Suverenlik Günü: Qələbəni mümkün edən amillər nələr idi?

Suverenlik Günü: Qələbəni mümkün edən amillər nələr idi?
20.09.2025 09:45

Vətən müharibəsi başa çatdıqdan və Ermənistan tərəfindən kapitulyasiya aktı imzalandıqdan sonra Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə mövcud olan qanunsuz silahlı qruplar, 30 il ərzində qurulmuş müdafiə sistemləri və istehkamlar, depolanmış silah-sursat, o cümlədən texnika, cəmi 23 saat ərzində darmadağın edildi.

Maraqlıdır, Azərbaycan Silahlı Qüvvələrinin 1 gün ərzində bütün bu hazırlıqları məhv etməsi və düşməni təslim olmağa məcbur etməsi hansı amillər hesabına mümkün oldu?

“Ermənistan müharibədən sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirdi”

Bu barədə TodayPress TV-yə Silahlı Qüvvələrin ehtiyatda olan zabiti, hərbi ekspert Ədalət Verdiyev danışıb.

Onun sözlərinə görə, Ermənistan müharibədən sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirdi. Azərbaycanın dəfələrlə etdiyi sülh çağırışları nəticəsiz qalır, əksinə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirilməsindən istifadə edərək ərazilərimizə silah-sursat, mina və texnika daşıyırdı. Bunlar isə hərbi təxribatlar zamanı erməni silahlıları tərəfindən Azərbaycana qarşı istifadə olunurdu.

“Faydalı qazıntı yataqları qanunsuz istismar olunurdu”

Ekspert bildirib ki, 2023-cü ilin aprelindən etibarən, erməni təxribatları daha da intensivləşmişdi. Rusiya kontingenti də Azərbaycan ərazilərinə silah-sursat daşınmasına şərait yaradır, digər tərəfdən, faydalı qazıntı yataqları qanunsuz istismar olunurdu. Azərbaycan sərhəd-keçid məntəqəsi qurmaqla bu daşınmaların qarşısını alsa da, Rusiya sülhməramlıları nə erməni silahlılarını tərksilah etdi, nə də onları ərazilərimizdən çıxardı. Antiterror əməliyyatına qədər bu ərazilərdə 10 minədək erməni silahlısı mövcud idi və onlar hərbi təxribatlar törətməkdə davam edirdilər.

“Mövqelərimizi atəşə tutur, ərazilərimizi minalayır, istehkam qurğuları inşa edir...”

Ədalət Verdiyev, həmçinin qeyd edib ki, separatçı rejim “Prezident seçkiləri” keçirir, qondarma parlament adından bəyanatlar verir, mövqelərimizi atəşə tutur, ərazilərimizi minalayır, istehkam qurğuları inşa edirdi. Ermənistan istehsalı olan minalar mülki şəxslərimizin, polis və hərbi qulluqçularımızın həyatına son qoyur, yaralanmalara səbəb olurdu.

“Belə şəraitdə Ali Baş Komandan 2023-cü il sentyabrın 19-da konstitusiya quruluşunun bərpası məqsədilə lokal antiterror əməliyyatlarının başlanması barədə əmr verdi. Cəmi bir gün davam edən əməliyyatlarda separatçılar təslim oldular, kapitulyasiya aktı imzaladı və qeyri-qanuni silahlı dəstələr silahı yerə qoyaraq mövqelərini tərk etdilər”, – deyə hərbi ekspert vurğulayıb.

Onun sözlərinə görə, sentyabrın 28-də, əməliyyatlardan 8 gün sonra Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Ardınca isə Ermənistan ordusunun Azərbaycan ərazisində qalan hissələrinin çıxarılması başa çatdı və Qarabağda qeyri-qanuni rejim tamamilə ləğv edildi.

Ekspert onu da əlavə edib ki, separatçıların rəhbərləri həbs edildi, antiterror əməliyyatı nəticəsində Azərbaycanın dövlət suverenliyi tam təmin olundu:

“Əsgərlərimiz Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli bayrağımızı ucaltdılar. Ərazi bütövlüyümüz tam bərpa olundu. Nəhayət, Ali Baş Komandan İlham Əliyev zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi paradı Xankəndidə keçirməklə Azərbaycanın möhtəşəm qələbəsini bütün dünyaya bəyan etdi”.

Nicat Osman

FOTOLAR

Suverenlik Günü: Qələbəni mümkün edən amillər nələr idi? — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Bütün Xəbərlər