Başkənd düyünə çevrildi: "Üç rayonumuz təhlükədədir"

Başkənd düyünə çevrildi: "Üç rayonumuz təhlükədədir"
03.09.2025 12:20 Təhlil

“Ermənistan ərazisində Azərbaycana məxsus anklavlar var”. 

TodayPress TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. 

“Eksklav-anklavlar mövzusuna gəlincə, mən əvvəllər bu mövzuya ətraflı toxunmuşam və bu da həll edilməli olan məsələdir. Hətta mən və Ermənistan hökuməti, ümumiyyətlə, Ermənistanın heç bir hökuməti eksklav-anklavlar məsələsindən imtina edə bilməz”, - Baş nazir qeyd edib.

Paşinyan bunların suveren Azərbaycan əraziləri olduğunu, bunun “Almatı bəyannaməsi”ndə əks olunduğunu vurğulayıb. Ermənistanın Baş naziri Gədəbəy rayonu ərazisində yerləşən Başkəndin də onlara məxsus olduğunu iddia edib.


Hazırda Ermənistan ərazisində Azərbaycana qaytarılmalı olan Sofulu, Kərki, Barxudarlı və Yuxarı Əskipara kəndləri yerləşir. Başkənd isə Azərbaycan torpağıdır və SSRİ dönəmində “otlaq və əkin sahəsi” adı altında ermənilərin istifadəsinə verilib. Strateji mövqeyinə görə Başkəndin qaytarılması məsələsi Azərbaycan üçün yalnız coğrafi deyil, həm də hərbi baxımdan mühüm əhəmiyyət daşıyır. Bu isə “anklavların taleyi necə həll olunmalıdır?” sualını daha da aktual edir.

"Anklavlar düyün nöqtələrdən biridir"


Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Natiq Miri deyib ki, Ermənistan Konstitusiyasından ərazi iddiasının çıxarılması, xüsusilə də Müstəqillik Bəyannaməsindən bu ifadənin tamamilə götürülməsi referendum vasitəsilə həyata keçiriləcək və bu, artıq qaçılmaz bir zərurətə çevrilib:

"Ermənistan rəhbərliyi də bunu anlayır. Buna görə də belə bir referendumun keçirilməsi yaxın perspektivdədir və bu, eyni zamanda sülhün təminatı deməkdir. Burada anlaşılmazlıq yoxdur, sadəcə, məsələ zamanla bağlıdır. Referendumun 2026-cı il parlament seçkilərindən sonraya saxlanılması müəyyən risklər daşıyır. Çünki həmin seçkilərin nəticələri hələ bəlli deyil. Nikol Paşinyanın hökuməti bu prosesə hazırlaşdığı kimi, revanşist qüvvələr də Rusiyanın ciddi dəstəyi ilə buna hazırlıq görürlər. Bu baxımdan risk amilləri mövcuddur.

Ancaq çıxış yolu referendumdur. Çünki referendum birbaşa xalqın səsverməsi sayılır və bu kontekstdə verilən qərarlara heç bir siyasi qüvvə etiraz edə bilməz.

O ki qaldı konkret anklavların həlli məsələsinə, bu, gələcək perspektiv üçün mühüm və eyni zamanda düyün nöqtələrindən biridir. Düşünürəm ki, əvvəlcə Qazax sərhədindən başlayan delimitasiya və demarkasiya prosesi cənuba doğru davam edəcək. Burada ön plana çıxan məsələ Qazaxın üç kəndidir ki, onlar anklav vəziyyətindədirlər. Məncə, ilk həllini tapacaq məsələ də məhz budur".


"Ərazinin alınması gündəmə gələ bilər"

Ekspert düşünür ki, Naxçıvanın Kərki kəndi ayrıca çətinlik yarada bilər. Bu məsələ bir qədər ləngiyə və Gədəbəyin Başkənd kəndi ilə birlikdə müzakirə predmetinə çevrilə bilər. Ermənistan hökuməti də bu kontekstdə ərazilərin dəyişdirilməsi təklifi ilə çıxış edə bilər. Hətta Azərbaycanın Başkəndi özündə saxlaması müqabilində Ermənistan üçün elə geosiyasi və geoiqtisadi şərait yaradıla bilər ki, bu, bir növ ərazi kompensasiyası kimi qəbul olunsun və yaxud ərazinin alınması məsələsi gündəmə gələ bilər. Tarixdə bunun nümunələri var: vaxtilə Alyaska Rusiya imperiyasının bir hissəsi idi, lakin sonradan ABŞ-yə satıldı. Deməli, ərazilərin müxtəlif variantlarla əvəzlənməsi və ya konkret kompensasiya ödənməsi yolu ilə də bu tipli problemlər həll edilə bilər.

"Üç inzibati rayon Ermənistanın nəzarəti altına düşə bilər"

Analitik delimitasiya və demarkasiya prosesi bir günlük, hətta bir illik məsələ deyil, uzunmüddətli proses olduğunu diqqətə çatdırıb:

"Təsəvvür edin, Azərbaycan və Gürcüstan artıq 34 ildən çoxdur müstəqil dövlətlərdir, lakin hələ də aralarındakı sərhədlərin delimitasiya və demarkasiyası tam başa çatdırılmayıb. Başkənd məsələsi də eyni şəkildə uzunmüddətli və çətin həllini tapacaq problemlərdən biri ola bilər.

Əvvəlcə, münasibətləri tənzimləmək, daha sonra əməkdaşlığı dərinləşdirmək, cəmiyyətlər arasındakı düşmənçilik ruhunu zəiflətmək və yalnız bundan sonra bu məsələni hansısa formada həll etmək mümkündür. Çünki Başkənd bu gün Azərbaycanın strateji maraqları baxımından həssas nöqtəyə çevrilib. Onun qaytarılması Azərbaycanın üç inzibati rayonunun bir növ Ermənistanın nəzarəti altına düşməsi demək olar ki, bu da çox ciddi təhlükədir. Buna görə də Başkənd məsələsi ağrılı mövzudur və perspektivə buraxılması daha məqsədəuyğundur".

Natiq Mirinin qənaətincə, münasibətlər tam normallaşdıqdan, düşmənçilik aradan qalxdıqdan sonra bu məsələni ərazi dəyişikliyi, kompensasiya və ya başqa yollarla həll etmək mümkün ola bilər. Hazırda isə bu məsələnin sülh naminə, Azərbaycanın geostrateji hədəfləri naminə düyün nöqtəsinə çevrilməsinə ehtiyac yoxdur.

Onun müvəqqəti olaraq ertələnməsi daha doğru addımdır. Bu, həm Ermənistan, həm də Azərbaycan üçün keçərli yanaşmadır. Çünki ictimai rəy hələlik bu istiqamətdə konkret və qətiyyətli qərarlara hazır deyil. Buna görə də düyün nöqtəsini gələcək dövrə saxlamaq ən doğru seçimdir.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 Bütün Xəbərlər