamamlayıb.

Jalə Rövşən

ЛЕНТА НОВОСТЕЙ
23 июля 2026
İraqın Baş naziri Tehrana səfər etdi 14:14 23 iyul 1993: Ağdamın işğalı Birinci Qarabağ müharibəsinin dönüş nöqtəsi 13:59 İlhamə Novruzova vəzifəsindən azad edildi 13:43 İnzibati xəta törətmiş şəxsə məcburi psixiatriya yardımı göstəriləcək 13:33 İran raketlərinin ABŞ qüvvələrinin yerləşdiyi bazaya zərbə endirdiyi an - VİDEO 13:26 Вашингтон выдвигает Кубе новые условия: «Или вы изменитесь, или...» 13:22 Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqlədi 13:16 Азербайджанская компания приобрела нефтяные месторождения в США — Историческое соглашение 13:12 Xaçaturyanın vəziyyəti pisləşdi: Xəstəxanaya yerləşdirildi 12:59 Konfrans Liqası: "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək 12:55 Ölkə ərazisində gözlənilən hava proqnozu açıqlandı 12:51 Britaniya İrandakı vətəndaşlarına təcili çağırış etdi– Azərbaycan sərhədi ilə bağlı vacib xəbərdarlıq 12:46 Aralıq dənizi "ortada" qaldı: Türkiyə ilə İsrail arasında sular isinir 12:32 Türkiyədə zəlzələ oldu 12:11 Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı 12:08 Peşə üzrə təhsil alanlar yataqxanalara bu qədər ödəniş edəcəklər 12:03 Arxangelsk iflas etdi: Rusiya qazsız və kömürsüz qalan şəhəri itirdi 11:56 Prezident Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı 11:51 Bu bölgələrin sakinlərinə şad xəbər - Peşə məktəbləri gəlir 11:41 Azərbaycan və Türkiyə peşə təhsili üzrə birləşir 11:38 Rusiya tonlarla qızılı satışa çıxardı - Böhran ölkəni dalana dirədi 11:28 Qadınların peşə seçimində ilk yeri dayəlik tutub 11:39 Saleh Məmmədov Almaniyada 24 hektar torpaq alıb? – ŞOK FOTO yayıldı 11:38 Bu peşələr üzrə təhsil ali məktəb təhsilindən daha bahadır 11:32 Yeni postlar, yeni adlar: Prezident kimlərə vəzifə verib? 11:30 Все новости